Paşinyan “İsgəndər”ə görə generalı vəzifədən qovduErmənistan Baş Qərargah rəisinin müavini general-leytenant Tiqran Xaçatryan vəzifəsindən azad olunub.

Axar.az xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Armen Sərkisyan sərəncam imzalayıb.

Ermənistan prezidentinin rəsmi saytında dərc olunan fərmana əsasən, qərar Baş nazir Nikol Paşinyanın təklifi ilə qəbul olunub.

Qeyd edilir ki, Paşinyanın bu təqdimatının səbəbi Xaçatryanın “İsgəndər” raketi ilə bağlı açıqlaması olub. Belə ki, media Paşinyanın müharibə vaxtı “İsgəndər” sistemindən atılan raketlərin 90 faizinin partlamadığı haqda açıqlamasını Xaçatryandan şərh etməsini istəyib. Xaçatryan isə Paşinyanın sözlərini qeyri-ciddi adlandırmışdı.

Onun bu açıqlaması Nikol Paşinyanın qəzəbinə səbəb olub.
Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim - QasparyanRusiyanın ən böyük mediamaqnatlarından biri, "NyusMedia" mediaholdinqinin rəhbəri Aram Qabrelyanov Teleqram kanalında sensasiyalı etirafını yayıb. Bu etiraf Ermənistanın terrorçu və beynəlxalq hüququn bütün qaydalarını heçə sayan dövlət olduğunu bir daha sübut edir.

Avrasiya.net Milli.az-a istinadla xəbər verir ki, A.Qabrelyanov yeni açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın hərbi cinayətlərindən bəhs edib.

A.Qabrelyanovun yazdığına görə, təxminən bir ay əvvəl Moskvada onunla O.Qasparyan arasında saatlarla davam etmiş söhbət olub.

Erməni mediamaqnat yazıb: "Onik Qasparyan mənə dedi: "İkinci Qarabağ müharibəsinin üçüncü günü Baş Qərargah rəisi qismində "İsgəndər" raketləri ilə Azərbaycanın iki strateji obyektini vurmağa qərar verdim. Biri Bakı-Ceyhan neft kəməri idi, ikincisi də mühüm obyektdi. Baş nazir Nikol Paşinyan qətiyyətlə etiraz etdi. Ruslar elə davrandılar ki, yəni, "öz işinizdir, sizin müharibənizdir".

Şuşanın əldən çıxmasından üç gün əvvəl Şuşanın həndəvərində düşmənin canlı qüvvəsinin böyük sayda toplandığı yerə iki "İsgəndər" atılması ilə bağlı Paşinyandan icazə istədim. Paşinyan yenə qətiyyətlə qadağan elədi və dedi ki, əgər düşmənin bir neçə min əsgərini eyni vaxtda öldürsək, dünya birliyi bizi lənətləyər. Sadəcə, bir dəfə mənə "İsgəndər"dən istifadə etməyə icazə verdilər - Şuşanı vurmaq üçün. İstifadə etdim. "İsgəndər" atılandan sonra şəhərə bir neçə tank yeritditk. İki gün sonra əmr gəldi ki, Şuşanı tərk edək".

Xatırladaq ki, N.Paşinyan "1in.am" saytına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsində "İsgəndər" operativ-taktiki raket komplekslərindən Azərbaycana qarşı istifadə olunduğunu, lakin raketin partlamadığını demişdi.

Paşinyan onu da vurğulayıb ki, Rusiya istehsalı olan bu raketlər istifadəyə tam yararlı deyillər, həmişə partlamırlar: "Məni tənqid etməyə çalışanlar qoy, özlərindən soruşsunlar ki, "İsgəndər" niyə partlamadı? Və ya niyə 10 faiz partladı?"
“Qarabağ haqqında sənədli film” layihəsi hazırlanırTRT Türkiyə və Azərbaycan Televiziyasının birgə
“Qarabağ haqqında sənədli film” layihəsi hazırlanır

TRT Türkiyə Radio-Televiziya Qurumu ilə Azərbaycan Televiziyasının birgə “Qarabağ haqqında sənədli film” layihəsi hazırlanır. Bir çox məhşur serial və kinolarda rol alan: Kuruluş Osmanda – Demirci Davut, Kurtlar Vadisi Pusuda-Karaca Ahmet, Acı Hayatda – Hasan, Sırlar Dünyasında – Vahit-Hasan, Deli Yürekde – Sabri obrazlarını canlandırmış Ahmet Yenilmez (@ahmetyenilmezofficial) komandası ilə birgə (@ysmsanat) Azərbaycana dəvət olunub. Azərbaycana gəlişi ilə ilk olaraq Fəxri Xiyabanı ziyarət edən Ahmet Yenilməz Türkiyə-Azərbaycan birliyinin dünyada və regionda böyük əhəmiyyətə malik olmasını, Vətənimizə heyran qalmasını bildirib. Ahmet Yenilməzin oğlu – Burak Alp Yenilməz də (@burakalpyenilmez) layihədə rejissor fəaliyyətini yerinə yetirəcək.
Qonaqlar ilə Hanlı Pazarda görüşən Iğdırlı iş adamı, Türkiyənin aparıcı şirkətlərindən olan “Okuklu İnşaat”-ın, Okuklu Holdingin prezidenti Yılmaz Okuklu (@yokuklu) bu işdə onlara lazım olacaq hər bir dəstəyi əsirgəməyəcəyini bildirdi. Görüşdə Okuklu Holdingin siması – müğənni Natavan Həbibi (@natavanhebibi) də iştirak edib.

“İki dövlət, bir millət!” deyərək Qarabağ zəfəri ilə bağlı layihədə bir araya gələn komanda iş haqqında bu fikirləri bölüşdü: Layihənin əsas məqsədi 30 il içərisində Qarabağda nələrin dəyişdiyini göstərmək, işğaldan zərər görmüş, Vətənini və doğmalarını itirmiş şəxslərin zəfər sonrası xoşbəxtliyini, gələcək planlarını və geri dönüş xəyallarını açıqlamaqdır. Bakıda artıq ilk reportajın olduğunu bildirən komandanın növbəti çəkilişləri Gəncə, Kəlbəcərdə baş tutacaq. Çəkilişlər bitdikdən sonra Türkiyəyə dönərək montaj işlərinə başlanılacaq.
YAP Şabran rayon təşkilatının İdarə heyətinin iclası keçirilib24 fevral 2021-ci il tarixində YAP Şabran rayon təşkilatının İdarə heyətinin iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, onlayn videokonfrans formasında təşkil olunan iclasın gündəliyində duran 4 məsələ müzakirəyə çıxarılıb:

1.Uşaq Yaradıcılıq Mərkəzi, "Çıraqqala-Şabran" Tarix Memarlıq Qoruğu və Əmirxanlı İƏD ilk partiya təşkilatlarının fəaliyyəti haqqında arayışlar təqdim edolməsi.
2.Xocalı faciəsinin 29-cu ildönümümünasibətilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı müsabiqəsinin qaliblərinin Fəxri Fərmanlarla təltif olunması.
3.Şəhid ailələri və Qarabağ müharibəsi qazilərinə qayğı aksiyasının davam etdirilməsi.
4.YAP Şabran rayon təşkilatının İdarə heyəti və Şurası arasında müvafiq komisiyyaların yaradılması:

- Qadınlarla iş üzrə komissiya
- Gənclərlə iş üzrə komissiya
- İdealoji komissiya
- Təşkilatlarla iş üzrə komissiya.

Gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq göstəriş və tövsiyələr verilib.

Bundan başqa YAP Şabran rayon təşkilatının təklifi və dəstəyi ilə hazırlanan "Şabran şəhidləri" kitabı ilə bağlı tövsiyələr dinlənilib.

Çıxış üçün söz alan YAP Şabran rayon təşkilatının sədr müavini Füzuli Hüseynov gündəlikdə duran məsələləri dəstəklədiyini bildirib və təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq təkliflərlə çıxış edib.

Sonda İdarə Heyəti iclasında səslənən məsələlər təsdiqlənib.


İcra başçısının bacısı oğlu həbs edilibAbşeron rayon icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev məhkəmə zalında həbs edilib.

Avrasiya.net musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Babəl Alıyev, Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfərin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hazırlıq iclasında Babək Alıyev və Tural Ağaməmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında qandallanaraq həbsə alınıb.

Babək Alıyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğludur.

Digər həbs edilən şəxs Tural Ağaməmmədov isə Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini olub.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.
Erməni əsgərlər hərbi hissəni özbaşına tərk etdi - İnsidentErmənistanda hərbi hissələrdən birində insident baş verib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, hərbi hissələrdən birinin əsgərləri məzuniyyətdən sonra geri qayıtmaqdan imtina ediblər. Nəticədə hərbi hissədə özbaşınalıq başlayıb və situasiyadan istifadə edən bir çox əsgər də hərbi hissəni tərk edib.

Məlumatda qeyd edilir ki, əsgərlərin geri qayıtmasına və digərlərinin hərbi hissəni özbaşına tərk etməsinə valideynlər də dəstək olub və qayda-qanun yaratmağa çalışan hərbi hissə rəhbərliyinə etiraz ediblər.

Komandanlıq artıq xidməti araşdırmaya başlayıb və fərarilərin axtarılması üçün hərbi polis fəaliyyətə keçib. Onlar barəsində cinayət işinin qaldırılacağı bildirilir.

Müdafiə Nazirliyi isə ordunun olmayan döyüş qabiliyyətini daha da məhv edən bu tip aksiyalardan vətəndaşları çəkinməyə çağırıb.
Azərbaycanda koronavirusa yoluxma kəskin artdıAzərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib. Hazırda 2 281 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, bu günə qədər isə ümumilikdə 2 571 016 test icra olunub.

Qeyd edək ki, yoluxma sayı son həftələrdə ilk dfədir ki, 200-lük say həddini keçir.
ABŞ-dan Misirə mesaj: Rusiyadan Su-35 almayın!ABŞ Dövlət katibi Entoni Blinken misirli həmkarı Samih Şükrü ilə telefon əlaqəsi saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat yayıb.

Prays bildirib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Bundan başqa, Blinken Misirin Rusiyadan Su-35 qırıcı təyyarələrinin alma ehtimalına qarşı narahatlığını da dilə gətirib.
İrəvanda etiraz aksiyaları genişləndi - Tələbələr və rektor da qoşulduErmənistan müxalifəti İrəvanda ilk mərkəzləşdirilmiş etiraz aksiyasına başlayıb.

Avrasiya.net xəbər verir ki, onlarla fəal İrəvan Dövlət Universitetinin binasına daxil olaraq müəllim heyətini vətəndaş itaətsizliyi aksiyasına qoşulmağa çağırıb.

Onlar "Nikolsuz Ermənistan!" şüarı ilə dəhlizlərdə gəzərək müəllim və tələbələrə çağırışlar edir.

İrəvan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Geqam Gevorqyan aktivistlərin qarşısına çıxaraq mövcud hakimiyyətin həqiqətən istefa etməli olduğunu deyib.

Müxalifətçilər 1 gün əvvəl taktikadakı dəyişiklik barədə xəbərdarlıq ediblər. Etiraz aksiyaları artıq yalnız yürüşlər şəklində deyil, həm də piket və nümayişlər formasında reallaşacaq.

Bu ərəfədə müxalif Vətənin Xilası Hərəkatının üzvü Geqam Manukyan çərşənbə günündən etibarən İrəvanın müxtəlif yerlərində kütləvi etiraz aksiyalarının başlanmasına çağırış edib.