Qırmızı Xaç Komitəsinin əməkdaşı oğurlandı
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Əfqanıstanın Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.
Bu barədə “Ariana Nyus” məlumat yayıb.
Məlumata görə, komitənin əməkdaşı şənbə günü oğurlanıb və hazırda onun tapılması istiqamətində işlər aparılır.
Hələlik heç bir qruplaşma oğurluqla bağlı məsuliyyəti üzərinə götürməyib.