Savaş başlasa, ordunu geri çəkəcəyik - Milanoviç
Bu vəziyyətdə əsl günahkar yoxdur, amma kimin zərər görəcəyi çox aydındır. Ona görə də Xorvatiya ordusu belə bir müharibəyə qatılmayacaq.
Axar.az xəbər verir ki, bunu Xorvatiya Prezidenti Zoran Milanoviç Ukrayna ilə Rusiya arasında müharibə başlayacağı halda hansı addımların atılacağı ilə bağlı suala cavabında deyib.
“Mən Xorvatiya ordusunun baş komandanıyam. Ukrayna ilə Rusiya arasında münaqişənin gərginləşəcəyi təqdirdə Xorvatiya ordusunun bütün üzvlərini çıxaracağıq. Xorvat ordusuna aid bir əsgərin ərazidə olmasını istəmirəm”, - deyə Milanoviç bildirib.
O, qərarın Ukrayna və ya Rusiya ilə heç bir əlaqəsi olmadığını bildirib:
“Qərarımız tamamilə Co Bayden rəhbərliyinin dinamikası və Amerikanın daxili siyasətindən asılıdır”.