Sizin Reklam Burada

"Regionda kartlar yenidən paylanır..."

"Regionda kartlar yenidən paylanır..."Artıq dövr dəyişib və regionda kartlar yenidən paylanır. Regionda maraqları olan bütün qüvvələr bunun fərqindədir və proseslərin isinməsinin altında yatan səbəblərdən biri də məhz budur. Məsələn, Rusiya bilir ki, qərb onu regiondan sıxışdırmaq istəyir. İran isə fərqindədir ki, əzələ nümayişinə getməsə, xəritədən silinəcək. Azərbaycan və Türkiyə bir yerdə qərar veriblər ki, nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinin açılmasına nail olmaq lazımdır. Qərb isə düşünür ki, nəyin bahasına olursa olsun, yoluna Rusiyasız davam etsə də, Türkiyəni yanına çəksin. ABŞ ilə müəyyən eyni bhaxış bucağı ilə hadisələrə baxmayan Avropa İttifaqı istər istəməz regional və qlobal siyasətdə novator addımlar atmalıdır ki, dağılmaqdan xilas olsun. Bütün bunları nəzərdən keçirən, analiz edən rəsmi Bakı təbiri - caizsə, regionda 44 günlük müharibə qazanılan zəfərdən sonra artan rolunu daha da möhkəmləndirmək üçün dinamik gedişlər edir. Azərbaycan prezidenti İlham Əliyevin son günlər dünyanın aparıcı KİV - lərinə verdiyi müsahibələrdə demək istədiyi məhz elə budur.

Bu sözləri Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan icması Ankara təmsilçisi Dr.Derya Akdemir Azərbaycan Prezidenti İlham Əliyevin son günlər dünyanın aparıcı KİV - lərinə verdiyi müsahibələrini dəyərləndirərkən deyib.

O, qeyd edib ki, Cənubi Qafqazda öz üstünlüyünü stabilləşdirən rəsmi Bakının yeni geosiyasi mexanizmdə aktiv aktor kimi mövcud olması düzdür bəzi qüvvələri narahat edir, ancaq buna baxmayaraq Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi - təhlükəsizlik motivləri nəzərə alaraq özünü daha dinamik dövrlər üçün hazırlayır və qarşısına xarici siyasətdə yeni hədəflər qoyur. Regionda siyasətin yazılmamış qanunlarına yaxşı bələd olan İlham Əliyevin son müsahibələrində bu yeni hədəfləri açıq - aşkar görmək mümkündür və dünyanın analitik beyinləri bunu çox yaxşı anlayırlar ki, Azərbaycan regionun açar ölkəsi olmaq yolunda əmin addımlarla irəliləyir və nə olursa olursa yolundan dönmək niyyətində deyil.

Dr.Derya Akdemir bildirib ki, artıq ötən il qırx dörd gün davam edən müharibədə qazanılan zəfərdən sonra Azərbaycan sadəcə regionda mövcud olan aktivliyini artırmaqla kifayətlənmədi, həmçinin, region üçün yeni siyasi-iqtisadi reallıqların formalaşmasını təmin etdi. Onun sözlərinə görə, Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın məğlubiyyətinin təsdiqi olan Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr Bəyanatından sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə etdikəri hər səfərdə bizdə bərpa və quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaratdı: "Bu gün biz artıq görürük və bilirik ki, 28 il işğal altında olan torpaqların əsl sahibləri ora əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar və artıq işğaldan azad olunan hər bir qarış torpaqda gedən quruculuq və abadlıq işləri dövlətimizin əzminin, gücünün göstəricisidir, rəsmi Bakının siyasət masasında apardığı diplomatik müharibəsinin real nəticəsidir. Eyni zamanda bu həm də Türkiyə - Azərbaycan qardaşlığının əyani təzahürüdür. Ölkə başçısı da özünün həm axırıncı müsahibələrində, həm də bundan əvvəlki müsahibələrində dəfələrlə bildirib ki, regionda yeni bir dövr başlayır və bu yeni dövrün memarları Tükiyə və Azərbaycan qardaşlığıdır.

Məhz bu qardaşlığın regionun siyasi müstəvisində geniş vüsət almasından dolayıdır ki, hal - hazırda regionda maraqları olan qüvvələr bunun qarşısını almaq üçün əllərindən gələni edirlər. Cənab Prezident də son müsahibələrinin birində dünya ictimaiyyətinə haqlı olaraq müraciət edərək sülhün davamlılığın təmin edilməsi birgə fəaliyyətin vacibliyini vurğuladı. Bu da Azərbaycanın regionda sülhə və sabitliyə nə qədər önəm verdiyinin əyani sübutudur".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər