İlham Əliyev İrakli Qaribaşvili ilə görüşdü - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, Gürcüstanın Baş nazirini salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli cənab Baş nazir, sizi görmək çox xoşdur. Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə yenidən görməyə şadam. Biz bu il artıq ikinci dəfədir ki, görüşürük. Həmçinin bizim ikitərəfli münasibətlərimizin mühüm məsələlərinin müzakirəsini apardığımız bir neçə telefon danışığımız olub. Bu gün biz dialoqumuzu davam etdirəcəyik. İki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir. Biz xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edirik, xüsusilə indi yeni çağırış və imkanlar olan regionumuzda.

Əlbəttə ki, ölkələrimiz arasında siyasi əlaqələrin gücləndirilməsi nəinki təkcə bizim xalqlarımız üçün, eyni zamanda, bütün region üçün önəmlidir. Mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, iqtisadi inkişaf sahəsində bizdə yaxşı irəliləyiş var, ticarət dövriyyəsi artır. Bu gün hökumətlərarası komissiyanın iclası olacaq. Mən əminəm ki, bu iclasda bir çox mühüm sahələr əhatə olunacaq, görülmüş işlərə nəzər salınacaq və gələcək addımlarımız planlaşdırılacaq.

Ölkənizdəki çox müsbət investisiya mühiti, sizə bir çox sosial və iqtisadi məsələləri həll etməyə imkan verən iqtisadi islahatlar bizi çox məmnun edir. Həmçinin hökumətinizi Gürcüstandakı bütün sahələrdəki inkişafla bağlı əldə etdiyiniz böyük uğur münasibətilə təbrik etmək istəyirəm. Biz dost və qardaş olaraq bu inkişaf proseslərini görməyə çox şadıq, yeni səylərinizdə şəxsən sizə və hökumətinizə uğurlar arzulayırıq.

Əlbəttə ki, biz bu gün neft və qaz, elektrik enerjisi, nəqliyyat sahələri kimi əməkdaşlığımızın ənənəvi sahələri haqqında da danışacağıq. Bunlar artıq həyata keçirilmiş layihələrdir və indi biz bu layihələrin faydasını görürük. Bu, bizim ölkələrimiz arasında əməkdaşlığın çox xüsusi formatını yaradıb. Çünki bu layihələr təkcə bizim ölkələrimiz üçün deyil, Avrasiya regionunda bir çox ölkələr üçün əhəmiyyət kəsb edir. Əminəm ki, bugünkü səfər əməkdaşlığımıza yeni təkan verəcək.

Dəvətimi qəbul edib ölkəmizə səfərə gəldiyiniz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz!

Baş nazir İrakli Qaribaşvili deyib:

- Cənab Prezident, bizi dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Burada, Bakıda olmaqdan böyük məmnuniyyət hissi keçirirəm. Səmimi qəbula və qonaqpərvərliyinizə görə çox sağ olun. Bu, mükəmməl olan ikitərəfli əlaqələrimiz barədə danışmaq üçün böyük imkandır. Qeyd etdiyiniz kimi, biz dost, qardaşıq. Bu gün biz, həmçinin iqtisadi komissiyanın 8-ci iclasını keçirəcəyik və inkişafda olan ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik.

Gürcüstan sözsüz ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrimizin güclənməsində maraqlıdır. Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq.

Bu, mənim bu il Azərbaycana artıq ikinci səfərimdir. Cənab Prezident, qeyd etdiyiniz kimi, biz dəfələrlə telefonla danışmışıq. Əminəm ki, bu gün biz gələcəyimizlə bağlı bir çox məsələləri müzakirə edəcəyik. Əminəm ki, bu, daha bir səmərəli görüş olacaq. Mən bir daha Sizə təşəkkür edirəm!
Prezident Tatar: "Yunanların azlığı olmayacağıq"Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Antalya Jurnalistlər Cəmiyyəti tərəfindən təşkil edilən "Mətbuat Yayımı və Jurnalistika Nailiyyəti Mükafatları" mərasiminə Nyu - Yorkdan bir mesaj göndərib.
Mesajında ​​Tatar Nyu -Yorkda olduğu üçün mükafatlandırma mərasiminə qatıla bilməyəcəyini ifadə edərək, "Vətən dəstəyi ilə KKTC və Kıbrıs Türk xalqının hüquq və mənafelərini qorumaq üçün mübarizəmizi qətiyyətlə davam etdiririk"- deyib.

Cenevrədə danışıqlar masasına qoyduğu və Türkiyənin dəstəklədiyi iki suveren, bərabər dövlətin mövcudluğuna əsaslanan həll təklifindən geri çəkilməyəcəklərini vurğulayan Tatar daha sonra deyib:

“Kiprdə iki ayrı xalq, iki ayrı dövlət var. Ən böyük zəmanətimiz Türkiyənin təminatı və Kiprdə Türk əsgərlərinin olmasıdır. Onlardan imtina etməyimiz mümkün deyil. Federal əsaslı bir razılaşmanın mümkün olmayacağı aydın olsa da, Kipr və bölgənin xeyrinə ən real həll, bərabər suverenliyə malik iki ayrı dövlətin mövcudluğuna əsaslanır.

