Prezident: “Erməni faşizminin yenidən baş qaldırmasına imkan vermərik”“Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Xocalı qurbanlarının intiqamını döyüş meydanında alıb:

“44 gün davam edən İkinci Qarabağ Müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək Xocalı qurbanlarının qanını da aldıq.

Azərbaycan heç bir zaman imkan verməz ki, erməni faşizmi yenidən baş qaldırsın”.
Şabran sakini sirkə turşusu içərək ölübŞabranda sirkə turşusu içən şəxs xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun H.Aslanov küçəsi ünvanında yaşayan 1980-ci il təvəllüdlü Zakir Şakir oğlu Rəsulov sirkə turşusu içib.

O, ağır vəziyyətdə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sirkə turşusundan zəhərlənmə diaqnozu qoyulub.

Həkimlərin səylərinə baxmayaraq, Z.Rəsulov xəstəxanada ölüb. Onun ailəli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
ABŞ generalı YPG-yə dəstək verdiklərini ETİRAF ETDİ2014-2018-ci illər arasında ABŞ-ın Avropa Qüvvələri Komandanlığı vəzifəsində çalışmış ehtiyatda olan general-leytenant Ben Hoces "CNN TÜRK" kanalına danışıb.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki,Hodgesin Vaşinqtonun Türkiyə ilə ABŞ arasındakı ən böyük problemlərindən biri olan YPG-yə dəstəyilə əlaqədar açıqlamaları diqqət çəkib:

"Məncə, keçmişdə YPG-yə silah verməyimiz səhv idi. Bu həmin dövrdə verilmiş taktiki bir qərar idi. YPG İŞİD-lə döyüşən ən təsirli qüvvə sayılırdı. Ancaq indi baxdıqda bunun bir səhv olduğunu Türkiyə ilə münasibətlərə verdiyi zərərdən anlayırıq. Ümid edirəm, yeni hökumət bu siyasəti yenidən nəzərdən keçirərək, İŞİD-ə qarşı yeni bir həll gətirəcək".

ABŞ İran hərbi obyektlərinə zərbə endirdiABŞ Suriyada İran Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

"Vaşinqton Post" isə ABŞ-ın Suriyada endirdiyi aviazərbələr nəticəsində bir neçə nəfərin öldüyünü yazıb. Məlumatda bildirilib ki, aviazərbələr sərhəddə olan və İranın dəstəklədiyi qüvvələrin yerləşdiyi binalara endirilib. Bir neçə bina dağılıb.

Pentaqon da artıq Suriyaya zərbənin detallarını açıqlayıb. Müdafiə naziri Lloyd Ostin bildirib ki, ABŞ əməliyyatçıları İran tərəfinə "kəşfiyyat məlumatları öyrənmək” üçün şərait yaradıb və nəticədə hədəflərin yerini müəyyənləşdirib.

Nazirliyin nümayəndəsi Con Kirbi isə Suriyadakı iranmeyilli qüvvələrə endirilən zərbəni İraqda ABŞ və koalisiya birləşmələrinə raket zərbəsinin cavabı adlandırıb.

Xatırladaq ki, fevralın 22-də Bağdadın “yaşıl zona” adlandırılan hissəsi raket atəşinə məruz qalıb. Şəhərin bu hissəsində dövlət idarələri və xarici diplomatik nümayəndəliklər, həmçinin ABŞ səfirliyi yerləşir. Əraziyə azı üç reaktiv mərmi buraxılıb.
Nikol Serjin tələsinə düşdü: Rus silahları “uçmurdu” - QalustyanErmənistanın Baş naziri Nikol Paşinyan Serj Sərkisyanın təxribatına uydu və onun tələsinə düşdü. Burada sual yaranır: Nikolun konkret və mahiyyət etibarilə səhvi nədə olub? Məsələ bundadır ki, o, silahla bağlı sözlərində tam olaraq haqlıdır. Rusiya tərəfinin məsələyə reaksiyası isə bunu yalnız təsdiqləyir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın hərbi-siyasi icmalçısı Qraçya Qalustyan çıxış edib.

