Sizin Reklam Burada

PKK terrorçularının Ermənistan ordusuna qoşulması sübuta yetirildi

PKK terrorçularının Ermənistan ordusuna qoşulması sübuta yetirildiPKK terror təşkilatı üzvlərinin bir qədər əvvəl Qarabağda ermənilər tərəfindən Azərbaycana qarşı döyüşmələrinə dair yeni faktlar üzə çıxıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

PKK/KCK terror qruplaşmasının qırmızı kateqoriyada axtarışa verilən qadın təşkilatının rəhbərlərindən biri Layika Gültekin bununla bağlı bir sıra etirafedici ifadələr işlədib. "Qarabağa gedib, erməni əsgərləri ilə birlikdə vuruşuruq. Erməni xalqının istədiyi vaxt yanında oluruq", - deyən Gültekin terrorçuların bir müddət əvvəl Azərbaycana qarşı mübarizə apardıqlarını bildirib.

Bütün bunlara rəğmən Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan Bəyanatdan əvvəl PKK terrorçularının Ermənistan döyüşçüləri sıralarında olduğu bir daha sübuta yetirilib.

Təhlükəsizlik orqanlarındakı mənbələr Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları səbəbi ilə terror təşkilatından qaçanların sayının artdığını və təşkilat daxilində böyük parçalanmanın olduğunu bildiriblər. Qeyd edilir ki, PKK-ya qoşulanların sayı azalıb. Terrorçular ikinci Qarabağ müharibəsində Ermənistanın tərəfinə keçdiklərini bildiriblər. Onlar bunun müqabilində rəsmi Yerevanın Şimali İraqda PKK-ya dəstək verməsini istəyiblər.

Xatırladaq ki, Vətən müharibəsi zamanı Ermənistan dəfələrlə Azərbaycanı guya Qarabağda əcnəbi muzdlulardan istifadə etməkdə ittiham edib. Düşmənin 44 gündə yalan məlumatlarla informasiya müharibəsindəki bu cür hücum cəhdlərinin əsl səbəbləri getdikcə daha aydın şəkildə ortaya çıxır – PKK terrorçularından istifadəni ört-basdır etmək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər