Sizin Reklam Burada

İsrail səfiri: "Azərbaycanla əlaqələr gələcəkdə daha da möhkəmlənəcək"

İsrail səfiri: "Azərbaycanla əlaqələr gələcəkdə daha da möhkəmlənəcək"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Avrasiya.net Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib, ölkələrimiz arasında əlaqələrin inkişafında İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyətini vurğulayıb.

Muxtar respublikanın uzun illər blokada şəraitində yaşadığını bildirən Ali Məclisin sədri kommunikasiyaların bərpasından sonra əlaqələrin müxtəlif sahələrdə – təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və yeni texnologiyaların tətbiqi istiqamətində genişlənəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Corc Dik Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətinə toxunub. Azərbaycandakı multikultural və tolerant mühitdən bəhs edən diplomat əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyini bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər