Bu terrorun arxasında İsrail var - İran
Dərc olunub:
27-11-2020, 22:21
Bu məkrli aktın arxasında İsrailin olması ilə bağlı güclü dəlillər var.
Avrasiya.net xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iranlı nüvə alimi Möhsün Fəxrizadənin ölümü ilə bağlı danışarkən deyib.
Zərif eyni zamanda beynəlxalq birliyi, xüsusilə Avropa Birliyini ikili standartlar siyasətinə son qoymağa və dövlət terrorizmi aktını qınamağa çağırıb.