QHT Agentliyinin rəhbərliyi Türkiyə Daxili İşlər Nazirliyində və digər qurumlarda görüşlər keçiribAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir.

Avrasiya.net xəbər verir ki, bu gün Agentlik rəsmiləri Türkiyə Daxili İşlər Nazirliyində, Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsində və Türkiyə Kızılay Cəmiyyətində olmuşlar.

İlk görüş Türkiyə Daxili işlər nazirinin müavini (vətəndaş cəmiyyəti təsisatları ilə iş üzrə) Mehmet Ersoy ilə keçirilib. Qonaqları salamlayan Mehmet Ersoy iki ölkə QHT-ləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Türkiyə Daxili İşlər Nazirliyi və QHT Agentliyi arasında əlaqələrin güclənməsinin vacibliyini qeyd edib.

Görüşdə Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlətin verdiyi dəstək, Türkiyə ilə bu sahədə əməkdaşlığın perspektivləri, gələcəkdə birgə tədbirlərin və layihələrin faydası haqqında fikirlərini bölüşüb.

Sonra Agentliyin rəhbərliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsində olublar. İdarənin rəisi Erkan Kılıç, habelə qurumun rəhbər şəxsləri qonaqlara fəaliyyətləri barədə geniş təqdimat ediblər. Təqdimatda Baş İdarənin vəzifələri, QHT-lərə dövlət dəstəyi, Türkiyənin bütün ərazilərində QHT-lərlə işin təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi, QHT-lər üçün göstərilən xidmətlər və həyata keçirilən digər mühüm işlər haqqında məlumat verilib. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Agentliyin icraçı direktoru Aygün Əliyeva Baş idarənin rəhbərliyinə təşəkkür edərək, Azərbaycanda və Türkiyədə QHT-lərlə işə məsul olan aidiyyəti qurumlar arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Bu fəaliyyətin genişləndirilməsi üçün müştərək layihələrin və proqramların reallaşmasının iki ölkənin tarixi köklər üzərində inkişaf edən dostluq və qardaşlıq münasibətlərinə də müsbət töhfə verəcəyini bildirib.

Günün sonunda nümayəndə heyətinin Türkiyə Kızılay Cəmiyyətində görüşü keçirilib. Cəmiyyətin rəhbəri İbrahim Altan qonaqlara rəhbərlik etdiyi təşkilatın tarixi, iş prinsipi, layihə və proqramları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Cəmiyyət Türkiyənin ən böyük ictimai təşkilatıdır.

Qeyd edək ki, səfər bir neçə gün davam edəcək.








Azərbaycanda ata uşağını qaçırdı - Nənə “102”yə zəng vurduSalyan rayonun Xıdırlı kəndində 5 il boyunca nənəsinin himayəsində yaşayan 11 yaşlı uşaq 22 yanvar 2022-cil il tarixdə bioloji atası tərəfindən dərsdən çıxarkən zor tətbiq edilərək əmisinin evinə aparılıb. Nənə mənə müraciət edərək uşağın qaçırıldığını bildirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” səhifəsində paylaşım edib.

O, uşağın nənəsinin Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng vurduğunu deyib:

“102 xidməti” qadının müraciətini qeydə alıb. Mən nənəyə Salyan İcra Hakimiyyəti yanında Qəyyumluq Komissiyasına müraciət etməsini tövsiyə etdim. Salyan İcra Hakimiyyəti yanında fəaliyyət göstərən aidiyyəti komissiya dərhal məsələyə reaksiya verib və əməkdaşlar uşağın yanına gedib.

Məlum olub ki, 5 il öncə ailə münaqişəsi nəticəsində azyaşlının anası intihar edib. Müəmmalı da olsa bu qətl kimi deyil, intihar kimi qiymətləndirilib. Uşaq israrla anasını atasının öldürdüyünü desə də intihar hadisəsidir”.

K.Ağazadə onu da qeyd edib ki, bu faciədən sonra azyaşlı nənə və xalalarının yanında yaşayıb:

“Ata isə məhkəmə qərarı ilə uşağın onunla birgə yaşaması qətnaməsini alıb. Əlbəttə, o zaman 7 yaşlı bir uşağın fikri məhkəmədə keçərli deyildi, amma baş verən hadisəyə də belə qərarın verilməsi nə dərəcədə doğru olduğunu artıq aidiyyəti komissiya deyə bilər.
Ata “mənə imkan verməyiblər görüşməyə” deyir. Anladım, ola bilər. Amma 5 ildə heç görmək mümkün olmayıb?!

