Rusiyaya dərman ixracı da dayandırılır
Dərc olunub:
16-03-2022, 00:50
Amerikanın əczaçılıq şirkəti “Eli Lilly & Company” Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qeyri-zəruri dərmanların ixracını dayandırır.
Bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.
“Eli Lilly & Company” Ukraynada günahsız insanların faciəli şəkildə ölümündən dərin narahatlığını ifadə edib. .