İran Azərbaycandan kömək istədiİranda elektrik enerjisi qıtlığı yaranıb. Vəziyyət o həddə çatıb ki, artıq işıqforlarda da elektrik enerjisi yoxdur.

Axar.az xəbər verir ki, bu barədə danışan İranın elektrik enerjisi sənayesi üzrə rəsmisi Möjtab Rəcəbi ölkə daxilindəki problemin həlli üçün xaricə müraciət etdiklərini bildirib.

O, hazırda Azərbaycan və Türkmənistandan, qismən Ermənistandan elektrik enerjisi idxal etməyə başladıqlarını bəyan edib.

Qeyd edək ki, İranda 1000 meqavat gücündə iki elektrik stansiyasında elektrik enerjisi kəsilib. Ölkənin hər yerində - dövlət idarələrində, yaşayış və sənaye obyektlərində elektrik enerjisi böyük fasilələrlə verilir. Problemin ötən həftədən davam etdiyi bildirilib.
Əfqanıstan ordusu 14 bölgəni Talibandan geri aldıƏfqanıstan ordusu son bir həftədə 14 bölgəni Taliban terror təşkilatından geri alıb.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Silahlı Qüvvələrinin sözçüsü general Ajmal Şinvari məlumat verib.

Şinvari ordunun Talibana qarşı bir həftə ərzində 278 əməliyyat keçirdiyini, 2360 terrorçunun öldürüldüyünü, 1412 nəfərin yaralandığını və 182 nəfərin də həbs edildiyini söyləyib.
Yoluxanların sayı artdı - 1 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 336684 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330567 nəfər müalicə olunaraq sağalıb, 4979 nəfər vəfat edib, aktiv xəstə sayı 1138 nəfərdir.

Ölkədə son sutka ərzində 10025 hazırkı dövrədək isə 3813017 test aparılıb.
Hindistan ştammı 104 ölkəyə yayıldıİlk dəfə Hindistanda aşkarlanan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "Delta" kimi etiketlənmiş "COVID-19"un yeni mutasiya olunmuş forması artıq 104 ölkədə qeydə alınıb. Bu barədə ÜST-nin həftəlik epidemioloji bülletenində məlumat verilib.

Təşkilat bildirir ki, son bir həftə ərzində dünyada yeni yoluxmaların sayında bir qədər artım olub - 2 688 561. Ölənlərin sayı isə əvvəlki həftəyə nisbətən 7% azalıb və 53 958-ə çatdı. Bu, 2020-ci ilin oktyabr ayının əvvəllərindən bəri ən aşağı həftəlik ölüm nisbətidir.
Tbilisidə 53 jurnalist yaralandıHüseyn Yusubov: “Bunu kilsə xadimləri, ruhanilərin dəstəyi ilə rusiyapərəst qüvvələr edib”

5 iyul səhər saatlarında Tbilisinin mərkəzində günün ikinci yarısına qədər gərginlik hökm sürüb. Gürcüstanlı milliyətçilər və din xadimləri LGBT-nin “Tbilisi Prayd”ın (Ləyaqət yürüşü) baş tutmaması üçün etiraz ediblər. Baş verənləri işıqlandırmaq üçün paytaxtın mərkəzinə səfərbər olunan jurnalistlər və operatorları şiddətə məruz qalıb.

"Media Checker" məlumat yayıb ki, hadisədə 50-ə qədər media əməkdaşı yaralanıb.
Hətta LGBT əleyhdarlarının etiraz aksiyası zamanı etirazçılar əcnəbi kişini qulağındakı sırğaya görə cinsi azlıq nümayəndəsi zənn edərək onu döyərək soyuq silahla yaralayıblar.

ABŞ Dövlət Departamenti Gürcüstanda baş verənləri qınayıb. ABŞ Dövlət Departamentinin sözcüsü Ned Price "Twitter" hesabından bəyan edib ki, Gürcüstan rəhbərləri və hüquq-mühafizə orqanları Konstitusiyanın ifadə və sərbəst toplaşmaq hüquqlarını qorumağa və zorakılığa qatılanları mühakimə etməyə borcludurlar.

