Sizin Reklam Burada

Ərdoğan üç ölkənin lideri ilə danışıqlar apardı

Ərdoğan üç ölkənin lideri ilə danışıqlar apardıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əfqanıstanlı həmkarı Əşrəf Qəni, İranın yeni lideri Seyid İbrahim Rəisi və Togo Prezidenti For Essozimn Qnassinqbne ilə telefonla danışıb.

Avrasiya.net bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

İran Prezidenti ilə telefon söhbətində Ərdoğan Rəisini yeni vəzifəyə başlaması münasibətilə təbrik edib. O Türkiyə-İran əlaqələrinin və regional əməkdaşlığın hər sahədə daha da güclənəcəyinə inandığını vurğulayıb.

Türkiyə lideri ölkədəki meşə yanğınlarının tezliklə bitməsini arzulayan Əşrəf Qəniyə təşəkkür edib və Əfqanıstanın ən qısa zamanda layiq olduğu sülhü, sabitliyi əldə edə bilməsi üçün dost-qardaş əfqan xalqının yanında olmağa davam edəcəklərini deyib.

Bundan əlavə, Ərdoğan Toqo Prezidenti ilə söhbət əsnasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib. O, Türkiyə ilə Toqo arasında müdafiə sənayesində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər