Sizin Reklam Burada

Əfqanıstanın bütöv ordu korpusu “taliblər”ə təslim olub

Əfqanıstanın bütöv ordu korpusu “taliblər”ə təslim olubƏfqanıstanın Silahlı Qüvvələrinin bütöv ordu korpusu ölkənin şimalında eyniadlı əyalətin inzibati mərkəzi olan Kunduz şəhəri yaxınlığında "Taliban" hərəkatının döyüşçülərinə təslim olub.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” bildirib.

Qəzet qeyd edib ki, söhbət yüzlərlə hərbçidən gedir. Əfqanıstanın Silahlı Qüvvələrinin iki zabitinin məlumatına görə, ordu korpusu bir neçə gün aeroporta yaxın Kunduz ətrafında hərbi bazada müqavimət göstərib, amma sonra kapitulyasiya elan edilib, hərbçilər silah və nəqliyyat vasitələri daxil olmaqla, zəruri avadanlıqları "taliblər"ə veriblər.

"The Washington Post" qəzetindəki mənbələr, təslim olmuş hərbçilərin "Taliban" tərəfindən başqa əraziyə aparıldığını və ordunun vilayəti tərk etməmək şərti ilə onlar üçün müdafiə təklif etdiyini vurğulayıb.

Kunduz əyalət şurasının üzvü, vilayətin təslim etməsinə qədər əyalətdən qaçmış Zarqul Aleminin sözlərinə görə, yerli ağsaqqallar komandirlərin yanına gəliblər və onlara ziyan vurmayacaqlarını söz vermiş “taliblər”ə təslim olmağı xahiş ediblər.

“Politico” nəşri isə ABŞ-ın Əfqanıstandakı səfirliyinin mümkün təxliyyəsi haqqında bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər