Yardımlının işıq problemi: narazılıq pik həddəƏli Zülfüqaroğlu

Bu gün dünya kritik və həlledici mərhələdən keçir. Dördüncü sənaye inqilabı, süni intellekt, blokçeyn, alternativ enerji və.s kimi dünyanı dəyişəcək texnologiya və ideyaların praktiki tətbiqi mərhələsinin başlanması dövrü qlobal qarşıdurmalarla müşahidə olunur ki, bu da ölkələr və xalqların daha sərt təhdidlərə və şaraitlərə hazırlıqlı olmasını diktə edir.
Biz, bütün dünyanın prioritet mövzu kimi şərh etdiyi bu anlayışlardan bəhs etmək niyyətində deyilik.
Biz, çox çox illər geriyə qayıdaraq, hələ də sovet dönəminin dağılma ərəfəsində, yaxud sovet hökuməti qurulan illərdə müzakirə olunan və dünya, eyni zamanda ölkəmizin əksər bölgələri üçün artıq arxivə qapadılan kiçik, ancaq xalq üçün böyük çətinliklər yaradan problemlərdən danışmaq məcburiyyətində qaldığımızı təəsüflə vurğulamaq zorundayıq. Yarıtmaz məmurların “fəaliyyəti” nəticəsində yaranan və keçmişi bu günə daşıyan problemlərdən...

Azərbaycan kimi enerji ölkəsinin hansısa bir rayonunda 90-cı illərdə olduğu kimi elektirik enerjisi probleminin olması və bunun həll edilməməsi sadəcə utancvericidir.
Təəssüf ki, Yardımlıda işıq problemi hələ də ilk yerdə dayanır.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən bir müddət rayonda qaldım və bu zaman kəsiyində bir çox sahələrdə olduğu kimi, biz də, media olaraq onlayn fəaliyyət göstərdik. Amma buna onlayn fəaliyyət demək mümkündürsə...

İşıqlar tez-tez söndüyündən yazıları vaxtında göndərmək mümkün olmurdu. Əksər hallarda redaksiyaya “işığımız sönüb” deməyə utanır və bunun hazırki dövrdə inandırıcı səbəb kimi başa düşülməyəcəyini bildiyim üçün başqa “səbəblər”i əsas gətirirdim. Amma təəssüf ki, vəziyyətin bərbad olması müasir dünyaya və bu dünyanın bir parçası olan ölkəmizdə aparılan islahatlara uyğun deyil. Onu da deməliyik ki, rayonda olduğumuz müddət ərzində 70 minlik rayon əhalisinin bu vəziyyətə düşməsi ilə bağlı birbaşa məsuliyyət daşıyan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Yardımlı rayon şöbəsinin sakinləri razı salan fəaliyyətinin şahidi olmadıq. Bu səbəbdən də bütövlükdə “Azərişıq” ASC-nin nüfuzdan düşməməsi üçün bölgələrdə, eyni zamanda Yardımlı rayonunda ciddi araşdırmaya və nəzarətə ehtiyac var...

Hesab edirəm ki, bu cür yarıtmaz fəaliyyət dövlət başçısının ölkənin inkişafı naminə atdığı addımlara, apardığı siyasətə adekvat deyil. Konkret olaraq Yardımlı rayonunda əhalinin fasiləsiz elektirik enerjisinin təmin olunması ilə bağlı yaranmış problemlərin təcili olaraq aradan qaldırılmasına ciddi ehtiyac duyulur. Yarıtmaz fəaliyyət göstərən, öz işinin öhdəsindən gələ bilməyən, nöqsanlara yol verən məmurlarla bağlı tədbir görülməli və bu sahədə də bacarıqlı kadrlar önə çəkilməlidir.
Hər hansı bir qurum kiminsə şəxsi mülkiyyəti deyil, vətəndaşlara layiqli xidmət göstərmək əhalinin ödədiyi vergilər hesabına dövlətdən maaş alan məmurların vəzifə borcudur.

