Mariupolda 200 min insan mühasirədədir
Dərc olunub:
16-03-2022, 12:39
İndiyədək 20 minə yaxın mülki şəxs mühasirədə olan liman şəhəri Mariupolu şəxsi avtomobilləri ilə tərk edə bilib.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Vadim Denysenko məlumat verib.
Ukrayna rəsmiləri bildirirlər ki, Mariupol sakinləri Rusiya ordusunun açdığı atəşlər nəticəsində son iki həftədədir istilik, işıq və su təchizatı olmadan şəhərdə sıxışıb qalıblar. Bu həftənin əvvəlində Ukraynanın rəsmi hesablamalarına görə, ən azı 200 min nəfərin təcili təxliyə edilməyə ehtiyac var.