Səfirimiz Moldovanın iqtisadiyyat naziri ilə görüşüb

Səfirimiz Moldovanın iqtisadiyyat naziri ilə görüşübSentyabrın 27-də Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldovanın iqtisadiyyat naziri Serciu Qaybu ilə görüş keçirib.

Moldova İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edib, qarşılıqlı maraq doğuran sahələri və gələcək inkişaf barədə fikir mübadiləsi aparıblar.

Nazir S. Gaybu yaxın gələcəkdə nəzərdə tutulan prioritet vəzifələrdən danışıb. Öz növbəsində, diplomat azərbaycanlı investorların Moldovada iqtisadi fəaliyyətini davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, bu günə qədər Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında 51 ikitərəfli müqavilə imzalanıb. Moldovada ümumi sərmayə həcmi 35.253 milyon ley təşkil edən 122 Azərbaycan müəssisəsi qeydiyyatdan keçib.