ABŞ Azərbaycanın mövqeyini ALQIŞLADI“Baş Prokurorluğun Azərbaycanda məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayırıq”.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, dünyada milyonlarla qadın məişət zorakılığının qurbanı olub:

“Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbəri bizi dərindən kədərləndirir. Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacağıq”.

Xatırladaq ki, Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib. Bildirilib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır:

“Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət et!”
18 milyon insanı İslama gətirən, dünyanı silkələyən “Çağrı” filmi barədə ŞOK FAKTLAR1948-ci il, Suriya, Dəməşq aeroportu. Hava limanında təyyarə gözləyən 18 yaşlı oğlan atası ilə söhbət edir. Onlar bir qədər danışdıqdan sonra ata 200 dolları və Qurani-Kərimi oğluna verir və onu bir daha görməyəcəyini zənn edərək Amerikaya yollayır.

Suriyalı atanın ABŞ-a göndərdiyi oğlu gələcəyin dünya şöhrətli prodüseri və rejissoru, Yer üzünün əksər ölkələrində milyonlarla tamaşaçının sevə-sevə izlədiyi “Çağrı”, “Ömər Muxtar” filmlərinin yaradıcısı Mustafa Akkad idi. O film ki, çəkilişlərindən sonrakı 30 il ərzində Yer üzünün müxtəlif ölkələrində yaşayan 18 milyona yaxın insanı İslam dininə gətirəcəkdi.

Publika.az “Anarın müəllif araşdırması” layihəsi çərçivəsində bütün dünyada bu gün də sevilə-sevilə baxılan, milyonlarla seyrçisi olan “Çağrı” filmi, habelə onun yaradıcı heyəti – aktyorları, rejissoru və bəstəkarı barədə maraqlı faktları təqdim edir.

ABŞ-dan islama açılan yol

Amerikaya üz tutan 18 yaşlı Mustafanın bu ölkədə hara gedəcəyi, harada qalacağı bəlli deyildi. Çünki ABŞ-da kimi-kimsəsi yox idi. Lakin həyatda özünə əminliyi və zəhmətsevərliyi ilə seçilən gənc Kaliforniya Universitetinə qəbul olundu. Gecə-gündüz çalışaraq, bəzi günlər hətta yalnızca 2 saat yatan Mustafa universiteti əla qiymətlərlə bitirdi.

Universitetdə rejissor Sem Pekinpahla tanışlıq Mustafanın həyatını tamam dəyişdirdi. Hollivudda Akkadın müəllimi olan Pekinpah onu Əlcəzair inqilabı haqqında çəkilmiş filmə məsləhətçi kimi işə götürdü.

Məhəmməd Peyğəmbərin kinosundan imtina edən islam ölkələri

Beləcə, Mustafa Akkadın kinoya yolu açıldı. Onun 1976-cı ildə lentə aldığı “Məhəmməd – Allahın elçisi” filmi 1977-ci ildə ABŞ-da “Çağrı” adıyla ekranlara çıxdı. Aktyor bu filmə görə saysız-hesabsız məhrumiyyətlərlə, çətinliklərlə üzləşdi. İlk öncə Hollivud çəkilişə rədd cavabı verdi.

Küveyt, Liviya və Mərakeş hökumətləri filmin çəkilişinə maddi kömək edəcəklərini vəd verdilər. Lakin Ümumdünya Müsəlman Liqasının rədd cavabından sonra əvvəlcə Küveyt, sonra isə Mərakeş filmdən əlini çəkdi. Hətta Mərakeş kralı 600 nəfərlik çəkiliş qrupu ilə filmin 15 dəqiqəsini lentə almış Mustafa Akkada ölkəni tərk etmək üçün 2 həftə vaxt verdi.

Qəddafi: “İslami filmə yardım göstərmək boynumun borcudur”

Belə olduqda Akkad Liviya lideri Qəddafiyə üz tutdu. Ölkə başçısı 15 dəqiqəsi lentə alınmış filmə baxdıqdan sonra “Filmin çəkilməsi üçün lazım olan səhra bizdə, pul bizdə. Filminizi çəkin”, - deyərək ekran əsərinə dəstəyinə vəd verdi.

Qəddafinin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş bu gözəl filmin çəkilişləri başa çatdıqdan sonra Mustafa Akkad Liviya rəhbərinə onun adının sponsor kimi filmin titrlərinə salmaq niyyətində olduğunu deyir. Lakin Qəddafi “İslamı dünyaya tanıdan filmin çəkilişinə yardım göstərmək boynumun borcudur”, - deyərək adının xeyriyyəçi kimi filmə salınmasına etiraz edir.

2 ildə 21 min insanı islama gətirdi

Filmin ekranlara çıxmasından sonrakı 2 il ərzində 21 min adam İslamı qəbul etdi. Bu arada digər maraqlı faktı da diqqətinizə çatdırmaq istərdik. Məsələ burasındadır ki, “Çağrı” filmi 2 dəfə, eyni yerdə, eyni vaxtda, ayrı-ayrı aktyorların iştirakı ilə, iki variantda çəkilib. Yəni Entoni Kuin çəkilişlərdə dincələrkən ikinci “Həmzə” rolunu canlandıran ərəb aktyoru “Çağrı”nın ikinci variantında çəkilirdi.

Yeri gəlmişkən daha bir maraqlı fakt: Mustafa Akkadın peyğəmbərin həyatlı haqda eyni vaxtda, eyni yerdə çəkdiyi filmin ikinci variantının adı “Er Risale” https://archive.org/details/Er-Risale-Arapca idi. Bu filmdə ərəb dilində lentə alındı və əsas rolları ərəb aktyorları oynadılar. Himin film indiyədək telekanallarımızda nümayiş etdirilməyib. Biz ancaq “Çağrı”nın digər variantına baxmışıq.

İki aktyorun ölümünə səbəb olan xərçəng

“Çağrı”nın əsas qəhrəmanlarından olan Entoni Kuinn (Antonio Rodolfo Kinn Oahaka) iki dəfə Oskar mükafatı laureatı olmuş məşhur aktyor idi. “Çağrı”da Məhəmməd Peyğəmbərin əmisi Həmzəni canlandırmış aktyor bu rolundan sonra İslama sevgisinin artdığını bəyan etmişdi. O, 2001-ci ilin ABŞ-ın Boston şəhərində xərçəng xəstəliyindən vəfat edib.

Maraqlıdır ki, filmin əsas müsbət qəhrəmanlarından olan müəzzin (azan verən - A.T.) Bilal rolunu canlandıran Seneqal-Qambiya əsilli Britaniya aktyoru Conni Sekka da Entoni Kuinn kimi xərçəng xəstəliyindən vəfat edib.

Filmin əsas mənfi qəhrəmanı, “Əbu Süfyan” rolunu oynayan Maykl Ansara Suriya əsilli Amerika aktyorudur. Bir neçə filmdə və serialda epizodik rolla çəkilmiş Maykl Ansara 2013-cü ildə 91 yaşında vəfat edib.

“Çağrı”nın baş qadın mənfi qəhrəmanı İren Papas yunan kinoaktrisası, müğənnidir. Hazırda ömrünün 90-cı payızını yaşayır.

“Həmzə”ni öldürdüyü üçün işini itirən, hələ də küçəyə gizli şəkildə çıxan aktyor

Filmdə “Vəhşi“ epizodik rolunu oynamış Salem Gedaranın “Çağrı”da bu rola çəkilməsi sözün əsil mənasında onun başına bəla olub. Rejissor Mustafa Akkadın müsahibələrindən: "Film çəkildikdən bir neçə il sonra məni “Vəhşi” rolunu oynamış adam axtardı və təhqir etdi. Nə olduğunu soruşanda belə cavab verdi – Filmdə Həzrət Həmzəni öldürdüyümə görə küçədə insanlar mənə hücum edirlər”.

Qeyd edək ki, Qana əsilli Salem Gedara hətta bu mənfi roluna görə iş yerini də itirib.

“Çağrı”nın rejissoru ilə görüşəndə “Allah səni bildiyi kimi etsin. Həyatımı məhv etdin. “Vəhşi” roluna görə insanlar arasına çıxa bilmirəm”,- deyən Salem Gedara böyük çətinliklərlə qarşılaşmasından şikayətlənib.

Buna görə də Mustafa Akkad onun yeni işlə təmin olunmasına köməklik göstərib. Yeri gəlmişkən, Salem Gedara həmin roluna görə indi də çətinliklə qarşı-qarşıyadır. Buna görə də saçlarını uzadıb ki, insanlar onu tanımasın. Çünki hələ də onu tanıyanlar təhqirlərindən əl çəkmirlər.

Aktyorlar “Həmzə” üçün “Vəhşi”ni...

Filmlə bağlı növbəti maraqlı fakt bəzi müsəlman aktyorların çəkiliş vaxtı özlərini İslama sadiq göstərmələridir. Məsələ burasındadır ki, “Vəhşi”nin “Həmzə”ni qətlə yetirdiyi epizod nə az, nə çox düz 5 dəfə çəkilib. Çünki aktyorlar “Həmzə”ni o qədər sevirdilər ki, onlar çəkiliş vaxtı sıx dayanaraq “Vəhşi”nin - Salem Qedaranın “Həmzə”ni öldürməsinə imkan vermirdilər. Yəni onlar “Həmzə”ni doğrudan da qoruyurdular.

Çağrı”ya görə aylarla səhrada yaşayan bəstəkar

“Çağrı” haqda yazarkən bu filmin gözəl musiqisinin yaradıcısından bəhs etməmək insafsızlıq olardı. Məsələ burasındadır ki, Peyğəmbərimizin həyatını canlandıran ekran əsərinin insanın ruhunu oxşayan musiqilərinin müəllifi fransız bəstəkarı Moris Jarrdır. Üç dəfə Oskar mükafatı almış Moris Jarr “Çağrı”nın musiqilərini bəstələmək üçün bir neçə ay səhra şəraitində tək yaşamalı olub.

“Səhranın atmosferini ruhumda hiss etmədən bircə not yaza bilməzdim”, – deyən bəstəkar bir neçə ay tək-tənha qalır və İslam haqda kitablar oxuyur. Film ekranlara çıxdıqdan sonra isə deyir: “Çağrı”da həyatımın ən gözəl mahnısını bəstələdim və bu filmin mahnısını bəstələməkdən qürur duyuram”.

Anar Tağıyev


Ceyranbatan su anbarında yanğın başladıAbşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Yanğın Ceyranbatan gölünün yaxınlığında, mühafizə zolağından kənarda baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən məhdudlaşdırlıb, geniş əraziyə yayılmasının qarşısı alınıb.
ÜST koronavirusun yaranma mənbəyini TAPIBÜmumdünya Səhiyyə Təşkilatının koronavirusun yaranma mənbəyini axtaran qrupu açıqlama verib.

Xarici KİV xəbər verir ki, danimarkalı alim Embarekin başçılıq etdiyi araşdırma qrupu virusun 2019-cu ilin noyabr ayında Çinin Uxan şəhərində yerləşən laboratoriyasındakı işçidən başladığını təxmin edib.

Qrupun fikrincə, yarasa ilə kontakt zamanı COVID-19 virusu adı açıqlanmayan laboratoriya işçisinə keçib və bundan sonra yayılmağa başlayıb.
Medal qazanan idmançılara pul veriləcək - MƏBLƏĞPrezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafat veriləcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Koronaya yoluxanların sayı 3 minə çatırAzərbaycanda bu gün koronavirus infeksiyasına 2674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb.
Deputat 10 noyabr bəyanatının detallarını açdıHazırda həm Ermənistanda, həm də Azərbaycanda birgə Bəyanatın hüquqi qüvvəsinə dair müxtəlif fikirlər səsləndirilir. Hətta bəzi ekspert və siyasətçilər bu sənədin tərəflər üzərində beynəlxalq hüquqi öhdəliklər yaratmadığını qeyd edirlər. Bu zaman daha çox sənədin adına istinad olunur. İmzalanmış sənədin adına istinad etməklə belə bir mövqe sərgilənməsinin isə heç bir hüquqi əsas yoxdur.

Avrasiya.net xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər 10 noyabr 2020-ci il tarixli Bəyanatla bağlı bəzi dairələrin ictimai rəyin yanlış istiqamətə yönləşdiirlməsinə xidmət edən və heç bir hüquqi əsası olmayan iddiaları ilə bağlı danışarkən deyib.

"Azərbaycanın da 2017-ci ildə qoşulduğu “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasının terminlərdən istifadə adlanan 2-ci maddəsinin “a” bəndində deyilir ki, müqavilə necə adlandırılmasından asılı olmayaraq, dövlətlər arasında imzalanmış beynəlxalq razılaşmadır və beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq müqavilələr saziş, protokol, razılaşma, pakt, müqavilə, xartiya, konvensiya, bəyannamə, traktat və s. adlandırıla bilər. Konvensiyanın 7-ci maddəsində qeyd olunur ki, dövlət və hökumət başçılarının dövlət adından beynəlxalq müqavilə imzalamaq hüququ var. Konvensiyanın 26-27-ci maddələrinə əsasən, tərəflər vicdanla imzalanmış müqaviləyə əməl etməlidirlər və daxili qanunvericiliyə istinad edib öhdəliklərinin yerinə yetirilməsindən imtina edə bilməzlər. Konvensiyanın 75-ci maddəsinə görə, Konvensiyanın müqaviləyə xitam verilməsi və ya dayandırılması barədə müddəaları aqressor dövlətə şamil oluna bilməz. Ermənistan birgə Bəyanatı imzalamaqla aqressor dövlət olduğunu təsdioq edib. Birgə Bəyanatın 1-ci maddəsinə görə, Ermənistan münaqişə tərəfi olduğunu qəbul edir, 6-cı maddəsinə görə Azətrbaycanın Ağdam, Laçın, Kəlbəcər rayonlarının qaytaracağına və 4-cü maddəsinə görə, qoşunlarını Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olması ilə paralel Azərbaycan ərazisindən çıxarmağa dair öhdəlik götürür. Birgə Bəyanat Vyana Konvensiyasına tam uyğun olduğundan beynəlxalq birlik tərəfindən dəstəklənmişdir.

İmzalanmış sənədin ratifikasiya olunmadığı üçün hüquqi qüvvəsinin olmaması barədə səsləndirilən fikirlərin də heç bir ciddi əsası yoxdur. 1995-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Beynəxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi” haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə, Azərbaycan Respublikası adından dövlətlərarası müqavilələr imzalanır. Qanunun 8-ci maddəsində görə, dövlətlərarası müqavilələr Milli Məclis tərəfindən təsdiq (ratifikasiya) olunur. Konstitusiyanın 109-cu maddəsinin 17-ci bəndinə görə, Prezident dövlətlərarası müqaviləni təsdiq və ləğv olunmaq üçün Milli Məclisə göndərir və Konstitusiyanın 95-ci maddəsinin 4-cü bəndinə görə, Milli Məclis dövlətlərarası müqavilələri təsdiq və ləğv edir. Konstitusiyanın 147-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Ona görə də, dövlətlərarası müqavilə olan birgə Bəyanat Azərbaycan Respublikasının Mili Məclisində təsdiq olunmalı və təsdiq sənədi Prezident tərəfindən imzalanmalıdır. Amma Qanunda ratifikasiyanın hansı müddətdə həyata keçirilməsinə, yaxud beynəlxalq müqavilənin yalnız ratifikasiya olunduqdan sonra hüquqi qüvvəyə minməsinə dair heç bir müddəa yoxdur. O da qeyd olunmalıdır ki, BMT Nizamnaməsinin 102-ci maddəsinə görə, dövlətlər arasında imzalanmış hər bir sənəd BMT-nin Katibliyində qeydə alınmalı və dərc edilməlidir", - deputat bildirib.

Q.Həsənquliyevin sözlərinə görə, eyni zamanda birgə Bəyanatın 4-cü maddəsinə istinad etməklə Rusiya sülhməramlı kontingentionin bölgəyə yerləşdirilməsinin ölkə konstitusiyasına və qanunlara zidd olması barədə deyilənlər də doğru deyil:

"Azərbaycan Respublikasının Hərbi Doktrinasının 29-cu maddəsinə görə, “hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verərsə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud başqa formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”. Sülhməramlı kontingentin ölkə ərazisində qalma müddəti 5 ildir. Bununla yanaşı, “Azərbaycan Respublikasınən sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikası Qanunun 4.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə, onlardan kömək istəyə bilər. Qanunun 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası sülhməramlılarının xaricdə iştirakını nəzərdə tutan beynəlxalq müqavilənin Milli Məclisdə ratifikasiyası tələb olunur. Sülhməramlıların göndərilməsi müxanizmi, hüququ və vəzifələri Qanunla dəqiq müəyyən edilir. Amma xarici sülhməramlıların ölkəmizə gəlişini, onların hüquq və vəzifələrini müəyyən edən qanunvericilik aktı yoxdur.

Birgə Bəyanatla bağlı ən çox mübahisəli məsələlərdən biri də bizim Qarabağda keçirdiyimiz hərbi əməliyyatların necə adlandırılması (müharibə, yoxsa antiterror əməliyyatı) və ondan doğan məsələlərdir. Bu kimi fikirlər səsləndirilir ki, Müdafiə haqqında Qanunun 13-cü maddəsinə görə, Azərbaycan Respublikası silahlı hücuma və ya təcavüzə məruz qaldıqda müharibə vəziyyəti elan olunmalı və müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqda ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 30-cu bəndinə görə, Prezident müharibə elan etmək və sülh bağlamaq üçün Mili Məclsiin razılığını almalıdır. Bu edilmədiyi üçün sülh sazişi adlandırıla biləcək birgə Bəyanatın hüquqi qüvvəsi yoxdur.

Qeyd edim ki, Beynəlxalq Humanitar Hüququn əsasını təşkil edən Haaqa hüquqi qüvvəsi adlanan rəsmi sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalartına və onlara edilən əlavələrə görə dövlətlərin müharibə elan etməsindən asılı olmayaraq, onlar arasındakı silahlı münaqişələrə Beynəlxalq Hümanitar Hüququn norma və prinsipləri tətbiq olunur. “Quruda döyüşən Silahlı Qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 1949-cu il Cenevrə Konvensiyasının 2-ci maddəsində qeyd olunur ki, Konvensiya tərəflərin birinin ərazisinin qismən və tamamilə işğal olunduğu hallarda, hətta bu işğal heç bir müqavimətlə rastlaşmazsa belə tətbiq olunur.

Bununla yanaşı, 44 günlük savaş zamanı Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu və 111-ci maddələrinə və “Hərbi vəziyyət haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisinin bir hissəsinin faktiki işğal olunduğunu məzərə alaraq, hərbi vəziyyət və qismən səfərbərlik elan etmişdir. Mövcud qanunvericiliyə görə, Prezident müharibə elan etmədən də hərbi vəziyyət elan edə bilər. Ermənistanla Azərbaycan arasında baş vermiş münaqişə zamanı tərəflərdən heç biri digərinə müharibə elan etməsə də beynəxalq hüquq normalarına görə, iki dövlət arasında müharibə baş vermiş və 10 noyabr 2020-ci ildə Rusiyanın da iştirakı ilə üçtərəfli atəşkəs haqqında dövlətlərarası beynəlxalq müqavilə imzalanmışdır. Bu sülh müqaviləsi olmadığı üçün onun imzalanmasına Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, Milli Məclisin razılığının alınması tələb olunmurdu.

Beynəxalq təcrübəyə əsasən, deyə bilərik ki, sülh müqavilələri ilə dövlətlər bir-birilərinin ərazilərini və həmin ərazilər üzərində dövlətlərin suveren hüquqlarını tanıyır, düşmənçiliyə son qoyacaqlarına dair öhdəlik götürür, diplomatik, siyasi, iqtisadi əməkdaşlıq, humanitar əlaqələrin yaradılmasına, işğalçı dövlətin kompensasiya ödəməsinə və digər məsələlərə dair razılığıa gəlirlər. Əslində birgə Bəyanat sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaradır, amma sülh müqaviləsi deyil. Ona görə də, qəti şəkildə deyə bilərik ki, Azərbaycan Respublikası Prezidenti 10 noyabr 2020-ci il tarixdə birgə Bəyanatı imzalayarkən beynəlxalq və yerli qanunvericiliyin tələblərini pozmamış və imzalanmış sənəd hələlik ratifikasiya olunmasa da, “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına uyğun olaraq, müqavilədə göstərilən tarixdə qüvvəyə minmişdir. Hazırda xarici sülhməramlıların statusu haqqında qanunun qəbuluna və beynəlxalq müqavilələrin ratifikasiyası ilə əlaqədar qanunvericilikdəki boşluqların aradan qaldırılmasına ehtiyac var”.
Ermənistan İsraildəki səfirini geri çağırıbErmənistan Prezidenti Armen Sarkisyan ölkəsinin İsraildəki səfiri Armen Smbatyanın geri çağırılması haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, bu ilin aprelində Armen Smbatyan barəsində cinayət işi başlanılıb və ona qarşı ittiham irəli sürülüb.

Məlumata görə, səfir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə, çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın gedişində müəyyən edilib ki, A.Smbatyan Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin sədridir. O, keçmiş nazir A.Poqosyanın İrəvanda tarixi-mədəni əhəmiyyətli binanın yerləşdiyi ərazidə cəmiyyət üçün torpaq əldə etməsinə köməklik göstərib.

Bina və ərazi formal sövdələşmə nəticəsində 550 min ABŞ dollarına Böyük Britaniyanın Virciniya adalarında keçmiş nazirin gəlininin adına qeydiyyata alınan ofşor şirkətə satılıb.

Səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, bir müddət əvvəl A.Poqosyan barəsində axtarış elan edilib.

Xatırladaq ki, 2019-cu ilin sentyabrında Ermənistanın İsraildə səfirliyi açılıb. 2020-ci il fevralın 25-də Armen Sarkisyan diplomatik missiyanın rezidensiyasının İrəvandan İsrailə köçməsi barədə sərəncam imzalayıb.
Elməddin Behbudun məqaləsi Avropa və Asiya mediasındaJurnalist, "Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbudun Avropa və Asiyanın media orqanlarında məqaləsi yayımlanıb.

Məqalə postmünaqişə dövründə Ermənistanın isterik davranışları, Azərbaycanın 44 günlük Vətən savaşı nəticəsində regionda yaratdığı yeni siyasi vəziyyət, Zəngəzur dəhlizinin açılmasına törədilən maneçiliyin perespektivi və digər prioritet məsələlərdən bəhs edir.

Məqalə Bosniya və Herseqovinanın “Nova Zora” xəbər portalı və Qazağıstanın nüfuzlu düşüncə mərkəzinin analtik saytında yayımlanıb.
Türkiyədən şad xəbər: Bütün yanğınlar söndürüldü28 iyulda başlayan, 15 gün davam edən və tariximizdə gördüyümüz ən böyük meşə yanğınlarını yaşadığımız bu prosesdə meşə qəhrəmanlarının böyük fədakarlığı ilə yanğınları nəzarət altına aldıq.

Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli Tvitter hesabında yazıb.

“Beləliklə, ölkəmizdəki bütün böyük yanğınları söndürdük. Başda cənab prezidentimiz olmaqla, bizə dəstəyini əsirgəməyən ölkələrə, ictimai təşkilatlara təşəkkür edirik”, - deyə Pakdəmirli bildirib.