Azərbaycanlı jurnalist Londonda həbs edildi
Özünü “müxalif jurnalist” kimi qələmə verərək Böyük Britaniyadan siyası sığınacaq istəyən 34 yaşlı Azərbaycan vətəndaşı Ceyhun Zeynalov bu ölkədə seksual qısnama cinayətinə görə mühakimə olunub.
Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, Zeynalov Azərbaycanda “jurnalistika ilə məşğul olduğunu və hakim partiyanı tənqid etdiyi üçün təqiblərə məruz qaldığını” iddia edərək bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət edib.
Onun müraciətinə baxılması prosesinin davam etdiyi bir vaxtda bu şəxs Stok-on-Trent şəhərində əqli qüsurlu qadına qarşı seksual xarakterli hərəkətlər edib.
Belə ki, qadın şirniyyat mağazasına daxil olarkən Zeynalov ona yaxınlaşıb, birlikdə içməyi təklif edib. Qadın ona rədd cavabı verib, amma Zeynalov bir butulka araq alıb və qadın mağazadan çıxanda onu təqib etməyə başlayıb. Dövlət ittihamçısı Ben Lourens bildirib ki, bu şəxs qadını Müqəddəs Mark kilsəsisinin arxasına dartıb aparıb. Və orada ona qarşı zorla seksual xarakterli hərəkətlər edib, qadın Zeynalovun əlindən çıxıb evlərinə gedə bilib və baş verənləri anasına danışıb. Anası isə polisə müraciət edib. Və Zeynalovu tezliklə həbs ediblər.
Qadın məhkəmədə deyib:
“Mən müntəzəm olaraq mağazaya piyada gedirəm. Amma baş verənlərdən sonra mən ora getməkdən qorxuram. İndi küçədə tanış olmayan kişilər görəndə narahat oluram. Baş verənlərdən sonra anam mənə görə çox narahatdır”.
Bildirilir ki, Ceyhun Zeynalov üç uşaq atasıdır. Siyasi sığınacaq barədə müraciət etdiyi üçün ona ayda 198 funt sterlinq verirlər. 13 illik birgə nikahdan sonra Zeynalov ailəsindən ayrı yaşayır. Əvvəlcə o, günahını boynuna almayıb, amma sonra hər şeyi etiraf edib.
Hakim Zeynalovu hökmün icrası 18 ay təxirə salınmaq şərti ilə 10 aylıq həbsə və 30 günlük reablitasiyaya məhkum edib. Habelə o, alkaqol asılılığından 6 ay müalicə almalı, 120 saat məcburi əməklə məşğul olmalıdır. Bundan əlavə Zeynalovun adı seksual zəmində cinayətlər törədən şəxslər siyahısına salınıb və 10 il bu siyahıda qalacaq.
Qeyd edək ki, Azərbaycan mənbələrində bu şəxsin jurnalist fəaliyyətinə dəlalət edən heç bir fakta, məlumata rast gəlinmir. Eləcə də həmkarlar arasında onu tanıyan yoxdur