Sizin Reklam Burada

Mkrtiçyan Azərbaycan xalqından üzr istədi

Mkrtiçyan Azərbaycan xalqından üzr istədiYasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Lüdvik Mkrtiçyan prokurorun suallarını cavablandırıb. O bildirib ki, 1993-cü ildə Qarabağda Ağdərənin kəndində olub, amma həmin vaxt müharibə olmayıb:

"Bir ay həmin ərazidə olmuşam. Sonra Hadrutda olmuşam. Həmin vaxt müalicə olunmuşam. 1994-cü ildə Suqoşuşanda gəlmişəm. Səngər qazarkən mərmi düşdü yanımıza düşdü və kontuziya almışam. Mən o vaxt erməni silahlı birləşməsinin tərkibində olmuşam. Silahlı birləşmənin Ermənistan yaratmışdı. Mən də könüllü həmin dəstə ilə Qarabağa gəlmişəm. Müharibə idi, nə deyirdilər, onu da edirdik. Döyüşlərdən sonra mən Ermənistanı tərk edib, xaricə getmişəm".

Lüdvik Mktiçyan qeyd edib ki, aprel döyüşlərinə təşkilat vasitəsilə könüllü gəlib:

"Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib.

2020-ci il oktyabrın 1-də tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Hadrut rayonun adını bilmədiyi kəndində saxlanılıb: "O zaman biz hərbiçilər geri çəkilirdik, meşələrdə gizlənirdik. Komandirimiz yoxa çıxdı, onun hara getdiyini bilmədim. Orada 120 nəfər əsgər var idi. Biz meşəlik ərazidə gizləndik. Bu zaman iki tərəfli istiqamətdən atəşma başladı. Biz quyu kimi yerdə dayandıq. Hava qaralandan sonra dağa istiqamətdə getməyə başladıq. Bizimlə birlikdə olan uşaqlardan birində telefon var idi. Atası ilə əlaqə saxladı,bizi qarşılamağı istədi. Amma sonradan heç bir əlaqə olmadı. Səhərə yaxın Azərbaycan əsgərləri tərəfindən yaxalandıq".

Lüdvik Mktiçyan qeyd edib ki, Azərbaycan əsgərini özlərinə düşmən hesab etmir, Azərbaycan xalqından üzr istədiyini açıqlayıb:

"Mən hər kəsdən üzr istəyirəm, məni bağışlasınlar. Özümü yaxşı hiss etmirəm. Bir insan kimi səhv etmişəm. Hər kəs səhv edə bilər. Xocalı soyqırımına görə, pis münasibət bəsləyirəm. Gərək belə hadisələr olmayaydı".

Təqsirləndirilən şəxs deyib ki, döyüşlərdə iştirak etdiyi üçün 5 medal alıb.

Digər təqsirləndirilən Alyoşa Xosrovyan bildirib ki, o Ermənistan və Azərbaycan sərhədində olub: "Orada mülki şəxs kimi olmuşam. Döyüşlərdə ürəkdən iştirak etməmişəm. Uşaqların var, pula ehtiyacım olub. Bu səbəbdən də pul qazanmaq üçün ora getmişəm. Mən özümü günahkar hesab edirəm, Azərbaycan sərhədlərini pozmuşam. Heç vaxt Azərbaycanlılara qarşı pis niyyətdə olmamışam. Rusiyada Azərbaycanlılarla dostluq etmişəm Səhv etdiyim üçün məni bağışlayın".

2016-cı ilin aprel döyüşlərində iştirak etdiyini deyən L.Mkrtçyan bildirib ki, aprel döyüşlərinə təmsil olunduğu təşkilatdan gəlib:

"Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Məni apardılar döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib.

2020-ci il oktyabrında tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı".

Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki, Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı sirlərə işgəncələr verib:

"1995-ci ilin may ayında ermənilər döyüşdə çox itki vermişdi, onların meyitlərini Şuşa həbsxanasında gətirdilər. Mkrtçyan da orda idi. Onda bizi amansızlıqla döydülər. İyun ayında Şuşada erməni zabitin toyu idi, bu da hərbçi kimi orda iştirak edirdi. Bunlara ermənilərin "ASALA"sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verən kimi hörmətli hərbçilər idi".

Zərərəçəkmiş Cavid Hüseyn isə deyib ki, 1995-ci ilin mart ayının 21-də Şuşa türməsində onun gözünün çıxarılması prosesində Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan iştirak ediblər:

"Qarik mənim gözümü çıxaranda mənim əllərimi divara Mkrtçyan və Xosrovyan bağlayıb. Həmin vaxt bunlar ikisi də türmədə bizə işgəncə verirdilər".

Daha sonra hakimlər sənədlərin tədqiqi mərhələsinin başlandığını elan edib. Təqsirləndirilən Alyoşa Xosrovyanın sosial şəbəkə hesabından götürülən fotolar nümayiş olunub.

Növbəti proses iyulun 14-də davam edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər