Sizin Reklam Burada

Moldovanın yeni prezidenti hökuməti istefaya göndərir

Moldovanın yeni prezidenti hökuməti istefaya göndərirMoldovanın yeni seçilmiş prezidenti Maya Sandu baş nazir İon Kikunun rəhbərlik etdiyi hökumətin istefaya getməli olduğunu deyib. Onun fikrincə, İon Kikunun hökuməti koronavirus pandemiyası və onu müşayiət edən iqtisadi böhranın öhdəsindən gələ bilmir.

Avrasiya.net xəbər verir ki, yeni prezidentin müvafiq çıxışı “Moldova 1” telekanalında yayımlanıb.

“Böhrandan çıxış yolu tibbin maliyyələşdirilməsindən asılıdır və bunun üçün xaricdən yardım cəlb etmək üzərində işlərə başlamışam. Ancaq hökumət ölkə daxilində öz vəzifələri ilə məşğul olmalıdır və əgər öhdəsindən gələ bilmirsə, istefaya getsin”, - deyə prezident telekanala verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, “ölkə vətəndaşları ofisin fəaliyyətini mənfi qiymətləndirir” və hesab edir ki, “hökumət xəstəxanalarda əlavə yerlər hazırlamayıb və pandemiya ilə mübarizədı lazımi tibbi avadanlıqlar almayıb”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər