Sizin Reklam Burada

Mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var

Mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri varQədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının uzun illərdən daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. Novruz bayramı təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. El inamına görə çərşənbələrdə yazın nəfəsi növbə ilə suyun, agacların, torpağın canına hopub onları oyadır. Yazın nəfəsi suya toxunur, torpağın oyanması, toxumların cücərməsi, agacların yaşıllaşması, həyatın yeni bir axara düşməsi ilə başa çatır.

Novruz süfrəsinə bol nemətlərin düzülməsi də yeni ildən xeyir, bərəkət, bolluq, firavanlıq diləmək, arzu, istəkləri simvollaşdırır. Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə olan inamla bağlıdır. Yazın gəlişinin daha yaxın iqlim qurşagında olan xalqlar tərəiındən, eyni zamanda bayram edilməsi tamamilə təbiidir. Xüsusən də türk coğrafiyasını əhatə etməsi də bu uyğunluqdan irəli gəlir. Astronomik təqvim üzrə Novruzun yerinin təsbitlənməsi gecə və gündüzün bərabərləşdiyi 21 mart və saatın dəqiq müəyyənləşdirilməsi isə Səlcuq hökmdari I Məlikşahın göstərişi ilə dövrün böyük alimi Ömər Xəyyam tərəfındən həyata keçirilmişdir. Səmərqənd rəsədxanasında bir neçə il çəkən müşahidə və tədqiqatlar nəticəsində Ömər Xəyyam dəqiq cədvəl təqvimi hazırlamışdır. Onu Məlikşahın şərəfinə "Sultan təqvimi" yaxud da "Təqvimi Cəlaliyyə "adlandırmışdı. Bu astronomik təqvim indi də öz elmi dəqiqliyi ilə heyrət doğurur. Bu gun Azərbaycanda keçirilən Novruz hər cür siyasi ideoloji rənglərdən azad, sözün həqiqi mənasında təbiətin oyanışı, yazın gəlişi ilə bağlı insanın işığa, həyata, yeni günə, xoş güzərana, aydın sabahlara inamını ifadə edən saf və duru bir bahar bayramıdır.

Sovet dövründə damğalanan, qadağan olunan Novruz bayramı bu gün artıq böyük coşqu və ruh yüksəkliyi ilə dövlət xalq vəhdəti şəklində yüksək səviyyədə qeyd olunur. Milli dəyərlərimizə, milli irsimizə daim sahib çıxan dövlətimiz bu bayramı bütün bölgələrdə qeyd edir. Hörmətli Prezidentimiz İlham Əliyev hər il ailə üzvləri və xalqla birlikdə bu bayramı böyük coşqu ilə qeyd edir, bütün bölgələrdə bayram şənlikləri təşkil edilir. Bu Novruzu həm də torpaqları azad, qalib xalq kimi qeyd etmək də ayrıca zövq verir. Təbii ki, bu uğurda şəhid olan qəhrəmanlarımızı da, onların ailə üzvlərini də unutmuruq, onların ailələri daim dövlətin qayğısı ilə əhatə olunub. Humanizm, quruculuq abadlıq, xeyirxahlıq xoş münasibət, insanı ucaldan, kamilləsdirən mənəvi dəyərlərə ehtiram və sayğı ilə yanaşmaq Azərbaycan Novruzunun əsas göstəricisidir.

Rəşad Rəhmanov
Siyəzən şəhər, Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər