Ermənilər Zəngəzuru tərk edir – STATİSTİKAErmənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli razılaşmadan sonra Zəngəzur erməniləri bölgəni tərk edir.

Modern.az xəbər verir ki, Qafan, Gorus, Mehri və Sisian sakinləri Azərbaycanla dövlət sərhədinin tam bərpa olunmasından ərazidə yaşayışın çətinliyindən şikayətlənir. Onlar Azərbaycanın Zəngilan, Qubadlı və Laçın rayonlarının işğal altındakı ərazilərinin Azərbaycan Ordusu tərəfindən azad olunmasından sonra strateji yüksəklikləri itirdiklərini, əkinə yaralı sahələrin azaldığını və nəqliyyat probleminin yarandığını bildiriblər.

Ermənistanın “Joğovurd” qəzeti 2020-ci ildə Ermənistanın bölgələri üzrə əhali sayındakı azalmanı hesablayıb. Məlumata görə, ötən il ən böyük azalma məhz Zəngəzur (Syunik) bölgəsində qeydə alınıb.

Ötən il bölgədə yaşayan insanların sayı 1300 nəfər azalıb. Lori vilayətində ötən il əhali 700 nəfər, Araqatsotn vilayətində 200 nəfər, Ararat vilayətində 100 nəfər, Qeqarkunik vilayətində 300 nəfər və Şirak vilayətində isə 400 nəfər azalıb.

Həbs edilən qazi azadlığa BURAXILDIBəzi kütləvi informasiya vasitələrində Vətən Müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, cinayət işinin istintaqı zamanı toplanmış kifayət qədər mötəbər sübutlarla Ziya Kazımov tərəfindən konkret epizodlar üzrə cinayət törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilib:

"Ona qarşı müvafiq ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçisinin vəsatəti əsasında bu gün Bakı hərbi məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək"

Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.

Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.

BAXCP-dən Xocalı soyqırımı ilə bağlı müraciətPartiya Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvü və tərəfdaşı olan siyasi təşkilatları öz ölkələrinin parlamentlərinə və hökumətlərinə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət etməyə çağırıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvü və tərəfdaşı olan siyasi təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə deyilir: “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Yuxarı Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən soyqırım aktı törədilib.

29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilib, yerli əhali, silahsız dinc sakinlər, o cümlədən uşqalar, qadınlar, yaşlı insanlar xüsusi qəddarlıqla qətlə yetiriliblər. Yandırılan, ağır artilleriya atəşi ilə viran qoyulan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, Xocalı sakinlərinə yollarda, meşələrdə pusqu qurulurub və heç bir günahı olmayan insanlar xüsusi amansızlıqla öldürülüblər. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin ən amansız nümunələrindən biridir. Ermənistanən yürütdüyü bu siyasətin digər təzahürləri özünü 1990-cı illərin əvvəllərində Qazax rayonunun Bağanis Ayrım kəndində, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Axullu, Nəbilər, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərində büruzə verib və bu ərazilərdə azərbaycanlı əhaliyə qarşı ağır müharibə cinayətləri ilə müşaiyət olunan etnik təmizləmə həyata keçirilib. Bundan başqa, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonunun Ağdaban kəndlərinin işğalı zamanı da çoxsaylı mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək xüsusi qəddarlıqla qətlə yetiriliblər.

Bu cinayətlər nəticəsində onlarla mülki şəxs girov götürülüb və itkin düşüb. Qeyd edək ki, Ermənistanın insanlıq əleyhinə törətdiyi bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan bütün beynəlxalq sənədlərin, Beynəlxalq Humanitar Hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub. Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə və məqsədli şəkildə kütləvi məhvi BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 2-ci maddəsinə əsasən, soyqırımı cinayəti kimi tövsif edilməlidir.

Xatırladaq ki, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri, məhz bu məqamları nəzərə alaraq, Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı tanıyıblar. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. XX əsrin sonlarında bəşəriyyətin gözü qarşısında baş verən Xocalı soyqırımı Azərbaycan xalqı ilə yanaşı büyün insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir. Soyqırımın törədilməsindən 29 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq birlik Xocalı soyqırımına lazımi siyasi və hüquqi qiymət verməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyiblər.

Xocalı soyqırımının əsas təşəbbüskarları, təşkilatçıları və ən amansız icraçıları olan, törətdikləri bu dəhşətli müharibə cinayətlərindən məmnun olduqlarını dəfələrlə etiraf edən Ermənistanın sabiq prezidentləri, vaxtilə çevriliş və dinc insanların insanların qətlə yetirilməsi yolu ilə hakimiyyətə gələn Robert Köçəryan və Serj Sarqsyan isə bu gün də Ermənistanda hakimiyyətə can atır, Azərbaycan xalqına qarşı soyqırım cinayətlərini davam etdirmək üçün fürsət axtarırlar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Xocalı soyqırımı kimi dəhşətli insan faciələrinə yol açan cinayətlərin yenidən təkrarlanmaması, günahsız insanların qətlə yetirilməməsi naminə Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvü və tərəfdaşı olan bütün siyasi təşkilatları Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması məqsədilə, onun soyqırımı və insanlıq əleyhinə törədilmiş cinayət aktı kimi tanınması üçün öz ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət etməyə çağırır".
Bu istiqamətlərdə avtobuslar işləmir - SiyahıHazırda Bakıda bəzi ərazilərdə meteoroloji amillər səbəbindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.

Avrasiya.net xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumata görə, aşağıdakı istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir:

- Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri);

- Günəşli;

- Hövsan;

- Şüvəlan;

- Binə;

- Badamdar;

- Xırdalan;

- Müşfiqabad;

- Mehdiabad;

- Digah;

- Masazır dairəsi;

- Kürdəxanı yolu;

- Məmmədli və Yanardağ yolu;

- Biləcəri enişi;

- Xutor (Azadlıq prospekti istiqaməti);

- Baksol yolu;

- Zığ yolu;

- Salyan şossesi;

- Bibiheybət yolu;

- Bakı dairəvi yolu.

Bakıda -9 dərəcə şaxta olacaqBu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir.

Bu barədə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, prosesin ən sərt dövrü gecə müşahidə olunacaq, yollar buz bağlayacaq.

Qətlə yetirilən general Rail Rzayevin qardaşı ölüb2009-cu ildə sui-qəsd nəticəsində qətlə yetirilən Azərbaycan hava hücumundan müdafiə və hərbi hava qüvvələrinin komandanı, general-leytenant Rail Rzayevin qardaşı, polkovnik Rafael Rzayev bu gecə dünyasını dəyişib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Rafael Rzayevin ölümünə qəfil ürək çatışmazlığından yaranan infarkt səbəb olub.

Qeyd edək ki, Rafael Rzayev bir neçə il öncəyə qədər Müdafiə Nazirliyində şöbə rəisi işləyib. Eyni zamanda o, Şamaxı və digər bir neçə rayonun hərbi komissarı da olub.
İran sərhədi keçdi - Beynəlxalq agentlik təşviş içindədirİran 20% səviyyəsində 17,6 kq zənginləşdirilmiş uran istehsal edib.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) açıqlama yayıb.

Bildirilir ki, zənginləşdirilmiş uran fondunu 3 tona qaldıran İran Birgə Hərtərəfli Fəaliyyət Planında icazə verilən səviyyəni 15 dəfə keçib.

Hesabatda agentliyin İran tərəfindən bəyan edilməmiş bir nöqtədə quruma bildirilməmiş nüvə materialının ola biləcəyindən dərin narahatlıq keçirdiyi qeyd olunub. Sözügedən nüvə materialı İranın təhlükəsizlik nəzarəti müqaviləsi çərçivəsində bildirilməlidir.

2015-ci ildə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı İrana 202,8 kiloqram uran ehtiyatı saxlamağa və uranı 3,67% nisbətində zənginləşdirməyə imkan verir.
Bakıda yataqxanada yanğın başlayıbBakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır. FHN-dən Avrasiya.net-ə verilən məlumata görə, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Yanğın binanın dam örtüyündə baş verib

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
“İslama yox, ölkənizə dönün” - Fransada məscidi yazdılarFransada tikintisi davam edən Əyyub Sultan məscidinin divarına İslam əleyhinə yazı yazılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Strasburq şəhərində baş verib.

“İslama yox. Ölkənizə dönün”, - yazıda bildirilib.

Qeyd edək ki, sözügedən məscidin tikintisi tamamlandıqda Avropanın ən böyük məscidi olacaq.

Osmanlı memarlıq məktəbi üslubunda inşa edilən, üç min nəfərlik məscid, konfrans salonları, məktəb, kitabxana, müəllimlər otağı, restoran və butiklərin də yerləşəcəyi kompleksin 600 maşın tutumu olan avtodayanacağı və velosiped parkinqi də olması nəzərdə tutulub.
Niyə “İsgəndər” raketləri partlamadı?Nikol Paşinyan Serj Sarkisyanın “İsgəndər” raketlərindən vaxtında istifadə etməmək iddiasına cavabında bildirib:

- Qoy sual versin (Serj Sarkisyan) niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10 faiz partladı?.. Bəlkə bu, 80-ci illərin silahı idi?

Paşinyan Sarkisyana demək istəyir ki, “mən sizin qurduğunuz ordu və silahlarla döyüşdüm, fəxr etdiyiniz “İsgəndər”lər də işləmədi”. Hərçənd, erməni baş nazir əslində Sarkisyan üzərindən Rusiyanı hədəfə alır.

Birincisi, Nikol uzun müddətdən sonra səssizliyini indi – müxalifətin etirazlarının təhlükəli miqyas almağa başladığı vaxt pozdu;

İkincisi, müsahibəni “1in.am” saytına – Ermənistanda qatı qərbpərəst və anti-Rusiya mövqeyi ilə seçilən media resursuna verdi;

Hazırda Qərb və Rusiyanın erməni müxalifəti üzərindən alternativ planlar qurduğunu nəzərə alsaq, etirazlar fonunda Nikolun hər iki cinaha mesajını çatdırdığını deyə bilərik: Qərbə “mən hələ də sizinləyəm”, Rusiyaya “təhlükə yaranarsa, sizə qarşı çıxa bilərəm”.

Erməni baş nazir bununla özünü də çətin vəziyyətə saldı:

- Bir işarə ilə “İsgəndər” haqqında artıq şübhə toxumları səpmiş oldu, II Qarabağ müharibəsində müdafiə sənayesi çətin vəziyyətə düşən Rusiyanın bunu bağışlayacağını demək olmaz;

- Bu, Ermənistanın müharibədə “İsgəndər”dən istifadə etdiyinin birinci şəxs tərəfindən etirafı hesab oluna bilər.