İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edir
İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid və qazilərin həyat yolunu işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsinin icrası davam edir.
Layihə çərçivəsində nəzərdə tutulan rayonlarda 3 mart 2022-ci ildə Sumqayıt, 4 mart 2022-ci ildə Cəlilabad, 5 mart 2022-ci ildə Astara, 9 mart 2022-ci ildə Balakən, 10 mart 2022-ci ildə Zaqatala, 11 mart 2022-ci ildə Qax rayonlarında şəhid ailələri və qazilərlə görüşlər keçirildi və çəkilişlər aparıldı. Videoroliklər hazırlanıb növbə ilə “Öndər TV” internet kanalında paylaşılır.
Bildirək ki, çəkilişlər digər rayonlarda davam etdirilir.
Qeyd edək ki, layihə çərçivəsində 11 regionda- Balakən, Zaqatala, Bakı, Qax, Astara, Cəlilabad, Gəncə, Daşkəsən, Qusar, Quba və Sumqayıtda 20 şəhid və 10 qazinin tanıdılması məqsədilə çəkilişlər apararaq videoroliklər hazırlamaq və “Öndər TV” internet kanalında yayınlamaq nəzərdə tutulur.