Sizin Reklam Burada

Fransa İrəvanın inkişafı üçün nə edib? – Statistika

Fransa İrəvanın inkişafı üçün nə edib? – StatistikaFransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması ciddi təəssüf doğurur. Bu sənəd beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi obyektiv fəaliyyətini ciddi sual altına alır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

O, bu məsələnin iqtisadi tərəflərinə diqqəti çəkib:

“Fransanın Qafqaz ölkələri ilə iqtisadi əlaqələri göstərir ki, bu sənəd erməni lobbisinin təsiri ilə qəbul olunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun həmsədri olan ölkənin Azərbaycana birbaşa qərəzinin təzahürüdür. Belə ki, 2019-cu ildə Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsi 787 milyon dollardan çox olub. Bu, əvvəlki il ilə müqayisədə 21 faiz artım deməkdir. 2000-ci illərin əvvəllərində isə iki ölkə arasındakı ticarət dövriyyəsi hətta 2 milyard dollara yaxın idi. Fransanın Ermənistana ixracatı isə 2019-cu ildə cəmi 60 milyon dollar olub.

Sərmayə qoyuluşlarına gəldikdə isə BMT-nin (UNCTAD) məlumatına görə, ötən il Ermənistana xarici sərmayə qoyuluşu cəmi 254 milyon dollar olub və bu da əsasən 4 ölkənin (Rusiya, Yunanıstan, Kipr və Almaniya) payına düşüb. Göründüyü kimi, iqtisadi baxımdan Fransanın regionda əsas tərəfdaşı Azərbaycan olsa da, Paris ölkəmizə qarşı qərəzli siyasətini davam etdirməkdədir.

Maraqlıdır, əgər Fransa Ermənistanın inkişafında maraqlıdırsa, niyə o yoxsul ölkəyə sərmayə qoymur, iqtisadi əlaqələri genişləndirmir? Deməli, məqsəd sadəcə Azərbaycana qarşı düşünülmüş qərəz nümayiş etdirməkdir. Göründüyü kimi, hər vəchlə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyən Fransa Senatı işğalçı ölkənin inkişafında deyil, regional münaqişənin böyüməsində və konfliktin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həllində deyil, yenidən alovlanmasında maraqlıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər