Öldürülən iranlı alim MOSSAD tərəfindən izlənilirdiABŞ Prezidenti Donald Tramp iranlı nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

Avrasiya.net xəbər verir ki, Ağ Ev rəhbəri paylaşımında israilli jurnalist Yossi Melmana istinad edib.

“İrandan gələn xəbərlərə görə, Möhsün Fəxrizadə Tehranın şərqində Damavənddə sui-qəsd nəticəsində öldürülüb. İranının gizli nüvə proqramının rəhbərlərindən biri idi və MOSSAD tərəfindən illərdir ki, axtarılırdı. Onun ölümü psixoloji və kadr baxımından İran üçün böyük zərbədir”, - deyə Ağ Ev rəhbəri bildirib.
Bu terrorun arxasında İsrail var - İranBu məkrli aktın arxasında İsrailin olması ilə bağlı güclü dəlillər var.

Avrasiya.net xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iranlı nüvə alimi Möhsün Fəxrizadənin ölümü ilə bağlı danışarkən deyib.

Zərif eyni zamanda beynəlxalq birliyi, xüsusilə Avropa Birliyini ikili standartlar siyasətinə son qoymağa və dövlət terrorizmi aktını qınamağa çağırıb.
İranın nüvə alimi öldürüldü - Fotoİranın nüvə fiziki Möhsün Fəxrizadə Tehran yaxınlığında öldürülüb.

Məlumat İran Müdafiə Nazirliyi tərəfindən təsdiq olunub. Alim nazirlik yanındakı araşdırma mərkəzinin rəhbəri kimi fəaliyyət göstərirdi.

“Fars” agentliyi Fəxrizadənin Damavənd rayonu yaxınlığında öldürüldüyünü bildirib. Agentlik sui-qəsddə 3-4 nəfərin iştirak etdiyini, hadisə yerində hətta partlayışın da baş verdiyini yazıb.

İranın Atom Enerjisi Təşkilatının rəsmisi Bəhruz Kamalvəndi isə açıqlamasında nüvə sənayesi üzrə işləyən bütün alimlərin yerində olduğunu bildirərək, faktı təkzib edib.

Sosial şəbəkələrin İran seqmentində hadisə yerindən fotolar yayılıb. Görüntülərdə alimə məxsus olduğu bildirilən avtomobildə güllə izləri açıq-aydın görünür.
YAP İdarə Heyətinin iclası keçirildiYeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAP Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, iclasda qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyə edilməsinə dair Fransa Senatının noyabrın 25-də qəbul etdiyi qətnamə geniş müzakirə edilib, həmin sənədin münaqişənin həlli istiqamətindəki səylərə, eləcə də ölkələrimiz arasındakı münasibətlərə mənfi təsirləri barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bu qətnamə beynəlxalq aləmdə ən qeyri-obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilməlidir. Bu qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna hansı prizmadan yanaşmasının şahidi oldu.

Müzakirələrdə vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirməli olan Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Lakin Fransa Senatı noyabr ayının 25-də Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnamə qəbul etməklə öz üzərinə götürdüyü öhdəliklərə məhəl qoymaq fikrində olmadığını nümayiş etdirdi.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransadan istənilən mübahisəli məsələlərdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb edilir. Bu məsuliyyəti dərk etməyən Fransanın beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının qəbul etdiyi bu qətnamə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərlə daban-dabana ziddiyət təşkil edir.

İclasda xüsusilə vurğulanıb ki, Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk Qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir.

İclasda müzakirələrin yekunu olaraq Yeni Azərbaycan Partiyasının adından Fransa Senatında noyabrın 25-də “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyən bəyanat qəbul edilmişdir.

Paşinyan arvadını müdafiə etdiMən özüm həyat yoldaşım Anna Akopyana Qarabağda qərargahın olduğu bunkeri ziyarət etməyi tapşırmışam.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Həyat yoldaşım Xankəndidə generalları mənim tapşırığımla ziyarət edib. Baş nazirin ailə üzvünün səfəri daim şəhərdən qaçan dinc sakinlər haqqında eşidən hərbçilərin döyüş ruhunu qaldırmalı idi. Həyat yoldaşım şəxsən Xankəndidəki sığınacaqlarda qida və su paylanması ilə məşğul olub. Kim deyir ki, 70% əhalisi tərk edilmiş şəhərdə baş nazirin ailəsinin üzvü olmalıdır? Yoxsa Xankəndi bombardman altında Baden-Baden kurortuna bənzəyirdi?” – deyə o bildirib.

O, həmçinin Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Akopyanın cənub istiqamətində gedən döyüşlərdəki uğursuzluqlara görə şəxsən məsuliyyət daşıdığını söyləyib.
Putin Təhlükəsizlik Şurasında Qarabağı MÜZAKİRƏ ETDİRusiya prezidenti Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirib.

Avrasiya.net Rusiya KİV-nə istinadən xəbər verir ki, iclasda Qarabağda sülhməramlıların həyata keçirdiyi missiya, həmçinin, humanitar fəaliyyət müzakirə olunub.

"Görüş zamanı Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla son telefon danışıqlarının nəticələri barədə iclas iştirakçılarına məıumat verib"-deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

İclasda baş nazir Mixail Mişustin, prezident administrasiyasının rəhbəri Anton Vayno müdafiə naziri Sergey Şoyqu, daxili işlər naziri Vladimir Kolokoltsev və s. iştirak edib.



28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunduXalqımız cəmi 44 gün ərzində işğalçı Ermənistanı diz çökdürən və möhtəşəm Qələbəyə imza atan, torpaqlarımızı erməni faşizminin əsarətindən azad edən güclü Azərbaycanımızla, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə, qəhrəman Ordumuzla fəxr edir!

Avrasiya.net xəbər verir ki, bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 10 rayonda (Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaş) fərdi yaşayış evlərinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar.

Həmin rayonlar üzrə ümumilikdə 28 fərdi ev qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilib. Göyçay rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak ediblər.

Bildirilib ki, ölkəmizdə Qələbə ovqatı hökm sürür. 30 ilə yaxındır ki, işğal altında qalmış torpaqlarımızın azadlığa qovuşması hər birimizə sonsuz fərəh və iftixar duyğuları bəxş edir. Vəhşi düşmən işğal etdiyi yurd yerlərimizdə barbarcasına hər şeyi, bütün infrastrukturu məhv etsə də, dövlətimiz yenidən həmin ərazilərdə abad, gözəl, müasir yaşayış məntəqələri, kənd və qəsəbələr, şəhərlər salacaq. O torpaqlarımız azad, firavan həyatını yaşayaraq, öz doğma sahiblərinin gücü, zəhməti ilə yenidən gülüstana, abad diyara çevriləcək.

Qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə Nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri erməni faşizmini məhv edən Ordumuzun misilsiz rəşadətindən və dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılan böyük Qələbəmizdən fərəh və qürur hissi ilə bəhs ediblər. Onlar bu parlaq Qələbəyə və həssas qruplara göstərilən yüksək qayğıya, bu gün yeni evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.