İki uşaq anası dəm qazından zəhərlənərək öldü
Dərc olunub:
26-01-2022, 11:46
Ağsu rayonunda iki uşaq anası dəm qazından zəhərlənərək ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə ötən axşam rayonun Padar kəndində baş verib. Belə ki, kəndin sakini, 1993-cü il təvəllüdlü iki uşaq anası Elnaz Əliheydər qızı Əhmədzadə kustar üsulla quraşdırılan su qızdırıcısının hamam otağına buraxdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
Elnaz Əhmədzadə huşsuz vəziyyətdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun iki azyaşlı uşağı qalıb.
Faktla bağlı araşdırma aparılır.