Sizin Reklam Burada

"Prezident Rusiyanı düşmən dövlət hesab etmir"

"Prezident Rusiyanı düşmən dövlət hesab etmir"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmdəki məsələlərlə bağlı müsahibə verib.

Avrasiya.net müsahibəni oxuculara təqdim edir:

- Qüdrət bəy, Milli Məclisin noyanbrın 26-da keçirilən plenar iclasında Azərbaycanda xarici hərbi iştirakın qanunla tənzimlənməsinə ehtiyac olduğunu vurğulamısınız. Bu barədə bir az geniş məlumat verə bilərsinizmi?

- Bizim 2010-cu ildə Milli Məclis tərəfindən təsdiq olunmuş “Hərbi Doktirina”mızın 4-cü bölməsinin 29-cu bəndinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla öz ərazimizdə xarici hərbi bazaların yaradılmasına icazə verilmir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi iştiraka müvəqqəti icazə verilə bilər. Eyni zamanda yenə 2010-cu ildə qəbul olunmuş “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Qanunun 4.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası öz ərazisində sülhməramlı əməliyyatlar üçün digər dövlətlərə və ya beynəlxalq təşkilatlara müraciət edə bilər. Amma hər iki normativ aktda sülhməramlıların dəvət olunması proseduru, Azərbaycanda qalma müddəti, onların statusu və maliyyələşdirilmə qaydası müəyyən olunmayıb. Azərbaycanda Rusiya və Türkiyə hərbçilərinin olmasını nəzərə alsaq, belə bir qanunun qəbul olunmasına, yaxud mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsinə böyük ehtiyac var. Hesab edirəm ki, sülhməramlıların dəvət olunmasında ali nümayəndəli orqan kimi Milli Məclis iştirak etməli, onlara ehtiyac olarsa, hər dəfə bir il artırılmaqla maksimum beş il müddətində ölkəmizdə yerləşməyə icazə verilməlidir. Çünki uzun müddətə sülhməramlıların ölkəmizdə qalması sui-istifadə hallarına yol aça, ölkəmizdə hərbi iştiraklarını təmin etmək üçün iştirakçı dövlətin münaqişənin davam etməsində maraqlı olmasını şərtləndirə bilər. Həm də ciddi fikir ayrılıqları yarandığı təqdirdə, həmin dövlətə müharibəni yenidən alovlandırmaq imkanları vermiş olar. Ona görə də zaman-zaman deyirdim ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması qarşılığında ölkəmizdə Rusiyanın hərbi bazasının yaradılmasına icazə verə, onun liderliyi ilə yaradılmış regional təşkilatlara üzv ola bilərik. Çünki sülhməramlılardan fərqli olaraq “hərbi baza”nın müharibəni yenidən alovlandırmaq imkanları demək olar ki, yoxdur. Amma görünən odur ki, böyük güclər hələ ki, Azərbaycanın bütün ərazisində öz suveren hüquqlarını tam bərpa etməsində maraqlı deyil. Bu baxımdan sülhməramlıların səlahiyyət çərçivəsi qanunla dəqiq müəyyən olunmalıdır.

- Bəlli kontingent iddia edir ki, Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar çıxışında Prezident AXC hakimiyyətində yüksək vəzifə tutmuş adamlara münasibətdə sərt fikirlər səsləndirməklə, müharibə başa çatmamış milli həmrəyliyi pozub. Siz necə düşünürsünüz?

- Prezident əvvəlki çıxışlarında həmişə milli həmrəyliyi yüksək qiymətləndirib. Milli həmrəyliyi 10 noyabr Bəyənnaməsindən sonra bu gün gileylənən həmin adamlar pozdu. Onlar Rusiyanı düşmən dövlət adlandırıb ona Azərbaycana sülhməramlılar göndərməyə icazə verdiyi üçün Prezidenti çox ciddi ittiham etməyə başladılar. Başa düşə-düşə ki, bu yeganə və qaçılmaz çıxış yolu idi. Onlardan fərqli olaraq, Prezident Rusiyanı düşmən dövlət hesab etmir, Azərbaycanın sakit və firəvan həyatını həm də Rusiya ilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsində görür. Ancaq bu o demək deyil ki, bizim Rusiya ilə müxtəlif məsələlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə dair fikir ayrılığımız ola bilməz. Sadəcə belə məsələlər masa arxasında həll olunmalıdır. Düşünürəm ki, məhz bu səbəbdən Prezident onlarla məsafədə durmağı zəruri hesab edib, həmin çıxışı etdi. Onlara da mesaj ünvanladı ki, siz Rusiyanı başqa gözdə görürsünüzsə, davam edin, bu sizin seçiminizdir. Amma müharibə bitməsə də biz daha sizinlə eyni bir mövqedən çıxış edə bilmərik. Bu zaman həm də Kəlbəcərin AXC hakimiyyəti dövründə işğal olunması faktından istifadə etdi. Hərbi əməliyyatlar artıq başa çatıb, ona görə də ciddi narahatçılığa əsas görmürəm, bəlkə də belə daha yaxşıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər