Avropa Məhkəməsi İrəvanın vəsatətini rədd etdi
Dərc olunub:
7-07-2021, 12:28
Avropa Məhkəməsi Ermənistanın erməni hərbi təxribatçılarının Azərbaycanda keçirilən məhkəmələrini dayandırması üçün qaldırdığı vəsatəti bir daha rədd edib.
Avrasiya.net Caliber.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) nümayəndəsi Yegişe Kirakosyan deyib.
Qeyd edək ki, vəsatət AİHM-ə 30 iyun tarixində verilib və iyulun 2-də məhkəmə vəsatəti rədd edib.