Sizin Reklam Burada

Kreml daha bir əsas müttəfiqini itirdi

Kreml daha bir əsas müttəfiqini itirdiHindistan Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasındakı səsvermədə Rusiyanın əleyhinə səs vermədi. Dehli bununla Kremllə münasibətləri gərginləşdirmək istəmədiyini nümayiş etdirdi.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Hindistan Ukrayna məsələsində Çinlə eyni mövqedən çıxış etməklə Rusiyanı özündən uzaqlaşdırmaq istəməyib. Dehli Kremlin Çinlə Hindistan arasında balansı pozmamasını arzulayır:

“Buna baxmayaraq, Ukraynanın işğalı və müharibənin davam etməsi Pekin kimi, Dehlini də narahat edir. Ərazi bütövlüyü məsələsi Hindistan üçün də həssas mövzudur. Dehli bir başqa məkanda hər hansı dövlətin ərazi bütövlüyünün parçalanmasında maraqlı deyil.

Digər tərəfdən Dehli Kremlin Ukrayna məsələsində qıcıqlandırmaq istəməsə də, siyasi və hərbi əməkdaşlıq məsələlərində ABŞ-a, o cümlədən qonşuları Avstraliya və Yaponiyaya üstünlük verir. Dehli Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla hesablaşmağa başlayıb. Hindistanın böyük şirkətləri və bankları obyektiv səbəblərdən rusiyalı həmkarlarıyla əməkdaşlıqdan çəkinirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər