Deputatdan fantastik hədiyyə - Olimpiya mükafatçısına 1 milyon dollar bağışladı

Deputatdan fantastik hədiyyə - Olimpiya mükafatçısına 1 milyon dollar bağışladıTokio Yay Olimpiya Oyunlarında 97 kq çəki dərəcəsində qızıl medal qazanan sərbəst güləşçi Əbdülrəşid Sadulayevə bir milyon dollar mükafat verilib.

Publika.az xəbər verir ki, 25 yaşlı idmançı bu barədə sosial media hesabında paylaşım edərək Rusiya Dövlət Dumasının deputatı Maqomed Haciyevə təşəkkür edib: "Olimpiadada qazandığım qələbəyə görə məni bir milyon dollarla mükafatlandıran Çarodinski rayonundan olan həmyerlim, Dövlət Dumasının deputatı Maqomed Hacıyevə təşəkkür edirəm".

Xatırladaq ki, Əbdülrəşid Sadulayev Rio-de-Janeyro olimpiadasında da eyni çəkidə çempion olub.