Kənd sakinləri bizimlə söhbətlərində bildirirlər ki, şikayətlərə cavab olaraq problemlər “problemlərin aradan qaldırılması üçün vəsait ayrılmır”, “maddi-texniki təminat yox səviyyəsindədir”, “dirəklər ədədlə verilir” və.s. kimi fikirlərlə əsaslandırılır.

Təbii ki, bu sakinləri maraqlandırmır, əhaliyə işıq lazımdır, nəyin çatıb-çatmadığı vətəndaşın problemi deyil. Əgər maddi texniki təminatda problem varsa, o zaman bu yerli şöbə tərəfindən “Azərişıq” ASC rəhbərliyinin diqqətinə çatdırılmalı, material tələb olunmalı və problem öz həllini tapmalıdır. Bütün bunlar praktiki fəaliyyətdə nəzərə çarpmadığından rayonda işıqla bağlı narazılıq pik həddədir...

Sakinlər həmçinin bildirirlər ki, məsələn sərhədyanı Avaş kəndində hər hansı bir təmir aparılarkən nəyə görə, Şəfəqli, yaxud daha aşağı kəndlərdə işıqlar söndürülməlidir: “Özlərinə əziyyət verib qəza baş verən kəndin elektirik enerjisini deyil, birbaşa rayon mərkəzindən elektirik enerjisinin verilməsini dayandırırlar. Nəticədə bir kənddə təmir aparmaq üçün 5-10 kəndi işıqsız qoyurlar. Belə çıxır ki, həmin kəndlərin minlərlə sakininin işıqsız qalması “Azərişıq” əməkdaşlarının vecinə deyil”.

Kənd sakinləri tərəfindən “yeyinti” ilə bağlı müxtəlif iddialar və adlar səsləndirilir. Amma, bu məlumatlar dəqiqləşdirilmədiyindən işıqlandırmağa lüzum görmürük. Səsləndirilən ittihamların nə dərəcədə əsaslı olması isə “Azərişıq” ASC, yaxud digər müvafiq qurumlar tərəfindən son illər rayona ayrılan vəsaitin necə xərclənməsi, yaxud təmir üçün göndərilən materialların necə istifadə olunması ilə bağlı əsaslı araşdırma aparıldıqdan sonra müəyyənləşə bilər...
Həbsdə olan sabiq bələdiyyə sədri vəfat etdiZərdabda vəzifəli şəxs həbsxanada dünyasını dəyişib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, ötən il həbs olunan Zərdab rayon Yarməmmədbağı kənd bələdiyyəsinin sabiq sədri Sahib Xəlilov həbsxanada ölüb.

Qeyd edək ki, S.Xəlilov bələdiyəyə məxsus torpaq sahəsini qanunsuz satdığına görə həbs edilmişdi.
Marneulidə namizədlər arasında seçkiqabağı qarşıdurma: yaralılar varGürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda yerli seçkilər öncəsi insident baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası və müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) namizədləri - Rövşən İsgəndərov və Laşa Kveladze arasında fiziki qarşıdurma olub.

VMHP nümayəndəsi Murad Muradov jurnalistlərə açıqlamasında deyib ki, hadisə Sadaxlı kəndində aparılan seçkiqabağı kampaniyadan sonra baş verib: “Hazırda Laşa Kveladze polisə şikayət ərizəsi təqdim edir. O, xəsarətlər alıb, gözündə və digər bədən nahiyələrində xəsarətlər var. Partiyanın digər üzvü Mişa Okupaşviliyə də xəsarətlər yetirilib”.

“Gürcü Arzusu”nun Marneuli-Qardabani üzrə deputatı Zaur Darğallı isə baş verən hadisədə müxalif partiyanı günahlandırıb. O bildirib ki, L.Kveladze R.İsgəndərovu döyüb: “Bu, müxalifətin növbəti və gözlənilən təxribatıdır. Rövşən İsgəndərov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır, onun əməliyyata da ehtiyacı ola bilər”.

Deputat insidentlə bağlı artıq istintaqın başlandığını qeyd edib.
Yoluxma, ölüm sayı da azalırAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 774 yeni yoluxma faktı qeydə alınıb, 1 778 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 922 nəfər müalicə olunaraq sağalıb, 6 525 nəfər vəfat edib, aktiv xəstə sayı 18455 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 484, ötən müddət ərzində isə ümumilikdə 4 859 015 test aparılıb.
Putin Türkiyəyə gedəcəkRusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

R.T.Ərdoğan görüşdə səfərinə qarşılıq olaraq V.Putinin də Türkiyəyə səfər etməsini istədiyini və bu təklifə müsbət cavab aldığını vurğulayıb: “Bundan başqa, ilin sonuna qədər Türkiyədə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsini təklif etdim və buna da müsbət cavab verdi”.
Vəzifəli şəxslər şəhid övladları ilə bir gün keçirəcəkAzərbaycan Televiziyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yeni sosial layihəyə imza atıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, layihə Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsinin birinci ildönümü münasibətilə reallaşdırılır.

“Tut əlimdən” adlı layihənin qəhrəmanları İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarıdır.
Məqsəd şəhid əmanətlərinin (gələcəkdə digər həssas əhali qruplarından olan azyaşlıların) daim diqqət və qayğı əhatəsində olduqlarını, bundan sonra da daim dövlətin, ümumilikdə isə cəmiyyətin dəstəyini yaxından hiss edəcəklərini vacib mesaj olaraq çatdırmaqdır.
Layihənin hər bölümündə vəzifəli yaxud ictimaiyyət tərəfindən tanınan hər hansı şəxs bir gününü şəhid övladları (7-14 yaş) ilə keçirəcək, uşaqların qayğılarını bölüşəcək, onların asudə vaxtının faydalı keçməsinə dəstək olacaq.

“Tut əlimdən” layihəsinin ilk buraxılışı bu gün – sentyabrın 30-u saat 18:30-da AzTV-də yayımlanacaq.
Vətən naminə canını fəda etmiş igidlərimizin uşaqlarına “Tut əlimdən” deyərək daim onların yanında olduğumuzu bir daha göstərək!
Həyətinə girən şəxsi öldürərək basdırdıSumqayıt şəhərində qətl hadisəsi olub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə sentyabrın 29-da saat 3 radələrində Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz rayon sakini R.Əlixanovun həyətə girən 40-45 yaşlı kişini külünglə qətlə yetirib meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olub.

Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Meyit ekshumasiya edilib, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əlixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil veriib.

Sumqayıt Şəhər Şrokurorluğunda araşdırma aparılır.
Rafael Cəbrayılov peyvənd vurdurmaqdan qəti imtina edibmiş - RƏSMİPenitensiar xidmət Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb.

Xidmətdən verilən məluatda deyilir:

"Vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan Rafael Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınmışdır.

Bundan sonra Rafael Cəbrayılovdan "COVID-19" infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb.

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina edən 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən Rafael Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib".
Jurnalisti başçı döydürüb? – DİN araşdırmaya başladı“Dəyirman” restoranının mühafizəçisi tərəfindən döyülən Kanal-13-ün əməkdaşı Əvəz Hafizlinin məsələsi ilə bağlı aidiyyəti üzrə araşdırma başladılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

Qeyd edək ki, dünən axşam Kanal-13 Yutub kanalının jurnalisti Əvəz Hafizli vəzifə öhdəliklərini yerinə yetirərkən “Dəyirman” restoranının mühafizəçisi tərəfindən döyüldüyünü bildirib. Jurnalistin Yasamal rayon icra başçısı Eldar Həsənovun göstərişi ilə döyüldüyü iddia edilir. Əvəz Hafizli məsələnin araşdırılması ilə bağlı DİN-ə müraciət edib.