Onun sözlərinə görə, Rusiyanın ermənilərə Azərbaycanın zərbələri qarşısında gücsüz olan “metallom” göndərməsi ilə bağlı konkret faktlar var:

“Müharibə dövründə erməni əsgəri təəccüblə aşkar edirdi ki, Moskvanın iddialarına görə uçmaq və vurmaq bacarığı olan texnika nə uçur, nə də vurur. RF-də anlamalıdırlar ki, Ermənistan artıq çoxdan müstəqil dövlətdir və onun nəyi və kimdən alacağını özü həll etmək hüququna malikdir. Bu, bizim üçün hansısa siyasi intriqalar yox, fiziki sağqalmaq məsələsidir. Biz onu yaddan çıxarmamalıyıq ki, Azərbaycanda dünyanın ən müasir və güclü silahları mövcuddur”, - deyə erməni ekspert qeyd edib.
Hikmət Hacıyev Xocalı soyqırımından yazdıBiz xatırlayırıq! Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik! Ədalət barışığın vacib bir hissəsidir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitterdə yazıb.

"Xocalı soyqırımını törədənlər irqçilik, ayrı-seçkilik, etnik nifrət ideologiyasına əsaslanan Ermənistanda qəhrəman olaraq qiymətləndirilirlər",- o qeyd edib.
İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırım qurbanlarının xatirəsinə ehtiramını bildirib.

“Ermənistan ordusu siyasətə qarışmamalıdır” - ABŞ-dan çağırış“Ermənistan Silahlı Qüvvələri siyasətə qarışmamalıdır”.

Avrasiya.net “RİA Novosti”yə isitnadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib.

Dövlət Departamenti Ermənistandakı bütün tərəfləri şiddətin artmasının qarşısını almağa çağırıb:

“Biz Ermənistandakı son hadisələrdən xəbərdarıq, vəziyyəti çox yaxından izləyirik. Bütün tərəfləri təmkinli olmağa, hər hansı bir gərginlik və zorakılıqdan qaçmağa çağırırıq. Bütün tərəflərə əsas demokratik prinsipləri xatırladıraq bildiririk ki, silahlı qüvvələr daxili siyasətə qarışmamalıdır”.

Prays qeyd edib ki, Dövlət Departamenti siyasi liderləri qanunun aliliyi prinsiplərinə əməl edərək fikir müxtəlifliyini sülh yolu ilə həll etməyə çağırır. O həmçinin, əlavə edib ki, Dövlət Departamenti Ermənistanda çevriliş cəhdinin olub-olmadığı barədə bir nəticəyə gəlməyib.
Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür.

Avrasiya.net xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

Qeyd edək ki, artıq dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib.
Antikonstitusion yolla hakimiyyət dəyişikliyi pis nümunədir və pislənilməlidir. Amma ilahi bir ədalət var. Onlar zamanla bizim torpaqları işğal edib, xalqımıza böyük acılar yaşatmaqla Azərbaycanda siyasi böhran yaratmışdılar.

Avrasiya.net Moderator.az-a istinadən xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanda baş verənlərlə bağlı şərhində deyib.

“İndi biz torpaqlarımızı işğaldan azad etməklə Ermənistanda siyasi böhran yaratmışıq. Ədalətli müharibə apardığımıza görə Allah bizim köməyimiz oldu, erməni faşitlərinə isə törətdikləri insanlıq əleyhinə qanlı cinayətlərə görə cəzalarını verir. İstəyirlər bir-birlərini qırsınlar. Orda hərbi xuntanın hakimiyyətə gəlməsi bizim maraqlarımıza uyğundur. Çünki Paşinyan Azərbaycana qarşı sərt mövqeyi ilə hərbi canilər olan, eks-prezidentlər Köçəryan və Sarkisyanı geridə qoyub. Həm də Paşinyandan fərqli olaraq hakimiyyətə gələcək hərbi xunta bütün beynəlxalq siyasi və diplomatik dəstəkdən məhrum olacaq. Daha yaxşı olar ki, hərbi çevriliş vətəndaş müharibəsi yolu ilə baş versin. Başqa cür mümkün də deyil, çünki erməni xalqı korrupsiyalaşmış, quldur Qarabağ klanının yenidən hakimiyyətə qayıtmasını istəmir. Erməni siyasi elitası sülh barədə yox, revanş haqqında, torpaqlarımızı ordularını modernləşdirməklə yenidən işğal edəcəklərindən danışırlar. Bizim əsgərlərimizlə vuruşub ölməkdənsə qoy bir-birilərini qırsınlar. Allah bilən məsləhətdir”, - deyə partiya sədri bildirib.