Sizin Reklam Burada

Tbilisidə 53 jurnalist yaralandı

Tbilisidə 53 jurnalist yaralandıHüseyn Yusubov: “Bunu kilsə xadimləri, ruhanilərin dəstəyi ilə rusiyapərəst qüvvələr edib”

5 iyul səhər saatlarında Tbilisinin mərkəzində günün ikinci yarısına qədər gərginlik hökm sürüb. Gürcüstanlı milliyətçilər və din xadimləri LGBT-nin “Tbilisi Prayd”ın (Ləyaqət yürüşü) baş tutmaması üçün etiraz ediblər. Baş verənləri işıqlandırmaq üçün paytaxtın mərkəzinə səfərbər olunan jurnalistlər və operatorları şiddətə məruz qalıb.

"Media Checker" məlumat yayıb ki, hadisədə 50-ə qədər media əməkdaşı yaralanıb.
Hətta LGBT əleyhdarlarının etiraz aksiyası zamanı etirazçılar əcnəbi kişini qulağındakı sırğaya görə cinsi azlıq nümayəndəsi zənn edərək onu döyərək soyuq silahla yaralayıblar.

ABŞ Dövlət Departamenti Gürcüstanda baş verənləri qınayıb. ABŞ Dövlət Departamentinin sözcüsü Ned Price "Twitter" hesabından bəyan edib ki, Gürcüstan rəhbərləri və hüquq-mühafizə orqanları Konstitusiyanın ifadə və sərbəst toplaşmaq hüquqlarını qorumağa və zorakılığa qatılanları mühakimə etməyə borcludurlar.

Gürcüstan Patriarxlığı da Tbilisinin Rustaveli prospektində baş verən hadisələr və zorakılıq faktları ilə əlaqədar təcili bir bəyanat yayıb. Gürcüstan Patriarxlığı insanların, əksər jurnalistlərin əziyyət çəkməsindən dərin narahatlıq hiss keçirdiyini bildirib.

Patriarxlıq, “Tbilisi Prayd”ın qeyri-ənənəvi bir həyat tərzinin təbliğatı olduğuna və gənc nəslə qarşı mənəvi, psixoloji və ideoloji zorakılıq əlamətləri ehtiva etdiyinə inandığını və buna kəskin reaksiya veriləcəyini bəyanlayıb: "Bu barədə səfirliklərə xəbərdarlıq etdik və ölkə üçün gözlənilən həyəcan və qarşıdurmanın qarşısını almaq üçün aksiyanı dəstəkləməkdən çəkinmələrini xahiş etdik. Təəssüf ki, həm bizim, həm də insanların fikri nəzərə alınmadı".

"Biz "Tbilisi Prayd" 2021-nin keçirildiyi yerlərdə jurnalistlərə və təşkilatçılara qarşı təhdid və hücumları qınayırıq".
Bu barədə isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından edilən açıqlamada deyilir.

Müxalif "Strategiya Ağmaşenebeli"nin lideri Giorgi Vaşadze "Tbilisi Prayd" həftəsi ilə əlaqədar baş verən qarşıdurmalarla bağlı hökuməti günahlandırıb və deyib ki, bir qayda olaraq normal bir ölkədə hökumət belə bir vəziyyətdə istefa verməlidir:
“Siyasi rəhbərliyin qərarı ilə daxili işlər orqanlarına zorakılığın qarşısını almaq üçün heç bir təlimat verilməməsi iyrənc və qəbuledilməzdir. Ölkə rəhbərliyinin baş verən hər şeyə görə siyasi xal toplamağa çalışması daha iyrəncdir. Xristian inancı sevgi və bağışlamaqdır, şiddət, baş kəsmək və küçədəki intiqam deyil".

İyulun 6-sı gecə saatlarında da Tbilisidə Parlament binasının qarşısında aksiya keçirilib.

Aksiyaya "Tbilisi Prayd"ın nümayəndələri, siyasətçilər, vətəndaş fəalları qatılıblar. Onlar "Prayd" əleyhdarları tərəfindən şiddətə məruz qalıblar və aksiya dağılıb. Zorakı qrupları Parlament binasının qarşısındakı Avropa Birliyinin bayrağın söküb yandırıblar.

Bu aksiyaya paralel olaraq isə Rustavelidə yerləşən Kavşeti kilsənin yanında ötən gün jurnalistlərə qarşı zorakılıq törədən qruplaşmalar toplanıb. Onlar yenidən aksiyanı dağıtmağa çalışıblar.

Hüquq-mühafizə orqanları isə hər iki tərəfi mühasirəyə alıb, şiddətin daha da böyüməməsinin qarşısını almağa çalışıblar.

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov baş verən məlum hadisələrlə bağlı Avrasiya.net-ə açıqlamasında bildirib ki, LGBT tərəfdarları hər il belə aksiyası keçirməyə cəhd göstəriblər. Keşişlər və rusiyapərəst “Gürcü marşı” deyilən qrup üzvləri parad iştirakçılarına qarşı aqressiya, şiddət göstəriblər: "Hadisə iştirakçıları iki hissəyə bölünüb - LGBT nümayəndələrinin hüquqlarını qoruyan, aksiyanı dəstəkləyən avropalılar və buna qarşı çıxan, kilsənin mənafe və marağını müdafiə edən rusiyapərəst qüvvələr. Kilsə bu aksiyanın dinə sığmadığını bəyan edir. Media nümayəndələrinə elə kilsə xadimlərinin, ruhanilərin dəstəyi ilə “Gürcü marşı”ın tərəfdarları xəsarət yetiriblər”.

H.Yusubov bildirib ki, aksiyada ən çox media nümayəndələri zərər görüblər. Belə ki, 53 jurnalist xəsarət alıb. Gürcüstandakı diplomatik korpusun nümayəndələri və GAK olaraq biz də aksiyada baş verənləri qınayan bəyanat qəbul etdik: "Dünən də LGBT nümayəndələri iyulun 5-də zorakılıqla üzləşdikləri aksiyaya etiraz aksiyası keçiriblər. Rusiyapərəst qüvvələr onlara dolu şüşələr atıblar, yenə də qarşıdurma yaranıb. Hətta polislər belə xəsarət alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyada təxribat törətmək istəyənləri gözaltına alıb".
GAK sədri sonda onu da əlavə edib ki, LGBT nümayəndələrinin sakitləşməməsinin əsas səbəblərindən biri də avropalıları iqtidara qarşı qaldırmaqdır: "LGBT Avropadan dəstək alır, bunlara qarşı çıxan kilsə isə iqtidara yaxındır. Avropalılar LGBT kartından istifadə edib iqtidarı hədəfə alır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər