Hamısı tankın altına atılacaq - Aksyonov
Dərc olunub:
16-03-2022, 08:40
ABŞ Rusiya ilə son ukraynalı ölənə qədər döyüşəcək və onların hamısını qurban verəcək.
Bunu Krımın rəhbəri Sergey Aksyonov deyib.
“Nə qədər ki Amerika var, son ukraynalıya qədər Rusiya ilə mübarizə aparacaq. Seçim yoxdur, hamısı tankın altına atılacaq”, - Aksyonov qeyd edib.
Onun fikrincə, nə qədər ki Qərb dövlətlərinin Ukraynada maraqları var, Kiyevdə isə “qərbyönlü qruplar” hakimiyyətdədir, vəziyyət düzəlməyəcək.