Çox güman ki, uşağın nənəsigildə də ünsiyyət arzuolunmaz olub, amma bəs uşaq? Uşağı düşündünüzmü?! Uşaq dördüncü gündür ki, atanın yanındadır və ancaq atanı gördükdə çığırır və əsir. Ata uşağı məktəbə buraxmır. Deyir ki, uşağa evdə təhsil verəcək. Belə uşağı özünüzə sevdirəcəksiniz? Ata komissiyanın nümayəndələrinə də bildirir ki, həbs də edilsə də uşağı verməyək. Bir az öncə verilişlərin birində bu məsələ müzakirəyə çıxarılıb. Mən də canlı bağlantıya qoşuldum, münasibətimi bildirdim. Amma bu mövzuları ictimailəşdirməyə vadar edən səbəblər bu məsələdə məsuliyyət daşıyan qurumlardır. Mən düşünürəm ki, uşaq hər iki tərəfdən qısa müddətli də olsa uzaqlaşdırılmalıdır. Lütfən uşağa yardım edin, uşaqların müdafiəsinə qalxın. Lütfən uşaqları ailələrin düşmənçiliyinə, qərəzinə qurban verməyin. Onlar da Azərbaycan vətəndaşıdır, vətəndaşımızı qoruyaq”.

Azərbaycanlı jurnalist Londonda həbs edildiÖzünü “müxalif jurnalist” kimi qələmə verərək Böyük Britaniyadan siyası sığınacaq istəyən 34 yaşlı Azərbaycan vətəndaşı Ceyhun Zeynalov bu ölkədə seksual qısnama cinayətinə görə mühakimə olunub.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, Zeynalov Azərbaycanda “jurnalistika ilə məşğul olduğunu və hakim partiyanı tənqid etdiyi üçün təqiblərə məruz qaldığını” iddia edərək bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət edib.

Onun müraciətinə baxılması prosesinin davam etdiyi bir vaxtda bu şəxs Stok-on-Trent şəhərində əqli qüsurlu qadına qarşı seksual xarakterli hərəkətlər edib.

Belə ki, qadın şirniyyat mağazasına daxil olarkən Zeynalov ona yaxınlaşıb, birlikdə içməyi təklif edib. Qadın ona rədd cavabı verib, amma Zeynalov bir butulka araq alıb və qadın mağazadan çıxanda onu təqib etməyə başlayıb. Dövlət ittihamçısı Ben Lourens bildirib ki, bu şəxs qadını Müqəddəs Mark kilsəsisinin arxasına dartıb aparıb. Və orada ona qarşı zorla seksual xarakterli hərəkətlər edib, qadın Zeynalovun əlindən çıxıb evlərinə gedə bilib və baş verənləri anasına danışıb. Anası isə polisə müraciət edib. Və Zeynalovu tezliklə həbs ediblər.

Qadın məhkəmədə deyib:

“Mən müntəzəm olaraq mağazaya piyada gedirəm. Amma baş verənlərdən sonra mən ora getməkdən qorxuram. İndi küçədə tanış olmayan kişilər görəndə narahat oluram. Baş verənlərdən sonra anam mənə görə çox narahatdır”.

Bildirilir ki, Ceyhun Zeynalov üç uşaq atasıdır. Siyasi sığınacaq barədə müraciət etdiyi üçün ona ayda 198 funt sterlinq verirlər. 13 illik birgə nikahdan sonra Zeynalov ailəsindən ayrı yaşayır. Əvvəlcə o, günahını boynuna almayıb, amma sonra hər şeyi etiraf edib.

Hakim Zeynalovu hökmün icrası 18 ay təxirə salınmaq şərti ilə 10 aylıq həbsə və 30 günlük reablitasiyaya məhkum edib. Habelə o, alkaqol asılılığından 6 ay müalicə almalı, 120 saat məcburi əməklə məşğul olmalıdır. Bundan əlavə Zeynalovun adı seksual zəmində cinayətlər törədən şəxslər siyahısına salınıb və 10 il bu siyahıda qalacaq.

Qeyd edək ki, Azərbaycan mənbələrində bu şəxsin jurnalist fəaliyyətinə dəlalət edən heç bir fakta, məlumata rast gəlinmir. Eləcə də həmkarlar arasında onu tanıyan yoxdur
"Buster" doza vurduranların "Peyvənd sertifikatı" müddətsizdir - RƏSMİHazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-dən Avrasiya.net-ə daxil olan birgə məlumatda bildirilib.

