Azərbaycanın əldə etdiyi bütün uğurlar YAP-ın fəaliyyətilə bağlıdır
YAP tariximizin son dərəcə ağır və keşməkeşli günlərində,ölkənin böyük sınaqlarla üzləşdiyi bir zamanda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb.1992-ci ildə Azərbaycanın taleyini düşünən bir qrup vətənsevərlər ölkəni böhrandan çıxara biləcek yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və ulu öndər Heydər Əliyevin ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Bununla da,müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Zaman göstərdi ki, YAP fəaliyyət göstərdiyi illər ərzində ölkənin siyasi həyatında mühüm rol oynayıb və üzərinə götürdüyü məsuliyyətli vəzifəni şərəflə yerinə yetirib. Hazırda YAP bölgədə ən güclü siyasi qüvvədir. Bu gün Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf prosesi həm də YAP-ın fəaliyyəti ilə bağlıdır. Tam əminliklə deyə bilərik ki, Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər ümummilli lider Heydər Əliyevin yaratdığı YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır. YAP-ın hakimyyətdə olduğu illər ərzində Azərbaycan iqtisadiyyatı inkişaf edib, cəmiyyətin bütün sahələrində əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Hər bir vətəndaşımızın həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə edilib. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin müasirləşməsi,daha da inkişafı istiqamətində atılan addımlarda partiyamızın üzvləri fəal şəkildə iştirak edirlər. Ona görə də,cəmiyyətimiz, xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün taleyüklü məsələlərin həllində dövlətimizin başçısına dəstək verir. 2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən, ulu öndərimiz Heydər Əliyevin siyasi varisi,ən layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində sürətli inkişafa, davamlı tərəqqiyə nail olundu. Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu illər ərzində ölkəmizdə ordu quruculuğu özünün ən yüksək inkişaf səviyyəsinə çatdı. Ən başlıcası,Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında milli ruhlu, vətənpərvər gənc nəsl yetişdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın bu vətənpərvər övladları vətənin müdafiəsinə qalxdılar. Azərbaycanda dövlət müstəqilliyinin möhkəmləndirilməsində, Demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasında, vətəndaşların dinc və firavan həyatının təmin edilməsində YAP-ın əhəmiyyətli rolu vardır. Müstəqilliyimizin möhkəmləndirilməsi, sosial- iqtisadi və demokratik islahatların həyata keçirilməsi yolunda mövcud uğurlar YAP-ın fəaliyyətinin bəhrəsidir. Əlbəttə, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamalıyıq.
YAP ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdir. YAP-ın sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti partiyamıza olan ümumxalq inamını daha da artırıb. Zamanın çətin sınaqlarından həmişə üzüağ çıxan,daim dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyuram.
Partiyamızın sıralarında gənclərin böyük qüvvə kimi çıxış etməsi çox vacib bir göstəricidir. Etiraf etmək lazımdırki, gənclər bu günü, gələcəyi dəyərləndirməyi daha yaxşı bacarırlar. Gənclər öz gələceklərini bu partiyada görürlər və dövlətimizə bu partiyanın xətti ilə xidmət etmək isdəyirlər.
Gülnar Muradova
Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru