Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdiAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Avrasiya.net-ə verilən məlumata görə, Ceyhun Bayramov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsi ilə bağlı İranlı həmkarına başsağlığı bildirib.

Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi vurğulanıb.

Nazirlər bu həftə ərzində videokonfrans formatında keçirilmiş müzakirəkərə əlavə olaraq, ikitərəfli iqtisadi əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Məsələlərin ətraflı şəkildə aidiyyəti qurumlar tərəfindən müzakirə edilməsinin vacibliyi qeyd olunub.

XİN başçıları həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Paşinyan Putinlə danışıqların detallarını AÇIQLADIErmənistanın baş naziri Nikol Paşinyan döyüş əməliyyatları zamanı Qarabağla bağlı danışıqların necə getdiyi barədə açıqlama verib.

Paşinyan bildirib ki, 19 oktyabrda Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutunyan ona zəng edərək, müharibənin dayandırılmalı olduğunu söyləyib.

Paşinyanın sözlərinə görə, Araik Arutunyan onunla söhbət zamanı deyib ki, yalnız öz fikrini deyil, eyni zamanda Qarabağın keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyanın, eləcə də Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanın mövqeyini çatdırır.

“Bundan sonra mən Rusiya prezidenti Vladimir Putinə zəng etdim. O, Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərdən imtina etmək və rus sülhməramlılarını ərazidə yerləşdirmək təkliflərini verdi. Mən isə sülhməramlı qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri boyunca və Laçın dəhlizində yerləşdirilməli olduğunu bildirdim.

Mən bu təklfiləri Araik Arutyunyana çatdırdım, o razı olduğunu bildirdi. Bundan sonra parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə iclas keçirib, qərarı onlara da təqdim etdim. İclasın bir çox iştirakçıları narazılıqla reaksiya verdi və görüşdən sonra bəziləri sosial şəbəkələrdə bunun əleyhinə post yazdılar.

Elə həmin gün parlament fraksiyaları nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırdım. Ölkə prezidenti və bütün ermənilərin katolikosları da iclasda iştirak edirdilər.

Təhlükəsizlik Şurasının iclasından sonra Putinə zəng edərək bu təklifə razı olduğumu söylədim. Putin cavab verdi ki, səhərədək Əliyevlə bu məsələləri müzakirə edəcəyəm və yenidən zəngləşərik.

Lakin, səhəri gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə Qarabağın statusunu müəyyənləşdirmədən hər hansı bir razılaşmaya qarşı olduqlarını bildirdilər. Hətta dedilər ki, onların mövqeyi ilə Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanda razıdır.

Ancaq bütün bunlar əhəmiyyətsiz idi, çünki mən artıq bir qərar vermişdim və bunu sona qədər aparacağam dedim.

Ertəsi gün, Rusiya prezidenti razılaşdırıldığı kimi zəng etdi. Əliyevin bununla razılaşdığını, ancaq sülhməramlıların keçmiş DQMV-nin sərhədləri boyunca deyil, faktiki təmas xəttinin uzunluğu boyunca yerləşdirilməli olduqlarını söylədi. Bidirdi ki, Hadrut və Talış kəndi Azərbaycanın nəzarəti altındadır və mövqelərindən geri çəkilməyə razı deyillər. Bundan əlavə, dedi ki. Azərbaycan tərəfi istəyir ki, erməni tərəfi azərbaycanlıların Şuşaya qayıdacağı barədə öhdəlik götürsün.

Beləliklə, atəşkəs qeyri-mümkün oldu, Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm. Rusiya Prezidenti niyə azərbaycanlıların Şuşaya geri dönməsinin əleyhinə olduğumu soruşdu. Mən arqumentlərimi təqdim edəndə, onların məntiqli olduğunu söylədi. Mən bu vəziyyətdə şəhər əhalisinin əksəriyyətinin azərbaycanlılar olacağını və Stepanakertə (Xankəndi) gedən yolu kimin və necə idarə edəcəyi sualının ortaya çıxdığını söylədim.

Mən əmin idim ki, Şuşaya razı olsam, Azərbaycan yeni şərt irəli sürəcək - Şuşadən Qırmızı Bazar kəndinə gedən yol üzərində nəzarəti də istəyəcəklər.


Modern.az

Beləliklə razılaşma baş tutmadı. Bu zaman biz Cəbrayılı, Hadrutun kəndlərini, Füzulini, Talışı itirmişdik. Ona qədər isə iki dəfə atəşkəs razılaşması olmuşdu: 10 oktyabrda Rusiya prezidentinin, 17 oktyabrda Fransa prezidentinin təşəbbüsü ilə... Amma hər iki halda razılaşma müsbət nəticələnməmişdi”.

Şok: Maradonanı şəxsi həkimi öldürüb?Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke sabiq futbolçunun ölümündə ittiham olunur.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Maradonanın qohumları Lukeni sabiq futbolçunun ölümündə ittiham ediblər.

İddia olunur ki, məhkəmə San-İsidroda (İspaniya) həkimin evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib. Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir.
Baş nazir Hindistanı bütün dünyanın əzcaçısı olmağa ruhlandırırHindistan COVID-19 peyvəndinin inkişafında ön sıralarda yer alır. Buradakı bəzi qurumlar sahib olduğu güclü və yüksək potensiallı elmi cəmiyyəti ilə inkişafın ön mərhələsindəsindədir. Hindistanın ən yaxşı institutları hesab olunan Əhmədabadda “Zydus” Biotexnika Parkı, Heydərabadda “Bharat” Biotexnika və Pune şəhərində yerləşən Serum institutu tərəfindən həyata keçirilən COVID-19 peyvəndinin hazırlanması və istehsal prosesi ilə bağlı geniş bir araşdırma aparmaq, həmçinin bu prosesdə iştirak edən alimlərə mənəvi dəstək olmaq üçün 28 noyabr 2020-ci il tarixində Hindistanın Baş naziri Narendra Modi bu 3 şəhərə səfər etdi.

Baş nazir Modi bildirdi ki, Hindistan yalnız peyvənd araşdırmalarına görə ön sıralarda deyil. O, eyni zamanda dünyada peyvənd istehsalı üçün həlledici rol oynayacaq. Hindistan virusla birgə mübarizə zamanı digər ölkələrə köməklik göstərməyi özünə mənəvi borc hesab edir. Növbəti ay 100 ölkənin səfirinin Hindistanın Serum İnstitutu və Gennova Məhdud Biofarmakologiya institutuna ziyarət etmələri planlaşdırılır. COVID-19 böhranı zamanı Hindistan 150-dən çox ölkəyə dərman tədarük edərək pandemiya ilə mübarizədə dünyanın əzcaçısı rolunu oynayıb.

Hökümətin qəbul etdiyi sürətli və təşəbbüskar qərarlar ölkəyə pandemiyanın yayılmasına nəzarət etməyə köməklik göstərir. Hindistan, hökumət və institusional səviyyədə virusa qarşı dərhal önləyici tədbir görən ölkələrdən biri idi, burada 17 yanvar 2020-ci il tarixindən sərnişinlərin yoxlanılmasına start verilib, ölkədə yalnız 500 virusa yoluxma halı qeyd olunmasına baxmayaraq 24 mart 2020-ci il tarixində pandemiya ilə mübarizə üçün kifayət qədər infrastruktur və digər imkanlar yaratmaq məqsədilə bütün ölkə üzrə karantin rejimi tətbiq olundu və bununla da dünyada ilkin olaraq karantin rejimini tətbiq edən ölkələr sırasına yer aldı. Baş nazir Modi özü ölkədəki COVID-19 pandemiyası ilə bağlı vəziyyəti şəxsən nəzarət edir və son 9 ay müddətində demək olar ki hər həftə ən az bir dəfə COVID-19 ilə əlaqədar iclasa rəhbərlik edir və bunların əksəriyyəti ictimaiyyətin diqqətindən kənarda qalırdı. O, səhiyyə işçiləri və idmançılar, eləcə də mətbuat nümayəndələri və radio aparıcıları kimi cəmiyyətin bütün təbəqələri ilə qarşılıqlı ünsiyyətdə olub, onları insanları məlumatlandırmağa, öyrətməyə, təcrübələrini aşılamağa və yüksək bacarıqlarını istifadə etməyə təşviq edib.

Baş nazir Modi 24 mart tarixində tamamilə karantin rejiminin tətbiq olunmasının lazım olduğunu bildirəndə, virusa yoluxma halı yalnız bir həftə ərzində 10.9% -dən 19.6% -ə qalxmış və 3 gündən biraz çox müddətdə ikiqat artma halı qeyd olunmuşdu. O vaxta qədər heç bir ölkənin bu qədər erkən qəbul etmədiyi bütün ölkə üzrə karantin rejiminin tətbiq olunması ilə bağlı bu qərarı Baş nazir Narendra Modi qəbul etmişdi. Bu qərar Hindistanın trayektoriyasını dəyişdirdi. Karantin rejimi ilə bağlı seçim gec həyata keçirildiyi təqdirdə, artıq üst səviyyəli mərhələyə daxil olunduğu üçün bu qərar həqiqətən kömək etməzdi. Bu vaxta qədər xəstəxanalar artıq dolmuşdu və ölüm halları artırdı. Bundan başqa, bu, pandemiyanın müalicəsinin aparılması üçün hökumət tərəfindən infrastrukturun yaradılması istiqamətində həlledici bir dövr idi. Hindistan karantin müddətindən istifadə edərək 15.362 xüsusi COVID-19 səhiyyə müəssisəsi, 1540000 təcrid olunmuş çarpayı, 27000 oksigen dəstəkli yataq və reanimasiya şöbəsi üçün 78.000 çarpayı təsis etdi. Ölkədəki dövlət xəstəxanaları 32.400 nəfəs aparatı ilə təmin olundu. Bu rəqəmi son 70 ildə dövlət xəstəxanalarının cəmi 12 min nəfəs aparatı ilə sahib olması faktı ilə müqayisə edin! Həmçinin ştat hökümətləri 37 milyon N95 maskası və şəxsi mühafizə üçün nəzərdə tutulan 16 milyon tibbi avadanlıq ilə təmin olundu.

Müxtəlif ölkələrin pandemiyaya qarşı mübarizədə nə qədər uğur qazandığı ilə bağlı sual soruşulanda, hər ölkə üzrə ümumi yoluxma sayına baxmaq asan yoldur. Ancaq bir ölkənin fəaliyyətinin həqiqi ölçüsü bir milyon yoluxma halına düşən ölüm sayı ilə müəyyən olunur. 28 noyabr tarixindən etibarən Hindistanda bir milyon əhaliyə 6.731 yoluxma halı rast gəlib ki, bu da pandemiyadan çox təsirlənən digər ölkələrə nisbətən daha az rəqəmdir. Bir milyon əhaliyə düşən ölüm sayına gəlincə, Hindistanda bir milyon əhali üzrə cəmi 98 ölüm halı qeyd olunub. Hal-hazırda Hindistanda şkala üzrə aşağı tendensiya müşahidə olunur. Ən yüksək yoluxma halı sentyabr ayının ortalarında baş vermişdir və bu rəqəm gündəlik 97.894 yoluxma halı idi və 26 noyabr tarixində isə artıq cəmi 43.174 yoluxma halı qeyd olunub.

Bütün ölkədə pandemiya ilə mübarizə aparılan zaman, təcili olaraq eyni zamanda yoxsulluqla mübarizə aparmaq şərt idi və bu dayandırılmanın yoxsullar üçün çətinlik yaratmamasına ehtiyac duyulurdu. Hökumət qadınlara, yoxsul yaşlı vətəndaşlara və fermerlərə pulsuz ərzaq taxılı və nağd pul vermək, fermerlərə dəstək olmaq, tikinti və inşaat işçilərinə müavinət vermək, yoxsul ailələrə pulsuz qaz balonları ilə təmin etmək üçün hərəkətə keçdi. Nümunə olaraq qeyd etmək olar ki, Hindistanda 420 milyon əhali təxminən 10 milyard ABŞ dolları dəyərində maddi yardım aldı.
Ölkədə erkən karantin rejiminin tətbiqinin, eləcə də iqtisadiyyatın daha erkən zamanda fəaliyyətinin davam etdirilməsinin təsiri əksər yüksək tezlik göstəricilərində yüksəliş ilə müşahidə olunur. İstehsalat satınalmaları üzrə menecerlər indeksi (PMI) sentyabr ayında 56,8-dən 2020-ci ilin oktyabr ayında 58,9-a qalxdı və bununla da, son on ilin ən yüksək göstəricisi qeyd olundu. PMI Xidmətləri indeksi də həmçinin oktyabr ayında 54.1-ə yüksəldi və yeddi aylıq kiçilmə ardıcıllığına son qoyaraq bazar şərtlərinin yaxşılaşdığına işarə etdi. Sərnişin nəqliyyat vasitəsi satışlarında 2020-ci ilin oktyabr ayında 2 faiz artım müşahidə olundu, iki təkərli avtomobilin daxili satışlarında isə 16,8 faiz yüksəlif oldu və bu göstəricinin istehlak tələbi üçün yaxşı göstərici olduğu bildirilir. Vergi yığımları səkkiz ayın ən yüksək səviyyəsinə yüksəldi və illik 10,2 faiz artım ilə müsbət bir il kimi qeyd olundu. Dəmiryol yükdaşıması oktyabr ayında 15,4 faiz, noyabrın ilk 10 günündə 13,6 faiz artdı. Oktyabr ayında yük daşıma həcmində 1,23 faiz artım qeyd olundu və bununla da, əvvəlki ilin səviyyələrinə görə yüzdə yeddiyə çatdı. Yerli aviasiya sərnişinləri may ayında 2800000-dən avqust ayında 28320000-ə, sentyabr ayında 39430000-dən və oktyabr ayında 52710000-ə qalxdı. Hindistanın ÜDM-ində 20-ci maliyyə ilinin 2-ci kvartalında 7.5% azalma müşahidə olundu, müqayisədə 20-ci maliyyə ilinin birinci kvartalında 23.9% azalma qeyd olunmuşdu. Bu iki kvartal ərzində, xüsusi istehlak xərclərində də həmçinin böyük bir irəliləyiş görülə bilər və bu, Hindistan istehlakının yaxın bir neçə ay ərzində yenidən inkişaf edəcəyinə bir işarədir.
Sarkisyan Paşinyanı istefaya çağırdı“Böyük faciənin baş verdiyi hər hansı ölkədə bir qərar var: buna səbəb olan hökumət istefaya getməlidir”.

Bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.

“Sivil bir yol var - erkən seçkilər, müvəqqəti milli birlik hökuməti yaratmaq. Bu o demək deyil ki, müvəqqəti hökumətdə hər bir partiyanın öz naziri olmalıdır. Hökumət hörmətli şəxslər tərəfindən qurulmalıdır”, - Sarkisyan bildirib.
Ruhani Fəxrizadənin öldürülməsindən sonra göstəriş verdiİran prezidenti Həsən Ruhani nüvə və raket sistemləri üzrə alim Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama verib.

Nazirlər Kabinetinin fövqəladə iclasında çıxış edən H.Ruhani M.Fəxrizadənin terror edilməsini namərdcəsinə bir addım adlandırıb. Prezident terrorunun ardınca sabitsizlik yaradacaq addımlarla mübarizə və bu kimi halların qarşısını almaq üçün göstəriş verib.

H.Ruhaninin göstərişinin detalları haqda ətraflı məlumat verilməyib.
Qurban Qurbanov koronavirusa yoluxdu"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun "Səbail"lə səfər oyununda texniki zonada yer almayıb.

Klubdan verilən məlumata görə, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb.

Onun köməkçisi Elçin Rəhmanov məlumat verib ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

Qeyd edək ki, "Qarabağ"ı "Səbail"lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.
Son sutkada 38 nəfər koronadan öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 170 yeni yoluxma faktı qeydə alınıb, 1 985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər “COVID-19”dan vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 118 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73 676 nəfər müalicə olunaraq sağalıb, 1 361 nəfər vəfat edib, aktiv xəstə sayı 43 158 nəfərdir.

Ötən müddət ərzində 1 718 235 test aparılıb. Bugünkü test sayı isə 17 581-dir.
Özünü çardaqdan asdıHacıqabulda 28 yaşlı kişi özünü asaraq intihar edib.

Hacıqabul sakini, 1992-ci il təvəllüdlü Bayramzadə Nemət Şöhrət oğlu özünü nənəsinin yaşadığı fərdi yaşayış evinin həyətindəki çardaqdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

N.Bayramzadənin 3 yaşında qızı var. (APA)
Qırmızı Xaç Komitəsinin əməkdaşı oğurlandıBeynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Əfqanıstanın Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə “Ariana Nyus” məlumat yayıb.

Məlumata görə, komitənin əməkdaşı şənbə günü oğurlanıb və hazırda onun tapılması istiqamətində işlər aparılır.

Hələlik heç bir qruplaşma oğurluqla bağlı məsuliyyəti üzərinə götürməyib.