Rəsmi məlumata görə, 25 yanvar 2022-ci ilə olan məlumata əsasən ölkə üzrə vurulan vaksinlərin ümumi sayı 11 845 510, onlardan 1 895 975-i “Buster” doza vaksinlərin sayıdır:

""Buster” doza (3-cü doza) qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq, bu virusa qarşı müqavimət azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster doza”nın vurulması tövsiyə olunur.

Məlumat üçün bildirək ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır".

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır".

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Belə ki, 2022-ci il fevralın 15-dən etibarən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər;

Həmin tarixdən etibarən bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələri işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir;

Həmin tarixdən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir:

1. mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

2. mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

3. Bu Qərarın 2.4-cü bəndi nəzərə alınmaqla, bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;

Həmin tarixdən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;

Həmin tarixdən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir (təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olmaqla);

Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər:

1. ictimai iaşə müəssisələrində;

2. mehmanxanalarda;

3. iri ticarət mərkəzlərində.

Həmin tarixdən etibarən hamam xidmətləri göstərən obyektlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi olan, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.
Omikrona görə əhaliyə daha bir xəbərdarlıqSəhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib.

Avrasiya.net birgə məlumatı təqdim edir:

"Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştammına yoluxanların sayında artım müşahidə olunur. Omikron ştammının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.

Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin. Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa COVID-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirir.

COVID-19-a yoluxduğunuz təsdiqləndiyi halda, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirirsinizsə xəstəliyin ailənizə və ya ətrafdakılara yoluxmaması üçün evdə müalicə və təcrid olunma qaydalarına riayət etməyiniz tövsiyə olunur:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;

• Maska taxın;

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin;

• Təcrid olduğunuz yeri tez-tez havalandırın;

• Ortaq istifadə olunan sahələri mütəmadi dezinfeksiya edin;

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;

• Bol maye qəbul edin;

• Yuxu rejiminə riayət edin (gün ərzində ən az 7 saat dərin və rahat yuxu);

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (>38.5℃, hərarət salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin;

• Həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin;

• Tibb bacıları və kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin;

• Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C və D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.

COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra “İmmunitet sertifikatı” əldə edə bilərlər. Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır".
Rəisi Azərbaycanla əlaqələrdən danışdıƏminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcək.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 26-da ölkəsində rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İran Prezidenti həmçinin xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Seyid İbrahim Rəisi iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb.
"Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır" Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


26 yanvar - Dünya #Ekoloji #Təhsil Günüdür.

Dünya Ekoloji Təhsil Gününün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır.
Mən də bu sahədə sizi məlumatlandırmaq üçün
“Ekoloji təhsil ekoloji mədəniyyət konteksində” adlı məqalə hazırladım.

Təbiətin mühafizə edilməsi, #ekolojitarazlığın pozulması fonunda dünyanı düşündürən ən aktual məsələlərdəndir. Dünyada ekoloji təhsil hərakatının ayrıca diqqət mərkəzində olması da məhz bu amillərlə bağlıdır. Ekoloji təhsilin tarixinə diqqət edək. Müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.

Ekoloji təsilin hədəfi ekoloji mədəniyyətin formalaşmasıdır. Dünyada ekoloji fəalkətlərin aktuallıq kəsb etməsi ekoloji mədəniyyət və bunun ən vacib tərkib komponenti olan ekoloji təhsil məsələsini zəruri edən əsas amilə çevrilir. Ekolji şüurun inkaf etdirilməsi məhz ekoloji təhsilin düzgün qurulmasından keçir.
“Ekoloji mədəniyyət - ümumbəşəri insan mədəniyyətinin bir hissəsi, ictimai münasibətlər sistemi, insan və təbiət arasındakı əlaqəyə dair sosial və fərdi əxlaqi və etik normalar, baxışlar, münasibət və dəyərlər; insan cəmiyyəti ilə təbii mühitin birlikdə yaşamasının harmoniyası; insan cəmiyyətinin təbii mühitə və ümumiyyətlə ekoloji problemlərə münasibəti ilə həyata keçirilən insan və təbiətin ayrılmaz bir birləşmə mexanizmidir". Sadə dillə desək, bunlar cəmiyyətin hər bir üzvünün düşüncələrində və hərəkətlərində əks olunan ətraf aləmə hörmətlə bağlı köklü fikirlərdir. Eyni zamanda ekoloji mədəniyyət insanların təbiəti, ətraf aləmi və onların kainatdakı mövqeyini, bir insanın dünyaya münasibətini qiymətləndirmə səviyyəsidir.

Fərdin ekoloji mədəniyyəti isə sözün əsl mənasında "ana südü ilə udma", təbii sərvətlərdən rasional istifadə, ətraf mühitin qorunması üçün fərdi olan ekoloji qaydaların və tələblərin şüurlu şəkildə yerinə yetirilməsi mənasını verən mürəkkəb və uzun bir prosesdir. Bu prosesin əvvəli tərbiyəyə, sonrası isə elmi biliklərə və elmi yaradıcılığa söykənməlidir.

Müasir dövrdə ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi, inkişafı, onun əsas müddəalarının yerinə yetirilməsi, ekoloji cəhətdən təmiz, saf ərzaq məhsullarının istehsalı, ekoloji kənd təsərrüfatına geniş yer verilməsi, bəşəriyyətin sivilizasiya yolu ilə inkişafının ən vacib, ümdə porblemi hesab olunur. Bütün bəşəriyyət ekologiyanın qorunması üçün səfərbərliyə cəlb edilməli, #təbiətə, torpağa, havaya, suya, heyvanlara, bitkilərə, balıqlara, quşlara qəddar münasibət göstərənlərə, beynəlxalq ekoloji və bioloji terrorizmə qarşı müharibə elan olunmalıdır. Akademik Həsən Əliyevin ibarəsi ilə desək, təbiətin keşiyini çəkmək üçün söz silahının gücü ilə geniş kütləni ayağa qaldırmaq lazımdır. Müasir dövrdə elmi-texniki tərəqqinin sürətli və dinamik inkişafı, İKT, internet, robot, nano-texnologiyanın insan həyatının bütün sahələrinə inteqrasiyası cəmiyyətin şüurunda təbiətə, onun sərvətlərinə, floraya, faunaya yaradıcı münasibətin formalaşmasını tələb edir.

Hazırda beynəlxalq aləmdə hamı belə bir fikirlə razılaşır ki, insanlarda mədəniyyətin, sivilizasiyanın yeni növü - ekoloji mədəniyyət formalaşmalıdır. Əks təqdirdə, insanların təbiətə, onun sərvətlərinə mənfi münasibəti dəyişilməyəcək, əksinə, daha da dərinləşəcəkdir. Bu gün insanlarda ekoloji mədəniyyətin, sivilizasiyanın, təfəkkürün, şüurun, tərbiyənin və təhsilin formalaşması artıq günün, dövrün tələbinə çevrilmişdir.

Ekoloji mədəniyyət təkcə təbiətə müəyyən baxışlar, onun sisteminin işlənib hazırlanması demək deyildir. O, həm də konkret insan fəaliyyəti ilə əlaqədardır. Cəmiyyətdə ekoloji mədəniyyət səviyyəsinin yüksəlməsi gələcək nəslin ekoloji tərbiyəsindən və ekoloji biliklərə necə yiyələnməsindən asılıdır. Bu isə bütün insanlarda bəşəri mədəniyyəti təcəssüm etdirən mədəniyyətin sivil inkişaf forması və təhsil mühitinin formalaşmasını, eyni zamanda bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf strategiyasını, konsepsiyasını, proqramını hazırlamağı və həyata keçirməyini tələb edir. Ekoloji təhsilin ardıcıl və sistemli olması üçün bu prosesə şəxsiyyətin formalaşmasının ilk anlarından - uşaqlıqdan başlamaq lazımdır ki, onun da təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai siniflərdə qoyulmalı, orta, orta ixtisas və ali məktəblərdə isə tamamilə formalaşmalıdır. İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər. Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır.

Təsadüfi deyil ki, bir çox alimlər ekoloji təhsili uşaqlarda ekoloji mədəniyyətin inkişafına yönəlmiş sistemli bir pedaqoji fəaliyyət hesab edir. Ekoloji mədəniyyətin formalaşması, pedaqoji prosesdə onunla gündəlik ünsiyyətdə ekoloji şüurun, təbiətə ekoloji həssaslığın inkişafıdır. Ekoloji təhsil isə bir insanın ekologiya sahəsində biliklərə sahib olmasını və təbii mühitin qorunması üçün mənəvi məsuliyyətinin formalaşdırılmasını əhatə edir. Ekoloji təhsil sistemi insanın həyatında heç bir epizod ola bilməz, çünki bu insan mədəniyyətinin ayrılmaz hissəsidir. Bu fikirlərimizin və arzu etdiklərimizin həyata keçməsi uzun bir prosesdir. Ekoloji maarifləndirmə və ekoloji mədəniyyətin dünyamızda formalaşdırılması proseslərinin uğurlu nəticələr verməsi üçün hər bir dövlət öz qanunvericiliyində mütərəqqi addımlar atmalıdır. Sivil dünyanın bir parçası olan Azərbaycan müasir çağırışlara qanunvericilik bazasını yaratmaqla ekoloji mədəniyyətin inkişafına təkan verir. Ümümmilli Lider Heydər Əliyevin ekoloji problemləri daimi diqqət mərkəzində saxlayırdı. Təsdüfi deyil ki, bu sahədə ilk qanunvericilik aktı Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Qanun (10 dekabr 2002-ci il) tarixində Heydər Əliyevin Prezidentlik dönəmində qəbul edilmişdir, sözügedən Qanun əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir. Qanunda ekoloji təhsil, ekoloji biliklər, ekoloji maarifləndirmə, ekoloji mədəniyyət kimi vacib anlayışlar öz hüquqi təsbitini tapmışdır. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericilik bazasına gəldikdə isə Azərbaycan Respublikasının Konstitusiyasından, Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Qanun, təhsil və ətraf mühitin mühafizəsi ilə bağlı qanunlardan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər müvafiq normativ hüquqi aktlardan ibarətdir. Sözügedən qanun ekoloji təhsil və maarifləndirmə sahəsində idarəetməni həyata keçirən dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanlarına, təhsil müəssisələrinə, əhalinin maarifləndirilməsi ilə məşğul olan, həmçinin digər aidiyyəti hüquqi və fiziki şəxslərə şamil edilir. Lakin təəssüflə qeud etməliyik ki, yerli özünü idarə qurumu olan Bələdiyyələr bu sahədə heç səmərəli fəaliyyətlə məşğul olmur.

Bələdiyyələrin statusu haqqında Qanunun 6-cı maddəsində yerli ekoloji proqramların həyat keçirilməsi ilə bağlı Bələdiyyələrin üzərinə vəzifə qoyulmuşdur. Sözügedən qanuna əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Həmçinin Qanun Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.

Yuxarıda göstərilənlərdən görünür ki, dövlət və yerli özünü idarə qurumu olan Bələdiyyələr ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi məslələrində birgə qarşılıqlı fəaliyyətin qurulmasında maraqlı olmalıdırlar. Bütün bu amillər ekoloji təhsilin vacib olmasını özündə ehtiva edir. Hesab edirəm ki, ekoloji təhsil, ekoloji mədəniyyət anlayışı üzvi vəhdət də götürlüməklə ətraf mühitin mühafizəsində və ekoloji tarazlığın qorunmasında ən tövhə verici bir sahəyə çevirməliyik!
İran hər zaman Azərbaycanın yanında olacaq - Bagiriİran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın ərazilərini işğaldan azad etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq.

Avrasiya.net Azərtac-a istinadən xəbər verir ki, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Bagiri deyib.

O bildirib ki, İran Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda maraqlıdır: "Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər".

M.Bagiri qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz: "İran Azərbaycan Prezidentinin regionda “3+3” formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir".

“Biz birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq”, - deyən general-leytenant M.Bagiri Azərbaycanın İran üçün dost və qardaş dövlət olduğunu bildirib.
Yunis Səfərov aclıq aksiyasına başladıGəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə araşdırması apelyasiya instansiyasında davam edir.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Yunis Səfərovun vəkili vəsatət verərək müvəkkili barəsində verilmiş ittihamların 29.120.1-ci maddəyə tövsif olunmasını istəyib.

Yunis Səfərov ona və digərlərinə mütəşəkkil dəstə halında birləşmə ittihamı verilməsinə görə bu ayın 23-dən etibarən aclıq aksiyasına başlayıb.

Cinayət işi üzrə digər təqsirləndirilən şəxslər və onların vəkilləri də birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş ediblər.

İttihama görə Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edib.

Qeyd edək ki, həbs edilənlərdən yalnız Yunis Səfərov özünü qismən təqsirli bilərək deyir ki, Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə onu öldürmək istəyib. Digər şəxslər isə özlərini təqsirli bilmirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Hökmə əsasən digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov və Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrum ediliblər.

Məhkəmədə bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüblər. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Məhkəmə onlara öldüklərinə görə cəza təyin etməyib.