Məqsədimiz Kiprdə ədalətli, və davamlı bir həll əldə etməkdir. Ümidim Kipr Rum tərəfinin barışmaz münasibətinə son qoyaraq razılığa gəlməsidir.
Bir daha deyirəm; Dövlətimizdən, suverenliyimizdən əl çəkməyəcəyik, yunanların azlığı olmayacağıq. Milli işimizdə hər zaman yanında olan Antalya Jurnalistlər Cəmiyyətinin idarəçilərini və bütün üzvlərini bir daha salamlayıram".
Talibana görə tiryəkin qiyməti 3 dəfə bahalaşdıƏfqanıstanda Talibanın hakimiyyətə gəlməsi tiryək və digər narkotik vasitələrin qiymətini artırıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Tayms of İndia” qəzeti yayıb. Məlumata görə, hazırda ölkədə tiryəkin qiyməti Əfqanıstanda 3 dəfə artıb. Qaçaqmalçılar yerli tiryək istehsalçılarına 1 kiloqram üçün 100 dollar ödəyir. Bu səbəbdən də Avropada qara bazarında bu narkotikin qiyməti 1 qrama görə 50 dollara yüksəlib.

Qəzet əfqan narkotikinin dəyərinin artmasına hava şəraiti, Əfqanıstandakı qeyri-stabil vəziyyət və xarici sərhədlərin bağlanmasının təsir göstərdiyini bildirib. Üstəlik, Talibanın narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparacağı bəyanatının da buna təsir etdiyi qeyd olunub.

Qeyd edək ki, 2001-ci ildə ABŞ-ın Əfqanıstana daxil olmasından sonra tiryək əkini kəskin şəkildə artıb. 2020-ci ildə ölkədə 6300 ton tiryək istehsal olunub. Əfqanıstanın narkotik satışından illik gəliri 2 milyard dollar təşkil edib.
Çovdar nekropolunda aşkar olunmuş tapıntılar nüfuzlu xarici laboratoriyalarda analiz olunurAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən Heydər Əliyev Fondu və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində elmi tədqiqat işləri davam etdirilir.

Avrasiya.net xəbər verir ki, “AzerGold” QSC və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, Son tunc – Erkən dəmir dövrünə (e.ə.II min.sonu – I min. əvvəli), Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntıların kameral tədqiqi həyata keçirilir. Layihə çərçivəsində 156 qəbrin yerləşmə planı hazırlanıb. 619 ədəd saxsı qab, 833 ədəd tunc və dəmir məmulat, 2243 ədəd xırda tapıntı bərpa edilib. Bununla yanaşı, 136 insana aid sümüklər öyrənilib. Xatırladaq ki, arxeoloji layihəyə 2019-cu ilin fevral ayında “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində aparılan tikinti işləri zamanı qədim məzar nümunələrinin aşkar edilməsi ilə başlanılıb.
Hazırda antropologiya sahəsində zəngin təcrübəyə malik yerli və əcnəbi mütəxəssislərin birgə əməkdaşlığı ilə nüfuzlu beynəlxalq laboratoriyalarda insan qalıqları əsasında DNT, radiokarbon, karbon və azot izotopları üzrə analizlərin aparılmasına başlanılıb.

Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqi üzrə ilk dəfə həyata keçirilən DNT analizi qədim tayfaların regionun digər xalqları ilə qohumluq əlaqələri barədə genetik məlumatların əldə edilməsinə imkan verəcək. Sözügedən analizlər nəticəsində qədim tayfaların burada məskunlaşma tarixi, dəfn olunanların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbi, qida rasionu haqda detallı məlumatlar əldə ediləcək.

Bununla da, qədim insanların məişəti, həyat tərzi, məşğulluqları öyrəniləcək, həmin dövr üçün bölgədə xarakterik olan epidemik xəstəliklər müəyyənləşəcək. Həmçinin nekropoldan tapılmış metal əşyalar üzərində həyata keçirilən spektral analizlər onların tərkibinin öyrənilməsinə imkan verəcək. Sözügedən araşdırma xarici ölkələrlə ticari münasibətləri, həmin dövrdə sənətkarlığın inkişaf səviyyəsi, istifadə edilən metal əşyaların xammal mənbələrini müəyyənləşdirəcək.

Elmi tədqiqatların davamı olaraq Daşkəsən rayonunun Çovdar kəndi və ətraf ərazilərin qədim geoloji epoxalarda heyvan və bitkilərin yaşayış şəraiti, həyat tərzi, bölgənin landşaftı və tədqiq olunan dövrdə ərazidə məskunlaşma sıxlığının öyrənilməsi də planlaşdırılıb.

Layihə çərçivəsində Türkiyənin Hacəttəpə Universitetinin Antropologiya fakültəsinin professoru, tanınmış antropoloq Yılmaz Selim Erdal ölkəmizə səfər edib. O, Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində həyata keçirilən kameral tədqiqatlarla tanış olub, insan sümükləri əsasında DNT analizinin aparılması üçün müvafiq nümunələr götürüb.

