Azərbaycanda başqa dilin rəsmi statusu ola bilməz!Qarabağda rəsmi dil məsələsi ilə bağlı deyə bilərəm ki, bu manipulyasiya növüdür. Orada hazırda Azərbaycanın qeyri-qanuni rəhbər adlandırılan manipulyasiyasıdır.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Dağlıq Qarabağ mövcud deyil. Hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz. Eyni zamanda biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. 340-a yaxın rus dilli məktəbimiz var. Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız orada rus hərbi kontingentinin uşaqları üçün məktəb var", - dövlət başçısı bildirib.
Sərkisyan əraziləri qaytarmaq üçün iki həftə vaxt istədi - ƏliyevSərkisyan bizə Rusiyadakı görüşdə vəd vermişdi ki, işğalda olan əraziləri bizə qaytaracaq. O, bunun üçün iki həftə istəmişdi. Sonra vəziyyətin pisləşməsini əsas gətirərək məsələni uzatdı".

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Bizim gələcəklə bağlı dəqiq mövqeyimiz var. Bu gün biz istənilən inteqrasiya hadisəsinə hazırıq. Müharibədən qabaq nəzarət edilən ərazilərdə, təxminən, 60 min adam yaşayırdı. Biz bu rəqəmləri havadan götürməmişdik. Peyk nəzarəti ilə əldə etdiyimiz rəqəmlər idi. Biz müharibədən əvvəl də bilirdik ki, orada nələr baş verir.

Rus tərəfi ilə razılığa gəlmişik ki, xaricilər bizim razılığımızla ora keçə bilərlər. Lakin bəzən pozulma halları baş verir. Hər şey nəzarət altındadır və belə də davam edəcək", - dövlət başçısı əlavə edib.
Liderlər yeni görüşə hazırlaşırlar“Rusiya Prezidenti Putinə 10 noyabr bəyanatı ilə bağlı sual verilərkən, o dedi ki, bu bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırması Ermənistan üçün sui-qəsd olacaq. Mən də Prezident Putinin fikrilə razıyam”.

Avrasiya.net-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, sabah üçüncü üçtərəfli görüş nəzərdə tutulub:

“Amma mənə hələ də görüşlə bağlı məruzə edilməyib ki, görüş təxirə salınıb, yox yox”.


Modern.az
Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər - ƏliyevRegionun unikal inkişafı üçün bu gün unikal imkan yaranıb. Biz və bizim bir çox tərəfdaşlarımız hesab edir ki, müharibə başa çatıb. Biz artıq kitabın o səhifəsini bağlamalı və gələcəyə baxmalıyıq.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Nikbinliyə digər səbəb olan amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşür və regionun gələcək inkişafı ilə bağlı aramızda fikir ayrılığı yoxdur. Türkiyə, Rusiya və İran rəhbərliyi ilə söhbətlərim olub. Məsləhətləşmələr və təmaslar olub, faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, biz bu imkandan maksimum səmərə ilə istifadə etməliyik. Postmüharibə dövrü yeni imkanlar açır", - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, bu gün Ermənistan sözdə bu mövqedədir:

"Çünki gedən məsləhətləşmələrdə bəzi fikirlər ortaya atır ki, onlar qəbul edilən deyil. Əgər Ermənistan bu məsələlərdə eyni yanaşmada olarsa Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Olmasa biz onsuzda planlaşdırılan məsələləri həll edəcəyik. Heç kəs bizi dayandıra bilməz. Yaxın tarix də göstərir ki, nəyi hədəfləmişik ona da çatmışıq. Sadəcə olaraq Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər. Necə ki, 90-cı illərdə inanmırdılar ki, biz bütün layihələri icra edəcəyik. İndi də belə fikirdədirlərsə yenə eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzun müddətli sülhün əsas təminatçısı ola bilər".
Bərdədə uşaq bağçaları əməkdaşları vaksinasiya olunurlarBərdə rayonunda fəaliyyət göstərən uşaq bağçaları əməkdaşların COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.

Bu günədək rayonda fəaliyyət göstərən uşaq bağçalarının yaşı 50 - 65 yaş arası olan əməkdaşları da peyvənd edilib.

Avrasiya.net xəbər verir ki, məlumatı 10 saylı uşaq bağçasının müdiri Leyla Məmmədova verib.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.

Paşinyan mitinqin belə nəticəsini gözləmirdi – QraparakBaş Qərargahın bəyanatından dərhal sonra Ermənistan baş naziri həyəcan elan edərək, yaxın tərəfdaşlarını – Ararat Mirzoyanı, Alen Simonyanı, Ruben Rubinyanı, Vaaqn Ovakimyanı və digərlərini çağıraraq, əgər ölkədə situasiya gərginləşərsə, ölkədə komendant saatının elan edilməsi üçün layihə hazırlanmasını tələb edib.

Bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, Mirzoyan görüşdən narazı şəkildə ayrılıb və maraqlıdır ki, məhz buna görə o, mitinq tribunasında olmayıb:

“Paşinyan sonradan bütün nazirlər, qubernatorları mitinqə gətirməyi əmr edib. Biz məlumat əldə etmişik ki, mitinqdə Xaçatur Sukiasyan, Samvel Aleksanyan kimi oliqarxlar da iştirak edib. Üstəlik, Artik meri mitinqə bir neçə avtobus adam gətirib.

Nəticələr hakim komandanı qane edib. Günün sonun onlarda qələbə əhval-ruhiyyəsi olub, ona görə ki, onlar özləri belə meydana bu qədər cəlb edə biləcəklərini gözləməyiblər”.

Axar.az
Bizim erməni xalqı ilə işimiz yoxdur - İlham ƏliyevBundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də demişəm, dəfələrlə. Əfsuslar olsun ki, müharibə dövründə Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar biz eşitməmişik. Əksinə, ədavət, nifrətlə dolu açıqlamalar verilib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur, erməni xalqı bizim vətəndaşlarımızdır, Azərbaycanda minlərlə erməni yaşayır və müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir”, - o bildirib.
İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsi ilə bağlı başsağlığı verib İranın Azərbaycandakı səfirliyi Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsi vasitəsilə məlumat verilib.

Başsağlığı bəyanatında deyilir:

“İran İslam Respublikasının səfirliyi Xocalı faciəsinin və Azərbaycanlı mülki şəxslərin öldürülməsinin 29-cu ildönümündə bu cinayəti qınayır, dost və qardaş Azərbaycan hökuməti və xalqı ilə, xüsusən də bu faciə qurbanlarının yaxınları ilə həmdərd olduğunu elan edir.

Jurnalist Süleyman İsmayılbəyli Moldova mediasında Xocalıdan yazdıƏməkdar jurnalist, "OLAYLAR" qəzetinin müxbiri Süleyman İsmayılbəylinin xarici KİV-lərdə Xocalı soyqırımından bəhs edən növbəti məqaləsi dərc edilib.

Məlumata görə, Süleyman İsmayılbəylinin ermənilərin 29 il əvvəl Xocalıda törətdikləri vəhşilik, insanlıq əleyhinə cinayətləri barədə yazısı bu dəfə Moldovanın ava.md xəbər portalı, eləcə də Ukraynanın kuryer.if.ua saytında işıq üzü görüb. "Xocalı-XX əsrin ən dəhşətli soyqırımı" adlı məqalədə müəllif 1992-ci il, fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımdan bəhs edir, erməni separatçıları və terrorçularının vəhşiliklərini təqdim edir.

Məqalədə həmçinin bu soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışılır və bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının uğurlu nəticələrindən söhbət açılır.

Müəllif sonda əmin olduğunu bildirir ki, tezliklə Xocalıda azərbaycanlılara qarşı cinayətlər, vəhşiliklər törətmiş şəxslər beynəlxalq məhkəmələr tərəfindən layiqli cəzalarını alacaqlar.

Qeyd edək ki, müəllifin bundan əvvəl eyni mövzu ilə bağlı yazıları Misir, İordaniya, Əlcəzair mətbuatında dərc edilib.
"Düşmənimiz dəmir yumruğu daim hiss etməlidir"Sadiq QURBANOV
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Dünyaya özünü məzlum xalq kimi təqdim edən ermənilərin Azərbaycan türklərinə qarşı bir əsrdə bir neçə dəfə törətdikləri soyqırım cinayətləri ağlasığmaz vəhşiliklərlə müşayiət olunmuşdur. Bu cinayətlər içərisində miqyasına və nəticələrinə görə ən dəhşətlilərindən biri Xocalıda dinc və günahsiz insanların kütləvi qətli olmuşdur.

Xocalı soyqırımı nəticəsində rəsmi məlumatlara görə 613 nəfər xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirilib. Soyqırıma məruz qalmış şəxslər aşağıdakı kimi qruplaşdırılmışdır:

- 106 nəfər qadın;

- 70 nəfər ahıl;

- 63 nəfər azyaşlı uşaq;

- 1000 nəfər - aldığı güllə yarasından əlil olmuş müxtəlif yaşlı dinc sakin;

- 8 ailə tamamilə məhv edilib;

- 25 nəfər - hər iki valideynini itirmiş uşaqlar;

- 130 nəfər - valideynlərdən birini itirmiş uşaqlar;

- 1275 nəfər - girov götürülən şəxslər.

Ən dəhşətlisi odur ki, bu amansızlığın, vəhşiliyin təşkilatçıları erməni xalqının liderləri sırasında olanlardır və onlar bununla fəxr etdiklərini dilə gətirirlər. Onlardan biri Ermənistanın keçmiş prezidenti, hazırki müxalifət liderlərindən olan Serj Sarkisyandır. O, soyqırım törətməsini nəinki danır, hətta bu cinayəti törətməklə fəxr edir.

İkinci Dünya Müharibəsindən sonra Beynəlxalq hümanitar hüququn xüsusi bir sahəsi kimi müharibə qanunlarının təsbit olunması və müharibə zamanı mülki əhalinin təhlükəsizliyi ilə bağlı “Cenevrə Konvensiyaları və əlavə Protokollar” qəbul edildi. Sivil dünyanın məqsədi müharibə zamanı mülki əhalini qorumaq idi. Dünyanın əksər ölkələri bu Konvensiyaya qoşuldu. Beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsiplərinə görə, müharibə zamanı mülki əhalinin təhlükəsizliyi bütün dünya tərəfindən birmənalı qəbul edildi. Lakin insanlıq düşməni olan erməni faşizmi sözdə buna tərəfdar çıxsa da, əməldə tamamilə başqa mövqe sərgilədi. Xocalı soyqırımı zamanı mülki əhalinin öldürülməsinə britaniyalı jurnalist Tomas de Vaalın "Xocalı soyqırımı haqqında nə düşünürsünüz" sualına Sarkisyan belə cavab verib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”. Bəli, soyqırımı törədən bu xəstə zehniyyətdən bundan artıq nə isə gözləmək düz olmazdı. Bu zehniyyət 44 günlük cəzalandırma əməliyyatından sonra dəyişibmi? Əlbəttə, buna inanmaq sadəlövlük olardı. Soyqırım zehniyyəti hazırda N.Paşinyanın biabırçı məğlubiyyətindən ruhlanaraq, yenidən hakimiyyətə qayıtmaq istəyir.

Daha bir erməni ideoloqu, yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Sitatın sonuna diqqət edin, "bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq"...

Azərbaycan dövlətinin dünyada Xocalı soyqırımının tanıdılması ilə bağlı irəli sürdüyü konsepsiya özünü doğrultmaqdadır. Heydər Əliyev Fondunun Birinici vitse-prezidenti Leyla Əliyevanın dünyada apardığı “Xocalıya ədalət” strategiyası da uğurla davam olunmalı və bütün dünya bu insanlıq suçunun günahkarlarını lənətləməlidir. Xocalı soyqırımının baş verməsindən ötən otuz ilə yaxın vaxt ərzində, biz, ilk dəfə bu faciəni qalib xalq kimi anırıq. Xocalının qisası artıq alınıb! Bu, Azərbaycan xalqının, onun Ali Baş Komandanı İlham Əliyevin uğurudur. Cənab Prezidentin təbirincə desək, biz bu qələbəni şəhidlərimizə borcluyuq! Lakin unutmayaq ki, Ermənistanda soyqırım düşüncəsi ilə böyüdülən bir erməni gəncliyi var və onlar bizim gələcək nəsillərimiz üçün təhlükədir. "Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır", - Prezident İlham Əliyevin dünən dilə gətirdiyi bu sözlər, erməni faşizminin bir daha dirçəlməsinə imkan verilməyəcəyinə əminliyimizdir.

Biz güclü olmalıyıq, düşmənimiz dəmir yumruğu daim hiss etməlidir. Yalnız bu halda əbədi qələbəmizi təmin etmiş olacağıq!