Sarkisyan Paşinyanı istefaya çağırdı
“Böyük faciənin baş verdiyi hər hansı ölkədə bir qərar var: buna səbəb olan hökumət istefaya getməlidir”.
Bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.
“Sivil bir yol var - erkən seçkilər, müvəqqəti milli birlik hökuməti yaratmaq. Bu o demək deyil ki, müvəqqəti hökumətdə hər bir partiyanın öz naziri olmalıdır. Hökumət hörmətli şəxslər tərəfindən qurulmalıdır”, - Sarkisyan bildirib.