Sizin Reklam Burada

Dillərə dastan bir tarix yazdıq

Dillərə dastan bir tarix yazdıqMöhtərəm Prezidentimiz!
Ali Baş Komandan!
Xalqımızın qürur mənbəyi, səmimi lider!
Nə desəm azdır. 44 günlük vətən Müharibəsi, amma illərdir sürən bir mübarizə.

Məhz bizim xoşbəxtliyimizdir, belə bir savadlı, hazırcavab, səmimi bir liderə sahib olmaq. Ulu öndərdən sonra belə yüksək keyfiyyətlərə sahib olan bir liderimizin olması bizim üçün Allahın bir lütfüdür. Tarix boyu Azərbaycan xalqı öz hökmdarlarını, sərkərdələrini, qəhrəmanlarını yetişdirmişdir. Ulu Öndərdən sonra belə bir liderə sahib olmağımız bizim üçün o qədər önəmlidir ki..

Hər dəfə möhtərəm Prezidentimizdən söz düşəndə onu, Ulu öndərin bizə miras qoyduğu siyasətin alternativsiz davamçısı deyərdik. Əbəs yerə deməmişik. Həqiqətən Ali Baş Komandanımız bunu bir daha öz xalqına və bütün dünyaya sübut etdi. İllərdir müstəqilliyimizin möhkəmləmməsi, iqtisadiyyatımızın , ordumuzun güclənməsi, ölkəmizin dünya səviyyəsində tanınması, daxili və xarici siyasətin düzgün istiqamətləndirilməsi sahəsində böyük işlər gördü və çox əhəmiyyətli islahatlara imza atdı.

Dönüb geriyə baxanda 1994 –cü ildə Ulu Öndərin Milli televiziya çıxışlarından bu sətirlər yadıma düşür. Biz erməni təcavüzünə qarşı gücümüzü daha da möhkəmləndirilməliyik. Ordu daha yaxşı təşkil olunmalıdı. İndi bütün əhalı, Azərbaycanın bütün vətəndaşları, hər bir kəs ordunun möhkəmləndirilməsinə, onun daha da qüdrətli olmasına çalışsın.

Aradan illər keçmiş elə bir ordu qurmuşuk ki, həqiqətən 44 günə qızıl hərflərlə tarix yazdı. Bu tarixin əsas qəhrəmanı Ali Baş Komandanımız və onun ölümə belə gülə-gülə gedən qəhrəman əsgərləridir. Biz həmişə sülh tərəfdarı olmuşuq. Möhtəşəm Prezidentimiz Azərbaycanın səsini, həqiqətləri durmadan bütün beynəlxalq kürsülərdən çəkinmədən, faktlarla yüksək səviyyədə çatdıqmağa çalışırdı. Beynəlxalq təşkilatlar Azərbaycan lehinə dəfələrlə qətnamələr qəbul etsə belə, düşmən heç kimə, heç nəyə məhəl qoymurdu. Yüksək təhsilə, qıvraq zəkaya dərin siyasətə malik olan liderimiz həmişə çıxışlarında vurğulayırdı ki, biz müharibə istəmirik.

Biz bilirik ki, müharibəyə hazır olmalıyıq və hazırıq da. Ordu quruculuğunda aparılan işlər Prezident kimi mənim fəaliyyətimdə prioritet məsələdir. Biz bütün səylərimizi, bütün gücümüzü ona yönətməliyik ki, ordumuz daha da güclü olsun, daha da peşəkar olsun, ən müasir texnika ilə təchiz edilsin və istənilən an doğma torpaqdan azad etməyə qadir olsun. O, sözlər sanki bu günün xəbərçisi imiş. Hər dəfə cənab Prezidentimiz, Bizim Ordumuz ən güclü ordudur deyirdi. Biz bütün sahələrdə güclü idik, Cənubi Qafqaz regionunda ən güclü ölkə biz idik, ən güclü lider bizdə idi. 30 il nə az nə çox düz 30 il humanistliyimizdən sui-istifadə edən dövlətlər bizi görməzdən gəldi. Bu mənfur düşmənimizi daha da şirnikləndirdi. 30 il ərzində işğal altındakı torpaqlarımızda vandalizm törədən erməni faşistləri torpaqlarımızı viran qoymuş, tarixi abidələrimizi məhv etmiş, meşələrimizi, təbii sərvətlərimizi talan etmiş, daşı daş üstə qoymamışlar.vBir xalq bu qədərmi qəddar, bu qəddərmi vəhşi olarmış...

Bizim də qismətimizə belə bir barbar xalqla qonşu olmaq yazılmış. Hiyləgər, asanlıqla yalan danışan oğru, xüsusən də başqa xalqlara aid bütün mədəniyyəti mənimsəməyə çalışan, başqa xalqıın torpağına göz tikən, hər şey mənimdir deyən, yaltaq, saxtakar bir xalq bəlkə də sadəcə ermənilərdir.

Ermənilər elə düşünürlər, bu dəfə də təxribatları cavabsız qalacaq. Amma gözləmədiyi bir hal baş verdi. Azərbaycan Ordusu, Ali Baş Komandanın əmri ilə hücuma keçdi və çox qısa zaman içində işğal altındakı torpaqları azad etməyə başladı. Ermənilər hələ də nəyə uğradıqlarını anlamadılar. Məğlubiyyətlərinin acısını mülkü insanlardan çıxarmağa çalışaraq qadağan olunmuş raketlərlə cəbhə bölgəsindən çox çox uzaqda yerləşən şəhərlərə saldırmağa başladılar. Məqsəd əhalini qorxutmaq, ölkədə xaos yaratmaq, xalqı hakimiyyətə qarşı qaldırmaq idi.

Lakin xalqımız elə bir qəhrəman xalqdır ki, elə bir ruh yüksəkliyinə sahib xalqdır ki, bir yumruq oldu Ali Baş Komandanımızın ətrafında." Biz birlikdə güclüyük!" dedik və bu şüarla irəli qələbəyə döğru getdik. Ordumuz, Ali Baş Komandanımız, arxasında xalqımız tarix yazdıq, elə yazdıq ki, düşmən belə bizim bu uğurlarımızı etiraf etmək məcburiyyətində qaldı.
Ali Baş Komandanımızında dediyi kimi, illər keçəcək bizim bu müharibədəki, uğurlarımız bir çox ölkələrdə müzakirə obyekti olacaq, kitablara salınacaq bir dərs olacaq.

Hər dəfə Ali Baş Komandanımız efirə çıxan kimi hamı bir nəfər kimi televizorun ətrafına toplaşıb səbirsizliklə Prezidentinin nitqini dinləyirdi. Qələbələr, uğurlar hamını küçələrə tökürdü, hamı bir-birini təbrik edir, sevinc göz yaşları tökürdü. Ən çox mədəniyyət beşiyimiz tarixi qalamız qədimi Şuşamız qəhrəman əsgərlərimiz tərəfindən azad olunan gün unudulmaz tarixi anlar yaşatdı bizə. Ulu Öndərin və Zərifə xanımın evlilik il dönümündə onların məzarlarını ziyarət edən Ali Baş Komandanımız Şuşamızın azad olunma xəbərini böyük qürur sevinclə bizə verdi. Mən xoşbəxtəm dedi. Atama verdiyim sözü tutdum. Onun vəsiyyətini yerinə yetirdim. Bu, elə bir sevinc idi ki, anlatmaqla mümkün deyil. Qəhrəmanlarımız dünyanı belə təəccübləndirdi. Bir çox dövlətlər, hərbi ekspertlər, jurnalistlər əsgərlərimizin Şuşa qələbəsini heyranlıqla anladılar. Biz artıq döyüş meydanında düşməni əzdij, onu elə məğlubiyyətə düçar etdik ki, bir daha özünə gələ bilmədi. Döyüş meydanında hərbi texnikasını canlı qüvvəsinin itirmiş düşmən diz çökdü, məğlub oldu həm də uzun müddət özünə gələ bilməyəcək şəkildə.

Rusiyadan yardım istəyən Ermənistan kapitulyasiya istədi. Bu, bizim həm hərb meydanında, həm də siyasətdə əldə etdiyimiz tarixi Qələbə oldu.
Bu qələbənin müəllifi cənab Ali Baş Komandanımız müharibə başlayan gündən dövlətlərin, beynəlxalq təşkilatların təzyiqlərinə məruz qaldı. Dəfələrlə xarici jurnalistlərin qərəzli sualları ilə qarşı – qarşıya qaldı, amma bu işlərin öhdəsindən zəkası savadı ilə qalib gəlməyi bacardı. Artıq əleyhimizə olan qüvvələr belə etiraf etdi ki, Cənubi Qafqazın ən güclü lideri İlham Əliyevdir.

Biz onları məğlub etdik, həm cəbhədə, həm siyasətdə. İndi isə onları Beynəlxalq məhkəməyə verməyin vaxtı gəlib çatdı. Torpaqlarımızdakı vəhşiliklərə görə, soyqırımlara görə, təxribatlara görə cavab verməlidirlər və gec -tez verəcəklər.

Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların qanı ilə suvarılan bu torpaqlar onların qəhrəmanlığı, döyüş ruhu nəticəsində alındı. Biz nə qədər güclü olduğumuzu bir yumruq kimi birləşərək əldə etdiyimiz Qələbə ilə bir daha anladıq. Həqiqətən dillərə dastan bir tarix yazdıq. Tarix dərslərində gələcək nəsillərə anlatılacaq bir tarix yazdıq.

Ali Baş Komandanımız!
Minnətdarıq!
Ürəkdən, qəlbdən minnətdarıq !
Siz əsgərlərinizlə birlikdə həm güc, həm siyasət meydanında bizə qürur yaşatdınız,.
Biz xoşbəxt xalqıq ki, bu tarixi hadisəyə şahid olduq. Biz bu günü gördük və bu qüruru yaşadıq. Bir zamanlar bizə yaşatdıqlarının nə demək olduğunu mənfur düşmənlərimizə anlatmış olduq. Daha humanist, daha yüksək səviyyəli xalq olarq anlatdıq.

Bu günlərdə Avropa düşmənlərimizi dəstəklədiyi bir vaxtda, mənəvi cəhətdən yanımızda olan Türkiyə Cümhuriyyətinə təşəkkür edirik.

Yaşasın Türk dünyası, türk birliyi.

Ən sonda onu demək istəyirəm ki, Prezidentimiz Qarabağ Azərbaycanındır! dedi və ! işarəsini də qoydu.

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər