Paşinyan Putinlə danışıqların detallarını AÇIQLADI

Paşinyan Putinlə danışıqların detallarını AÇIQLADIErmənistanın baş naziri Nikol Paşinyan döyüş əməliyyatları zamanı Qarabağla bağlı danışıqların necə getdiyi barədə açıqlama verib.

Paşinyan bildirib ki, 19 oktyabrda Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutunyan ona zəng edərək, müharibənin dayandırılmalı olduğunu söyləyib.

Paşinyanın sözlərinə görə, Araik Arutunyan onunla söhbət zamanı deyib ki, yalnız öz fikrini deyil, eyni zamanda Qarabağın keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyanın, eləcə də Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanın mövqeyini çatdırır.

“Bundan sonra mən Rusiya prezidenti Vladimir Putinə zəng etdim. O, Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərdən imtina etmək və rus sülhməramlılarını ərazidə yerləşdirmək təkliflərini verdi. Mən isə sülhməramlı qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri boyunca və Laçın dəhlizində yerləşdirilməli olduğunu bildirdim.

Mən bu təklfiləri Araik Arutyunyana çatdırdım, o razı olduğunu bildirdi. Bundan sonra parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə iclas keçirib, qərarı onlara da təqdim etdim. İclasın bir çox iştirakçıları narazılıqla reaksiya verdi və görüşdən sonra bəziləri sosial şəbəkələrdə bunun əleyhinə post yazdılar.

Elə həmin gün parlament fraksiyaları nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırdım. Ölkə prezidenti və bütün ermənilərin katolikosları da iclasda iştirak edirdilər.

Təhlükəsizlik Şurasının iclasından sonra Putinə zəng edərək bu təklifə razı olduğumu söylədim. Putin cavab verdi ki, səhərədək Əliyevlə bu məsələləri müzakirə edəcəyəm və yenidən zəngləşərik.

Lakin, səhəri gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə Qarabağın statusunu müəyyənləşdirmədən hər hansı bir razılaşmaya qarşı olduqlarını bildirdilər. Hətta dedilər ki, onların mövqeyi ilə Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanda razıdır.

Ancaq bütün bunlar əhəmiyyətsiz idi, çünki mən artıq bir qərar vermişdim və bunu sona qədər aparacağam dedim.

Ertəsi gün, Rusiya prezidenti razılaşdırıldığı kimi zəng etdi. Əliyevin bununla razılaşdığını, ancaq sülhməramlıların keçmiş DQMV-nin sərhədləri boyunca deyil, faktiki təmas xəttinin uzunluğu boyunca yerləşdirilməli olduqlarını söylədi. Bidirdi ki, Hadrut və Talış kəndi Azərbaycanın nəzarəti altındadır və mövqelərindən geri çəkilməyə razı deyillər. Bundan əlavə, dedi ki. Azərbaycan tərəfi istəyir ki, erməni tərəfi azərbaycanlıların Şuşaya qayıdacağı barədə öhdəlik götürsün.

Beləliklə, atəşkəs qeyri-mümkün oldu, Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm. Rusiya Prezidenti niyə azərbaycanlıların Şuşaya geri dönməsinin əleyhinə olduğumu soruşdu. Mən arqumentlərimi təqdim edəndə, onların məntiqli olduğunu söylədi. Mən bu vəziyyətdə şəhər əhalisinin əksəriyyətinin azərbaycanlılar olacağını və Stepanakertə (Xankəndi) gedən yolu kimin və necə idarə edəcəyi sualının ortaya çıxdığını söylədim.

Mən əmin idim ki, Şuşaya razı olsam, Azərbaycan yeni şərt irəli sürəcək - Şuşadən Qırmızı Bazar kəndinə gedən yol üzərində nəzarəti də istəyəcəklər.


Modern.az

Beləliklə razılaşma baş tutmadı. Bu zaman biz Cəbrayılı, Hadrutun kəndlərini, Füzulini, Talışı itirmişdik. Ona qədər isə iki dəfə atəşkəs razılaşması olmuşdu: 10 oktyabrda Rusiya prezidentinin, 17 oktyabrda Fransa prezidentinin təşəbbüsü ilə... Amma hər iki halda razılaşma müsbət nəticələnməmişdi”.