QMİ-nin bu səlahiyyətləri əlindən alınır
Dərc olunub:
26-01-2022, 13:31
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alına bilər.
Bununla bağlı məsələ “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.
Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sabah keçirilən iclasında müzakirə edilməsi nəzərdə tutulur.