Qeyd edək ki, laborator tədqiqatlar Türkiyənin Hacəttəpə Universiteti, Orta Doğu Teknik Universiteti, Türkiyə Bilimsel və Teknolojik Araştırma Kurumu (TÜBİTAK) və İtaliyanın Milli Tədqiqatlar Şurasının (CNR) laboratoriyalarında həyata keçirilir. Bütün analiz nəticələrinin 2021-ci ilin sonunadək əldə edilməsi nəzərdə tutulub.

Görülən işlər və onların nəticələrinin beynəlxalq səviyyədə təbliği məqsədi ilə beynəlxalq elmi dərgilərdə silsilə məqalələrin dərc edilməsi, o cümlədən hesabat və xüsusi nəşrin hazırlanması nəzərdə tutulub. 2 ildən çox müddət ərzində davam etdirilən layihənin əsas məqsədi qədim mədəni irsimizin tədqiq və təbliğ olunması, onların konservasiya edilərək gələcək nəsillərə çatdırılmasıdır.

Qeyd edək ki, “AzerGold” QSC “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə davam etdirilən istismara hazırlıq işləri çərçivəsində ərazidə yeni maddi mədəniyyət qalıqlarının aşkarlanması ehtimalını da xüsusi diqqətdə saxlayır.
Bakıda 1 yaşlı oğlunu öldürən atanın məhkəməsi başlayırBakıda 1 yaşlı oğlunu boğaraq qətlə yetirməkdə təqsirləndirilən Vüsal Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avrasiya.net xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rasim Sadıxovun icraaatına verilib.

Qeyd edək ki, hadisə bu il may ayında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlu R.-i boğaraq qətlə yetirib.

V.Əliyev tutularaq istintaqa təhvil verilib.
Binəqədidə kütləvi dava: xəsarət alanlar varBakıda kütləvi dava baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Səkkizinci mikrorayon ərazisində yerləşən restoranların birində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Şıxməmmədov Əvəz Hafiz oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Soçidə kritik Türkiyə-Rusya zirvə görüşü başlayırBu gün Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Soçidə təkbətək görüş keçiriləcək.

Publika.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlər başda olmaqla, İdlib, M4 quru yolunda birgə patrul fəaliyyəti, bölgədəki köç məsələsi müzakirə olunacaq. Bu mövzular görüşün əsasını təşkil edəcək.

Həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və "S-400"ün ikinci partiyasının alınmasına dair daha öncə keçirilən görüşlər də mözakirə mövzusu olacaq.

Qeyd edilir ki, Türkiyə lideri Soçidə Qarabağdakı son vəziyyət, Naxçıvan dəhlizi və 6-lıq platforması ( red: Ərdoğanın təklif etdiyi altılıq platformasına daxil olan ölkələr - Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İtan və Ermənistan) kimi önəmli məsələləri gündəmə gətirəcək.

Ölkə başçılarının görüşü zamanı Liviya və Əfqanıstandakı son vəziyyət də müzakirə predmeti olacaq.
Jurnalist Nicat Nəsirli vəfat etdiTanınmış jurnalist, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.

Qeyd edilib ki, beynində bədxassəli şiş aşkarlanmış N.Nəsirli bu ayın əvvəlində əməliyyat olunmaq üçün Türkiyəyə gedib. O, sentyabrın 14-ü və 18-də iki ağır əməliyyat keçirib. Əməliyyatlardan sağ çıxsa da, bu gün - sentyabrın 29-da vəfat edib.

N.Nəsirli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu idi. AzTV-də və digər KİV-lərdə çalışmışdı. Son illər kənd təsərrüfatı üzrə ekspert qismində çıxışlar edirdi. Mərhumun bir qız, bir oğlan övladı var.

Allah rəhmət eləsin...
Çempionlar Liqasında II tur - Bütün NƏTİCƏLƏRSentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.

Avrasiya.net xəbər verir ki, görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Paris Sen-Jermen” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 2:0.

“Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika) - 1:2.

Qrupdakı vəziyyət:

“Paris Sen-Jermen” - 4,
“Brügge”- 4,
“Mançester Siti” - 3,
“Leyptsiq”- 0.

B qrupu

“Milan” (İtaliya) – “Atletiko Madrid” (İspaniya) - 1:2;

“Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 1:5.

Qrupdakı vəziyyət:

“Liverpul” - 6,
“Atletiko Madrid” - 4,
“Portu”- 1,
“Milan”- 0.

C qrupu

“Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə) - 2:0;

“Borussiya Dortmund” (Almaniya) – “Sportinq” (Portuqaliya) - 1:0.

Qrupdakı vəziyyət:

“Ayaks”- 6,
“Borussiya Dortmund” - 6,
“Beşiktaş” - 0,
“Sportinq”- 0

D qrupu

“Şaxtyor Donetsk” (Ukrayna) – “İnter” (İtaliya) - 0:0;

“Real Madrid” (İspaniya) – “Şerif” (Moldova) - 1:2.

Qrupdakı vəziyyət:

“Şerif” - 6,
“Real Madrid” - 3,
“İnter”- 1,
“Şaxtyor” - 1