İranda neft kəməri partladı: 3 ölü, 4 yaralı
Dərc olunub:
7-07-2021, 10:49
İranda neft kəmərində partlayış baş verib, itkilər var.
Avrasiya.net İRNA-ya istinadən xəbər verir ki, hadisə ölkənin Xuzistan əyalətinin Fəth əl-Mubin bölgəsinin Şuş kəndində qeydə alınıb.
Partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Qeyd edək ki, hazırda hadisənin səbəbləri araşdırılır.