Gürcüstan Patriarxlığı da Tbilisinin Rustaveli prospektində baş verən hadisələr və zorakılıq faktları ilə əlaqədar təcili bir bəyanat yayıb. Gürcüstan Patriarxlığı insanların, əksər jurnalistlərin əziyyət çəkməsindən dərin narahatlıq hiss keçirdiyini bildirib.

Patriarxlıq, “Tbilisi Prayd”ın qeyri-ənənəvi bir həyat tərzinin təbliğatı olduğuna və gənc nəslə qarşı mənəvi, psixoloji və ideoloji zorakılıq əlamətləri ehtiva etdiyinə inandığını və buna kəskin reaksiya veriləcəyini bəyanlayıb: "Bu barədə səfirliklərə xəbərdarlıq etdik və ölkə üçün gözlənilən həyəcan və qarşıdurmanın qarşısını almaq üçün aksiyanı dəstəkləməkdən çəkinmələrini xahiş etdik. Təəssüf ki, həm bizim, həm də insanların fikri nəzərə alınmadı".

"Biz "Tbilisi Prayd" 2021-nin keçirildiyi yerlərdə jurnalistlərə və təşkilatçılara qarşı təhdid və hücumları qınayırıq".
Bu barədə isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından edilən açıqlamada deyilir.

Müxalif "Strategiya Ağmaşenebeli"nin lideri Giorgi Vaşadze "Tbilisi Prayd" həftəsi ilə əlaqədar baş verən qarşıdurmalarla bağlı hökuməti günahlandırıb və deyib ki, bir qayda olaraq normal bir ölkədə hökumət belə bir vəziyyətdə istefa verməlidir:
“Siyasi rəhbərliyin qərarı ilə daxili işlər orqanlarına zorakılığın qarşısını almaq üçün heç bir təlimat verilməməsi iyrənc və qəbuledilməzdir. Ölkə rəhbərliyinin baş verən hər şeyə görə siyasi xal toplamağa çalışması daha iyrəncdir. Xristian inancı sevgi və bağışlamaqdır, şiddət, baş kəsmək və küçədəki intiqam deyil".

İyulun 6-sı gecə saatlarında da Tbilisidə Parlament binasının qarşısında aksiya keçirilib.

Aksiyaya "Tbilisi Prayd"ın nümayəndələri, siyasətçilər, vətəndaş fəalları qatılıblar. Onlar "Prayd" əleyhdarları tərəfindən şiddətə məruz qalıblar və aksiya dağılıb. Zorakı qrupları Parlament binasının qarşısındakı Avropa Birliyinin bayrağın söküb yandırıblar.

Bu aksiyaya paralel olaraq isə Rustavelidə yerləşən Kavşeti kilsənin yanında ötən gün jurnalistlərə qarşı zorakılıq törədən qruplaşmalar toplanıb. Onlar yenidən aksiyanı dağıtmağa çalışıblar.

Hüquq-mühafizə orqanları isə hər iki tərəfi mühasirəyə alıb, şiddətin daha da böyüməməsinin qarşısını almağa çalışıblar.

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov baş verən məlum hadisələrlə bağlı Avrasiya.net-ə açıqlamasında bildirib ki, LGBT tərəfdarları hər il belə aksiyası keçirməyə cəhd göstəriblər. Keşişlər və rusiyapərəst “Gürcü marşı” deyilən qrup üzvləri parad iştirakçılarına qarşı aqressiya, şiddət göstəriblər: "Hadisə iştirakçıları iki hissəyə bölünüb - LGBT nümayəndələrinin hüquqlarını qoruyan, aksiyanı dəstəkləyən avropalılar və buna qarşı çıxan, kilsənin mənafe və marağını müdafiə edən rusiyapərəst qüvvələr. Kilsə bu aksiyanın dinə sığmadığını bəyan edir. Media nümayəndələrinə elə kilsə xadimlərinin, ruhanilərin dəstəyi ilə “Gürcü marşı”ın tərəfdarları xəsarət yetiriblər”.

