Felgenhauer: Nikol haqlıdır, İsgəndər qeyri-effektivdirHəqiqətən İsgəndər raketi ətrafında piyar çoxdur, amma reallıqda bu raket möcüz silah deyil.

Avrasiya.net xəbər verir ki, bunu “Haqqin.az”a müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer Paşinyanın İsgəndərlərlə bağlı son çıxışını şərh edərkən deyib.

“İsgəndərin tətbiq təcrübəsi var, amma böyük deyil. Qafqazdakı müharibələrdə çox sayda Toçka-U raket kompleksi istifadə olunub. Bu, İsgəndər komplekslərinin analoqudur, fərq yalnız raketlərin uçuş məsafəsindədir. Toçka-U-da uçuş məsafəsi 120 kilometrdir. İndi orduda Toçka-U İsgəndərlə əvəz olunub.

Toçka-U aktiv şəkildə II Çeçen Savaşında istifadə edilib. Təxminən 200-300 atəş açılıb.

2008-ci ildə Gürcüstanla müharibədə Toçka-U-dan Rusiya tərəfi kütləvi istifadə edib. Təxminən 60 atəş olub. Bu savaşda həmçinin İsgəndər komplekslərindən də bir və ya iki dəfə atəş açılıb. Bəzən yaxşı hədəfə tuş gəlir və böyük itkilər olur, bəzən isə kompleks tamam faydasız olur. İsgəndərin tətbiqi həlledici nəticələrə gətirib çıxarmır, o, ilk növbədə nüvə döyüş hissəsinin tətbiqi üçün nəzərdə tutulub. Nüvə silahı kimi o effektivdir. Bir-iki raket bəs edir ki, güclü zərər vurasan” – deyə o bildirib.

Felgenhauerin sözlərinə görə, hələ də Ermənistana İsgəndər-M yoxsa İsgəndər-E verildiyinə dair heç bir rəsmi açıqlama yoxdur. Bununla belə bu raketlərin nüvəsiz variantının bəzən uğurlu, bəzən də uğursuz olduğu bildirib. O, Suriyada belə raketlərin döyüşçülərin üzərinə görüntü yaratmaq məqsədiylə buraxıldığını deyib. Hərbi ekspert ermənilərin də son Qarabağ savaşında bu silahdan yararlandığını amma az effektli olduğunu bildirib:

“Rusiyanın bunu eşitməsi xoş deyil. Rəsmi cavab olmayacaq. Ekspertlər deyəcəklər ki, ermənilər rus silahını nüfuzdan salırlar, çünki özləri heç nə edə bilmirlər. Bu və ya digərlər bu mübahisədə haqlıdırlar. Həqiqətən erməni ordusu hazırlıqlı deyildi, onun hədəf təyinatı yox idi, bu raket isə nüvə başlıqsız olanda effektiv deyil. Belə raketləri nüvə başlıqsız istifadə edən zaman kütləvi atəş açmaq lazımdır”.

O, Paşinyanın İsgəndərlə bağlı dediklərinin müəyyən mənada həqiqət olduğunu bildirib:

“Bir daha deyirəm ki, bu silah ilk növbədə nüvə başlıqla istifadə üçün nəzərdə tutulub ki, bu onun bütün çatışmazlıqlarını kompensasiya edir. Silahın 80-ci illərdə hazırlanması həqiqətdir. İstehsala 2000-ci illərində əvvəllərində başlanıb.

Ronaldunun pişiyi xəsarət aldı və şəxsi təyyarə ilə müalicəyə getdi – FOTOHazırda Turinin “Yuventus” klubunda forma geyən Kriştianu Ronaldu və onun sevgilisi model Corcina Rodrigesin pişiyi xəsarət alıb.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata görə, Pepe ləqəbli ev heyvanı Turin küçələrində gəzərkən avtomobilin təkəri altında qalıb. Xəsarət alan pişik müalicə üçün ulduz futbolçunun şəxsi təyyarəsi ilə İspaniyaya yola salınıb.

Qeyd edək ki, Pepe nadir sfinks cinsinə məxsusdur. Onun qiyməti 3 min avrodur.
Müşfiq Ələsgərli: “Medianın reklam gəlirlərinin az olması diqqətdən kənarda qalıb”“Media sahəsində islahatlar aparılsa da, heç vaxt kompleks yanaşma olmayıb. Bir istiqamət üzrə inkişaf olsa da, digər istiqamətlərdə natamamlıq özünü göstərib. Mediaya müstəqillik və dəstək verilib, lakin medianın özünün reklam gəlirlərinin az olması məsələsi diqqətdən kənarda qalıb”.

Bu sözləri Publika.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib. Ekspert bildirib ki, KİV qurumlarının özünün müstəqil gəlirləri olmalıdır ki, rəqabət formalaşsın:

“Dövlətin göstərdiyi dəstək burada yardımçı rol oynamalıdır. Təəssüf ki, bizdə reklam gəlirləri demək olar ki, yoxdur. Qanunvericiliyin özündə müəyyən ziddiyyətli məqamlar var. Bəzən qanunların biri digərini təkzib edir. Məsələn, KİV haqqında qanunun 7-ci maddəsi ilə fövqalədə vəziyyət haqqında 8-ci maddə arasında zidiyyətlər var. Odur ki, bu ziddiyyətlərin aradan qaldırılmasına ehtiyac var.

Azərbaycanda jurnalistlərin statistikası və onların standartları barədə fikirlər heç vaxt tamamlanmayıb. Bu, media sahəsində olan digər vacib bir məqamdır. Kim bir yazı və ya informasiya paylaşırsa, dərhal ona jurnalist deyirlər. Bu paylaşılan informasiyalarda xəbər standartı heç vaxt gözlənilmir. Jurnalist prinsiplərini müəyyənləşdirən müəyyən standartlar var. “Jurnalist kimdir”, “Bu addam kimlər istifadə edə bilər” və “Onlar öz işində hansı standartları gözləməlidilər” suallarının yekdil cavabı, fikir vahidliyi və uyğunluğu yoxdur”.

Müşfiq Ələsgərli qeyd edib ki, müəyyən səhvə yol verdiyi və haqqında hüquqi ölçü götürüləndə bəzən insanlar jurnalist olduğunu dilə gətirir:

“İsbat etmək olmur ki, bu adam jurnalistdir, ya yox. Jurnalist fəaliyyəti nəticəsində bu xətaya yol verib, ya yox. Bu mənada belə problemlərin aradan qaldırılması üçün standartların müəyyənləşdirilməsinə ehtiyac var. Əgər o jurnalistlərin vahid vəsiqəsi və onlar haqqında standartlar müəyyən olunarsa, KİV qurumlarının vahid reyesteri yaradılarsa, bu sahədə də çatışmazlıqları aradan qaldırmaq mümkündür. Təəssüf ki, Azərbaycanda KİV-lərin vahid reyesteri yoxdur.

KİV haqqında statistikada da müxtəlif rəqəmlər göstərilir. Bəziləri 5000, bir qrup isə 6000 KİV olduğunu bildirir. Dövlət proqram hazırlayanda onları kimə yönləndirməli və kimlərin iştirak etməli olduğunu tənzimləyə bilmir. Odur ki, bütün bunları özündə toplayan vahid bir məlumat bazasına və ya informasiya bankanın olmasına zərurət var.

Prezidentin imzaladığı Media İnkişafı Agentliyinin nizamnaməsində sadaladığımız və sadalamadığımız bir çox boşluqların aradan qaldırılması üçün şərait yaradır. Nizamnamədə həm medianın müstəqil gəlir mənbələrinin formalaşmasına yardım etmək, həm media reyestrinin tərtibinin və vahid jurnalist kartlarının yaradılması, həm jurnalitikanın standartları və s. məsələlər öz əksini taparsa, indiyə qədər mövcud olan boşluqların aradan qaldırılmasına nail olmaq mümkündür. Hesab edirəm ki, bu məsələyə kompleks yanaşmaq lazımdır. Medianın İnkişafı Agentliyinə nizamnamə ilə ciddi şəkildə səlahiyyətlər verilir ki, mövcud problemlərin həllini tapmaq mümkün olsun”.

“Bu sahədə islahatlar Media İnkişafı Agentliyinin yaradılması ilə tamamlanmalıdır. Burada müxtəlif köməkçi və yardımçı məsələlər də var. Xüsusi olaraq ölkədə qanunvericiliyin təkminləşdirilməsi, diffamasiya haqqında qanun qəbul olunması, o cümlədən reklamın ədalətli şəkildə bölüşdürülməsinə kompleks yanaşmaq lazımdır. İslahatların effektli nəticələr verməsini istəyiriksə, kompleks yanaşma həyata keçirilməlidir. Əgər yenə də yarımçıq olacaqsa və işlər birtərəfli qaydada aparılcaqsa, təbii ki, müəyyən problemlər qalmaqda davam edəcək”, - deyə M. Ələsgərli bildirib.
Qarda yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatdıFevralın 24-dən etibarən ümumilikdə 64 nəfər (35 kişi, 29 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Qeyd olunub ki, yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.
İlham Əliyevdən Ərdoğana ad günü TƏBRİKİPrezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün bu uğurlar bilavasitə Sizin böyük dövlət xadimi kimi gərgin fəaliyyətinizin nəticəsidir.

Fəxr hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir.

Dostluq və qardaşlıq üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında şəxsən Sizin misilsiz rolunuz var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin və strateji müttəfiqliyimizin daha da möhkəmləndirilməsi yolunda qətiyyətiniz, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyiniz xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm.
"ABŞ-ın əsl məqsədi İranı diz çökdürməkdir"Avrasiya.net xəbər verir ki, bunu Türkiyənin Fransadakı keçmiş səfiri Uluç Özülkər bildirib.

Onun sözlərinə görə, ABŞ İranı nüvə silahı istehsal etmək gücünə çatmadan dayandıracaq:

"ABŞ "5+1" ölkələri və İran arasında imzalanan anlaşmaya geri dönmək niyyətində deyil. ABŞ raket sistemləri kimi məsələləri də anlaşmaya daxil etmək istəyir, yalnız yeni şərtlər altında Vaşinqton razılaşmaya qayıda bilər. İran da ABŞ-ın sanksiyalarının ləğvini şərt kimi irəli sürür, əks halda anlaşmaya qayıtmaq üçün addım atacağını düşünmürəm. İki ölkənin də vaxt qazanmağa çalışdığını ehtimal etmək olar, ancaq ABŞ yenə də öz bildiyini edəcək".
Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşirBu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.

Bununla da 1/8 finala son 15 vəsiqənin sahibi müəyyənləşəcək.

Oyunlardan yeddisi Bakı vaxtı ilə saat 21:55-də, səkkizi isə saat 24:00-da start götürəcək.

"Qarabağ"ın yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş İspaniya "Vilyarreal"ı Avstriyada 2:0 hesabı ilə məğlub etdiyi "Zaltsburq"la bu dəfə doğma meydanda üz-üzə gələcək. İsrailin "Makkabi" (Təl-Əviv) komandası isə Ukraynada "Şaxtyor"la münasibətlərinə aydınlıq gətirəcək. Təl-Əviv təmsilçisi ilk görüşdə Donetsk klubuna uduzub - 0:2.

İlk qarşılaşmada heç-heçəyə razılaşan İngiltərənin "Arsenal" və Portuqaliyanın "Benfika" klubları pandemiya səbəbindən cavab matçını Yunanıstanda keçirəcək. Həmçinin İtaliya "Milan"ı evdə Serbiyanın "Srvena Zvezda", İngiltərə "Mançeter Yunayted"i isə İspaniyanın "Real Sosyedad" komandasını sınağa çəkəcək.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

21:55. “Ayaks” (Niderland) - “Lill” (Fransa)

İlk oyun - 2:1

21:55. “Şaxtyor (Donetsk, Ukrayna) - "Makkabi” (Təl-Əviv, İsrail)

İlk oyun - 2:0

21:55. “Napoli” (İtaliya) - “Qranada” (İspaniya)

İlk oyun - 0:2

21:55. "Hoffenhaym" (Almaniya) - “Molde” (Norveç)

İlk oyun - 3:3

21:55. “Vilyarreal” (İspaniya) - "Zaltsburq” (Avstriya)

İlk oyun - 2:0

21:55. “Reyncers” (Şotlandiya) - "Antverpen” (Beçlika)

İlk oyun - 4:3

21:55. “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya)

İlk oyun - 1:1

24:00. “Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun - 1:1

24:00. PSV (Niderland) - “Olimpiakos (Yunanıstan)

İlk oyun - 2:4

24:00. “Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə)

İlk oyun - 3:4

24:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya)

İlk oyun - 3:2

24:00. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya)

İlk oyun - 2:0

24:00. “Lester” (İngiltərə) - “Slaviya” (Çexiya)

İlk oyun - 0:0

24:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya)

İlk oyun - 2:2

24:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya)

İlk oyun - 4:0

Qeyd edək ki, 1/8 finalın ilk iştirakçısı artıq bəllidir. Ötən gün İngiltərədə Avstriyanın "Volfsberq" komandasını 4:0 hesabı ilə məğlub edən "Tottenhem" iki görüşün nəticəsinə (8:1) əsasən, adını növbəti raunda yazdırıb.
İran Atom Agentliyinə QADAĞA QOYDUİrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar sərtləşdirildiyi üçün ölkə parlamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi müfəttişlərinin nüvə obyektlərində monitorinq aparmalarının qadağan olunmasına dair qanun qəbul olunub. Cari ilin yanvarında qəbul olunan qanun fevralın 23-də qüvvəyə minib.

Publika.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmisi Əli Rəbbi Tehranda keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, ABŞ-ın yeni prezidenti sanksiyaları aradan qaldırmalı və üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bundan sonra danışıqları davam etdirmək olar.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi yanında daimi nümayəndəsi Kazım Qəribabadi isə deyib ki, qanunun qüvvəyə minməsi rəsmi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlıq etməyəcəyi anlamına gəlmir. Sanksiyalar 3 ay müddətində aradan qaldırılarsa, İran nüvə obyektləri barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə lazımi məlumatları verəcək. Əgər sanksiyalar ləğv edilməsə, İran nüvə obyektləri barədə məlumatları heç kimə verməyəcək.
Bakıda 9 dərəcə ŞAXTA OLACAQ, QAR YAĞACAQ - BU GÜNÜN HAVASIBakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq.

Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.