Tələbə dəm qazından boğulub - FotoAzərbaycan Dövlət Aqrar Universitetin Aqrar mühəndislik fakültəsinin “ Elektrik mühəndisliyi” ixtisası üzrə lll kurs tələbəsi Səlimov Asif Süleyman oğlu bu gün kirayə yaşadığı evdə hamamda dəm qazından dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, mərhum anadan olduğu Şəki şəhərində sabah dəfn olunacaq.

Allah rəhmət eləsin.
Putin son sözünü dedi: Müharibə davam edəcək“Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi hərbi əməliyyat sona qədər aparılacaq”.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin regionlara dəstək tədbirləri ilə bağlı iclasda bildirib. Dövlət başçısı bu açıqlaması ilə müharibənin davam edəcəyini söyləyib.

Putinin sözlərinə görə, Qərb Rusiyanın müstəqil kursunu bağışlamayacaq və onu sıxışdırmağa, ərazi bütövlüyünü pozmağa çalışacaq, lakin ABŞ və müttəfiqləri bunu edə bilməyəcək.

“Əgər Rusiya qoşunları yalnız Donbassda fəaliyyət göstərsəydi, bu təhlükənin aradan qaldırılmasına gətirib çıxarmazdı”, - deyə Putin çıxışında vurğulayıb.

Qeyd edək ki, fevralın 24-də Rusiya ordusu Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı İlham Əliyevə müraciətBakı Ukraynadakı vəziyyətin nizamlanmasında mühüm rol oynaya bilər.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və idarə heyəti üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir.

“Biz Sizin Azərbaycanda Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqlarının aparılması təklifinizi yüksək qiymətləndiririk. Bakı belə müzakirələr üçün neytral platformadır, o, artıq NATO və Rusiya arasında görüşlər üçün platforma olub. Ümid edirik ki, tərəflər bu təklifi qəbul edəcək və Bakı İkinci Dünya Müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük təhlükəsizlik böhranının həllində mühüm rol oynaya bilər”, - məktubda qeyd edilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakçıları, həmçinin bu dəhşətli humanitar böhranı dayandırmaq üçün istənilən mümkün dialoq kanalından istifadə etməyə çağırıblar.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və onun tərəfdaşları kimi biz Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı dərhal nəticəyönümlü dialoqun başlanmasına çağırırıq”, - məktubda vurğulanır.
“Yurd” Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçiribAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Quba rayonu Zərdabi qəsəbəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında intellektual oyun keçirilib.
Turnirdə Quba rayonunun Zərdabi, Bağbanlı, Barlı qəsəbələrində, eləcə də Amsarqışlaq, Qəcərzeyid, Alekseyevka və Zizik kəndlərində yaşayan və təhsil alan yeniyetmə gənclərdən ibarət komandalar iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəsil arasında 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətinin və onun qazanılmasında şəhid və qazi olan qəhrəman eloğullarımızın təbliği olduğunu qeyd etmişdir.
Rəsmi hissə başa çatdıqdan sonra “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilmiş Elvin Seyfəddinovun aparıcılığı ilə turnirə start verilmişdir.

Yekunda Alekseyevka kəndini təmsil edən “Dəmir Yumruq” komandası turnirin qalibi adını qazanmışdır. Bağbanlı qəsəbəsinin eyni adlı komandası ikinci, Zərdabi qəsəbəsinin “Siempre” biliciləri üçüncü mükafata sahib olmuşdur.

Qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla, bütün iştirakçılar isə Quba şəhidləri haqqında hazırlanmış “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı kitabla təltif edilmişdir.

Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə daha bir neçə dəfə vətən müharibəsinə həsr olunmuş intellektual yarışlar və tir atıcılığı üzrə turnirlər təşkil olunacaqdır.
Bayramda süfrəyə qoyulan hər şeydən yeməyin!Səhiyyə Nazirliyi bayram günlərində əhalini düzgün qidalanmağa çağırıb.

Avrasiya.net xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev bildirib ki, masanın üstündə olan hər şeydən yeməyə ehtiyac yoxdur.

Həkimin sözlərinə görə, şəkər xəstələri xüsusilə bu günlərdə qidalanmalarına fikir verməlidir:

"Xüsusilə təzyiqdən əziyyət çəkən insanlar yağlı qidalardan uzaq dursunlar. Bayram günlərində axşam saat 7-8-dən sonra yemək yeməsinlər. Heç bir xəstəliyi olmayan insanlar da buna diqqət etməlidir. Xüsusilə bayram günlərini aktiv qeyd etmək lazımdır”.
Ruslar daha bir şəhərin merini əsir götürdüRusiya hərbçiləri Xerson vilayətinin Skadovsk şəhərinin meri Aleksandr Yakovlev və müavini Yuri Palyuxanı əsir götürüblər.

Axar.az xəbər verir ki, bu barədə yerli fəal Artyom Kotyuçenko məlumat yayıb.

Məlumata görə, hazırda şəhər əhalisi şəhər şurasının binasının qarşısında etiraz aksiyası keçirir. Əhali əsir götürülmüş şəxslərin qaytarılmasını tələb edir.
Misirin daha bir universitetində Azərbaycan dilinin tədrisi davam edirMisir-Azərbaycan Dostluq Cəmiyyəti Qahirə Universitetindən sonra bu ölkənin daha bir nüfuzlu ali təhsil ocağı olan Əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir.

Əl-Əzhər Universitetində Azərbaycan dilini cəmiyyətin fəal üzvü İnarə Osmanova tədris edir. Bu ali təhsil ocağının Humanitar fənlər fakültəsinin türk dili bölməsində birinci və ikinci kurslarda təhsil alan tələbələr dilimizin öyrənilməsinə böyük maraq göstərirlər.

İ.Osmanova artıq beş ildir ki, bu ali təhsil ocağında ana dilimizi könüllü şəkildə tələbələrə öyrədir. O, həmçinin altı ildir ki, Qahirədəki Azərbaycan diaspor mərkəzində Azərbaycan dili və ədəbiyyatını tədris edib. Bu illər ərzində mindən çox tələbəyə Azərbaycan dilini tədris etmişdir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir.
Bu il əl-Əzhər Universitetində Azərbaycan dili dərslərində 204 tələbə iştirak edir. Dilimizə böyük maraq göstərən gənclər onu təkmilləşdirmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün əlavə kurslar təşkil olunacaq.
Qədim tarixi olan – 975-ci ildə təsis edilmiş əl-Əzhər Universiteti dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə 115 ölkədən 500 mindən çox tələbə təhsil alır.
İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edirİnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid və qazilərin həyat yolunu işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində nəzərdə tutulan rayonlarda 3 mart 2022-ci ildə Sumqayıt, 4 mart 2022-ci ildə Cəlilabad, 5 mart 2022-ci ildə Astara, 9 mart 2022-ci ildə Balakən, 10 mart 2022-ci ildə Zaqatala, 11 mart 2022-ci ildə Qax rayonlarında şəhid ailələri və qazilərlə görüşlər keçirildi və çəkilişlər aparıldı. Videoroliklər hazırlanıb növbə ilə “Öndər TV” internet kanalında paylaşılır.

Bildirək ki, çəkilişlər digər rayonlarda davam etdirilir.

Qeyd edək ki, layihə çərçivəsində 11 regionda- Balakən, Zaqatala, Bakı, Qax, Astara, Cəlilabad, Gəncə, Daşkəsən, Qusar, Quba və Sumqayıtda 20 şəhid və 10 qazinin tanıdılması məqsədilə çəkilişlər apararaq videoroliklər hazırlamaq və “Öndər TV” internet kanalında yayınlamaq nəzərdə tutulur.


Ermənistanda dövlətə xəyanət və casusluqla bağlı 26 nəfər HƏBS EDİLİBErmənistanda 2021-2025-ci illər üçün səfərbərlik hazırlığı və səfərbərlik konsepsiyası hazırlanıb.

Bu barədə Ermənistan hökumətinin 2021-ci ildəki fəaliyyətini yekunlaşdıran hesabatda deyilir.

Hesabatda ötən il Ermənistanın dövlət sərhədlərində bir sıra işlərin görüldüyü qeyd edilib.

Bildirilib ki, Zəngəzur bölgəsinin 8 kəndində sərhəd zastavalarının tikintisinə başlanılıb, bu işlərin 50%-i artıq yerinə yetirilib.
 “Döyüş mövqeləri və istehkamlarına gəlincə, son bir ildə dayaq məntəqələrində və mühüm ərazilərdə videomüşahidə sistemləri quraşdırılıb. İstiqamətgahlarda, atəş və döyüş mövqelərində rabitə təşkil edilib və təkmilləşdirilib, hərbi birləşmələri, hərbi hissələri, kəşfiyyat və hava hücumundan müdafiə qoşunlarının radio şəbəkələrini təmin etmək üçün yeni avadanlıqlar quraşdırılıb. Hərbi hissələrin əmlakı yenilənib, hərbi qulluqçulara verilən bütün materialların keyfiyyət göstəriciləri yaxşılaşdırılıb”, - hesabatda bildirilib.

Hökumətin məlumatına görə, Ermənistan sərhəd qoşunlarının şəxsi heyətinin sayının artırılması həyata keçirilib, təşkilati-ştat dəyişiklikləri aparılıb, sərhəd bölmələrinin müvəqqəti yerləşdirilməsi, infrastruktur və bölmələrin hərəkəti üçün istifadə olunan sərhəd yollarının tikintisi və təmiri üzrə işlər görülüb.
 “Silah və hərbi texnikanın müasirləşdirilməsi məqsədilə Silahlı Qüvvələr helikopterlər, PUA-lar, raket və artilleriya, tank əleyhinə, alov atıcı, mühəndislik, tüfəng, hərbi texnika, rabitə vasitələri, zirehli texnika, avtomobil texnikası, hava hücumundan müdafiə və artilleriya radar stansiyaları ilə komplektləşdirilib”, - hökumət bildirib.

Hesabata görə, son bir ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanət və casusluqla bağlı 8 fakt aşkar edilib, 8 cinayət işi üzrə 26 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.