H.Yusubov bildirib ki, aksiyada ən çox media nümayəndələri zərər görüblər. Belə ki, 53 jurnalist xəsarət alıb. Gürcüstandakı diplomatik korpusun nümayəndələri və GAK olaraq biz də aksiyada baş verənləri qınayan bəyanat qəbul etdik: "Dünən də LGBT nümayəndələri iyulun 5-də zorakılıqla üzləşdikləri aksiyaya etiraz aksiyası keçiriblər. Rusiyapərəst qüvvələr onlara dolu şüşələr atıblar, yenə də qarşıdurma yaranıb. Hətta polislər belə xəsarət alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyada təxribat törətmək istəyənləri gözaltına alıb".
GAK sədri sonda onu da əlavə edib ki, LGBT nümayəndələrinin sakitləşməməsinin əsas səbəblərindən biri də avropalıları iqtidara qarşı qaldırmaqdır: "LGBT Avropadan dəstək alır, bunlara qarşı çıxan kilsə isə iqtidara yaxındır. Avropalılar LGBT kartından istifadə edib iqtidarı hədəfə alır".
TƏBİB yoxlamalara BAŞLADITibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən Təcili Yardım Şöbələrinin (TYŞ) struktur və fəaliyyətlərinin standartlara uyğunlaşdırılması məqsədi ilə regionlar üzrə monitorinqlərə başlanılıb.

TƏBİB-dən Avrasiya.net-ə verilən məlumata görə, ilkin olaraq qurumun aidiyyəti departamentlərinin əməkdaşlarından ibarət qrup tərəfindən Qusar, Quba, Şabran, Siyəzən, Xızı Rayon Mərkəzi Rayon Xəstəxanalarında yoxlamalar aparılıb.

Eyni zamanda müvafiq sənədlərə uyğun aparılmış dəyərləndirilmələr əsasında təcili tibbi xidmətin təşkilinə dair real vəziyyət haqqında ümumi hesabat hazırlanıb.

Qeyd edək ki, təşkil olunmuş monitorinqlər zamanı mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.
Ağdamdakı hadisədə Rusiya sülhməramlıları günahkardıDünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz, baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Bununla yanaşı ermənilər Qazaxla sərhəd olan ərazidə yanğın törədiblər.
Ermənilərin son günlərdə belə fəallaşmasının səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev məğlubiyyətdən sonra Ermənistanın Rusiya və Azərbaycanı üz-üzə gətirmək üçün planlar həyata keçirdiyini bildirib:


“Ermənistan tərəfi müharibədəki məğlubiyyət zamanı və bundan sonrakı postmüharibə dövründə Rusiya ilə Azərbaycanı üz-üzə gətirmək üçün istənilən fəaliyyəti həyata keçirir. Bunu gələcəkdə dayandıracaqları da gözlənilmir. Ortada bir çarəsizlik sindromu var. Ərazilər işğaldan azad edildikdən sonra Ermənistan hər gün hansısa demarkasiya, delimitasiya prosesləri ilə bəzi əraziləri boşaldıblar. Bundan sonra da delimitasiyanın Laçın və Kəlbəcərdən Qazaxa qədər davam etməsi Ermənistanın hələ də geri addım atacağını bəribaşdan görməyə imkan verir.

Sərhəddə baş verən son hadisə və Qarabağda bir gizirimizin ermənilər tərəfindən açılan atəş nəticəsində yaralanması təbii ki, Azərbaycan tərəfindən qəbul ediləcək olay deyil. Bu hadisədə Rusiya sülhməramlılarının da günahı böyükdür. Çünki onlar zamanında üçtərəfli bəyanatın 4-cü bəndini yerinə yetirsəydilər, həmin atəşi Azərbaycan tərəfinə açacaq erməni tapılmazdı”.


Ekspert Rusiya sülhməramlılarının funksiyalarında ciddi boşluqların olduğunu vurğulayıb:


“Ruslar öz funksiyalarını yerinə yetirməkdə ciddi boşluqlara yol verirlər. İşğaldan azad olunmuş ərazilərə Rusiya sülhməramlıları nəzarət edirsə, ordan da erməni silahlısı Azərbaycan əsgərinə atəş açırsa, bu zaman günahkar axtarmağa çox zaman ayırmaq lazım deyil. Günahkar zatən bəllidir. Rusiya sülhməramlılarının işində çox ciddi çatışmazlıqlar var. Erməni silahlıları Qarabağ ərazisinə sülhməramlıların gözü qarşısında girirlər. Rusiya tərəfi bu dəfə erməni vandallığına, vəhşiliyinə şərik olmamalı, atəş açan və əmri verən şəxsləri tapıb, Azərbaycan tərəfinə təslim etməlidir.

Əgər Rusiya tərəfi bu prosesləri həyata keçirtməkdə ləngimələrə yol verərsə, Azərbaycan həmin ərazilərdə anti-terror əməliyyatlarını həyata keçirmək hüquqlarını özündə saxlayar. Rusiya sülhməramlıları bacarmırsa, Azərbaycan əsgəri rusların nəzarətində olan ərazilərdəki erməni silahlılarını bir həftə ərzində həmin ərazilərdən təmizləsin. Çünki bu təmizlənmə baş verməcəyi müddətdə Azərbaycan tərəfi mütləq cavab atəşi açmaq məcburiyyətində qalacaq. Bu cavab atəşinə isə Rusiya sülhməramlılarının tuş gəlməsi ermənilərin maraqlarına xidmət edir. Odur ki, Rusiya tərəfi vəziyyəti daha açıq-aydın düşüncə ilə analiz etməli, həmin şəxslər tapılmalı və ərazilərdən erməni silahlıların çıxarılması prosesi çox tez şəkildə sürətləndirməlidir. Rusiya sülhməramlıları ya bu ərazilərdə boynuna düşən vəzifələri tam şəkildə icra etməlidirlər, ya da kənara çəkilib Azərbaycana öz ərazilərində haqqın, hüququn aliliyini təmin etmək üçün şəraiti yaratmalıdır. Artıq vəziyyət kifayət qədər gərgin və kritikdir”.
Sabiq icra başçısınln istintaqı başa çatdıİmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avrasiya.net-in xəbərinə görə, istintaq zamanı toplanan materiallar yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Rus sülhməramlıları Qarabağda nə iş görür? – AçıqlamaAzərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya Humanitar Mərkəzi vasitəsilə əraziyə 14 noyabr 2020-ci ildən sonra köçürülüb gətirilən erməni əhalisinə zəruri əşya, qida, o cümlədən dərman yardımı edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, rus hərbi həkimləri Azərbaycanın Qarabağ bölgəsindəki 1500-dən çox erməni sakinə tibbi yardım göstəriblər:

“Xəstəxanalara və kənd tibb məntəqələrinə 2810 kq zəruri dərman, septik çən, sarğı materialları və digər əşyalar, eyni zamanda şəhər xəstəxanalarına 600-dən çox müxtəlif tibbi avadanlıq verilib. 80 km-dən çox elektrik xətti, 30-dan çox transformator yarımstansiyası bərpa edilib. Bu da 63 yaşayış məntəqəsini elektrik enerjisi ilə təmin etməyə imkan verib. 14 yaşayış məntəqəsi su ilə təmin olunub. Sülhməramlıların müşayəti ilə 1750-dən çox zəvvar sərhəd xəttinin yaxınlığındakı məbədləri ziyarət edib.

Ümumilikdə, 2020-ci il 23 noyabr tarixindən Rusiya Hərbi Mühəndisləri və Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri 2165 hektar ərazini, 657,3 km yolu, 1892 binanı, o cümlədən 30 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyib. 25 min 640 partlayıcı obyekt aşkarlanıb və zərərsizləşdirilib”, - deyə nazirlik qeyd edib.
Mkrtiçyan Azərbaycan xalqından üzr istədiYasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Lüdvik Mkrtiçyan prokurorun suallarını cavablandırıb. O bildirib ki, 1993-cü ildə Qarabağda Ağdərənin kəndində olub, amma həmin vaxt müharibə olmayıb:

"Bir ay həmin ərazidə olmuşam. Sonra Hadrutda olmuşam. Həmin vaxt müalicə olunmuşam. 1994-cü ildə Suqoşuşanda gəlmişəm. Səngər qazarkən mərmi düşdü yanımıza düşdü və kontuziya almışam. Mən o vaxt erməni silahlı birləşməsinin tərkibində olmuşam. Silahlı birləşmənin Ermənistan yaratmışdı. Mən də könüllü həmin dəstə ilə Qarabağa gəlmişəm. Müharibə idi, nə deyirdilər, onu da edirdik. Döyüşlərdən sonra mən Ermənistanı tərk edib, xaricə getmişəm".

Lüdvik Mktiçyan qeyd edib ki, aprel döyüşlərinə təşkilat vasitəsilə könüllü gəlib:

"Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib.

2020-ci il oktyabrın 1-də tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Hadrut rayonun adını bilmədiyi kəndində saxlanılıb: "O zaman biz hərbiçilər geri çəkilirdik, meşələrdə gizlənirdik. Komandirimiz yoxa çıxdı, onun hara getdiyini bilmədim. Orada 120 nəfər əsgər var idi. Biz meşəlik ərazidə gizləndik. Bu zaman iki tərəfli istiqamətdən atəşma başladı. Biz quyu kimi yerdə dayandıq. Hava qaralandan sonra dağa istiqamətdə getməyə başladıq. Bizimlə birlikdə olan uşaqlardan birində telefon var idi. Atası ilə əlaqə saxladı,bizi qarşılamağı istədi. Amma sonradan heç bir əlaqə olmadı. Səhərə yaxın Azərbaycan əsgərləri tərəfindən yaxalandıq".

Lüdvik Mktiçyan qeyd edib ki, Azərbaycan əsgərini özlərinə düşmən hesab etmir, Azərbaycan xalqından üzr istədiyini açıqlayıb:

"Mən hər kəsdən üzr istəyirəm, məni bağışlasınlar. Özümü yaxşı hiss etmirəm. Bir insan kimi səhv etmişəm. Hər kəs səhv edə bilər. Xocalı soyqırımına görə, pis münasibət bəsləyirəm. Gərək belə hadisələr olmayaydı".

Təqsirləndirilən şəxs deyib ki, döyüşlərdə iştirak etdiyi üçün 5 medal alıb.

Digər təqsirləndirilən Alyoşa Xosrovyan bildirib ki, o Ermənistan və Azərbaycan sərhədində olub: "Orada mülki şəxs kimi olmuşam. Döyüşlərdə ürəkdən iştirak etməmişəm. Uşaqların var, pula ehtiyacım olub. Bu səbəbdən də pul qazanmaq üçün ora getmişəm. Mən özümü günahkar hesab edirəm, Azərbaycan sərhədlərini pozmuşam. Heç vaxt Azərbaycanlılara qarşı pis niyyətdə olmamışam. Rusiyada Azərbaycanlılarla dostluq etmişəm Səhv etdiyim üçün məni bağışlayın".

2016-cı ilin aprel döyüşlərində iştirak etdiyini deyən L.Mkrtçyan bildirib ki, aprel döyüşlərinə təmsil olunduğu təşkilatdan gəlib:

"Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Məni apardılar döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib.

2020-ci il oktyabrında tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı".

Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki, Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı sirlərə işgəncələr verib:

"1995-ci ilin may ayında ermənilər döyüşdə çox itki vermişdi, onların meyitlərini Şuşa həbsxanasında gətirdilər. Mkrtçyan da orda idi. Onda bizi amansızlıqla döydülər. İyun ayında Şuşada erməni zabitin toyu idi, bu da hərbçi kimi orda iştirak edirdi. Bunlara ermənilərin "ASALA"sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verən kimi hörmətli hərbçilər idi".

Zərərəçəkmiş Cavid Hüseyn isə deyib ki, 1995-ci ilin mart ayının 21-də Şuşa türməsində onun gözünün çıxarılması prosesində Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan iştirak ediblər:

"Qarik mənim gözümü çıxaranda mənim əllərimi divara Mkrtçyan və Xosrovyan bağlayıb. Həmin vaxt bunlar ikisi də türmədə bizə işgəncə verirdilər".

Daha sonra hakimlər sənədlərin tədqiqi mərhələsinin başlandığını elan edib. Təqsirləndirilən Alyoşa Xosrovyanın sosial şəbəkə hesabından götürülən fotolar nümayiş olunub.

Növbəti proses iyulun 14-də davam edəcək.