İzmirdə güclü zəlzələ: 6 ölü, 200 yaralı - Foto16:10

Egey dənizində 6,6 bal gücündə zəlzələ olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ İstanbul və İzmir şəhərlərində güclü hiss edilib.

Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.

***

Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bina çöküb, 3 nəfər yaralı dağıntılar altından çıxarılıb.

***

Təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 120 nəfər isə yaralanıb.

***

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.
Ərdoğandan yunan baş nazirə: Yardıma hazırıq!Yunanıstan Baş naziri Kiriakos Miçotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, rəsmilər təbii fəlakətdən dolayı hər iki ölkədə baş verən dağıntı və tələfatla bağlı qarşılıqlı olaraq bir-birilərinə başsağlığı veriblər.

Ərdoğan lazım gəldiyi təqdirdə Yunanıstana yardım etməyə hazır olduğunu açıqlayıb.
Azərbaycan bəhailəri dini mərkəzi: “Haqq-ədalətin qalib gəlməsi üçün dua edirik”Azərbaycan xalqı sülhpərvər xalqdır. Bunun sübuta ehtiyacı yoxdur. Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin son illərdə multikulturalizm və tolerantlıq, ölkəmizin humanitar dialoq platformasına çevrilməsi sahəsində gördüyü işlər, ölkəmizdə çoxsaylı xalqların və dinlərin azad və ahəng içərisində yaşaması bunun bariz nümunəsidir.

Azərbaycan bəhailəri dini mərkəzi tərəfindən Avrasiya.net-ə daxil olan müraciətdə deyilir ki, xalqımız 30 il ərzində ürək ağrısı ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunması ümidi ilə yaşamışdır. Təəssüf ki, maraqlar və təəssübkeşliklər üzündən ədalətsizliyə göz yumulmuşdur. Bu gün dünyanın ən böyük ehtiyacı sülh və birlikdirsə, onun da açarı ədalətdir. Ona görə də ədalət yerini tutmalıdır ki, bölgəmizə və dünyaya sülh gəlsin.

Ölkəmizdə bəhailər də Azərbaycan vətəndaşı olaraq bu şərəfli tarix yazılan günlərdə Vətənimizin xidmətindədirlər, həm də yeni şəraiti nəzərə almaqla icma kimi fəaliyyətlərini davam etdirirlər.
İcma üzvləri uşaqlar və yeniyetmələrin də iştirakı ilə ailələri və digər insanlarla birlikdə Azərbaycanın əmin-amanlığı, haqq-ədalətin qalib gəlməsi, əsgərlərimizin öz evlərinə sağ-salamat qayıtması, Vətən uğrunda həlak olmuş əsgərlərimiz və mülki vətəndaşlarımız üçün dualar edir, başqa ölkələrdə yaşayan bəhailərə Azərbaycan həqiqətləri barədə məlumat verirlər. Həmçinin icma üzvləri əsgərlərimizin ailələrini ziyarət edir, onlara maddi və mənəvi dəstək olurlar. Böyüklərlə birlikdə bəhailərin yaşadıqları məhəllələrdəki uşaqlar da cəbhədəki əsgərlərə sevgilərini ifadə edən hədiyyələr, məktublar göndərir, dualar edirlər.

Ya Rəbb! Bu ölkə Sənin himayənin kölgəsindədir və bu xalq Sənin xidmətindədir. Ya Rəbb! Onlara Sənin səmavi inayətini bəxş eylə və Öz sonsuz fəzl və bol lütflərini onların üzərinə yağdır. Bu möhtərəm milləti şərəfli saxla, məlakutuna daxil olmağa qabil eylə.
Sən Qüvvətlisən, Qadirsən, Mərhəmətlisən və Sən Səxavətlisən, Rəhmlisən və sonsuz Fəzl Sahibisən.

Nazirlikdən ermənilərlə mesajlaşan azərbaycanlı fəala XƏBƏRDARLIQDaxili İşlər Nazirliyi sosial şəbəkə fəalı Nurlan Qəhrəmanlının (Libre) oktyabrın 29-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq orada döyülməsi ilə bağlı iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, sosial şəbəkələrdən istifadə edən çoxsaylı vətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət edərək Nurlan Librenin sosial şəbəkələrdə erməni millətindən olan şəxslərlə mütəmadi əlaqə yaratmasıdan, dostluq qrupu təşkil edərək onların dövlətimiz barədə yazdıqları mənfi statusları bəyənib paylaşmasından narahatlıqlarını ifadə ediblər. Bu müraciətlərlə əlaqədar N.Qəhrəmanlı dünən polis idarəsinə dəvət edilib və izahatı alındıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

O, bundan sonra barəsində daha ciddi məsuliyyət tədbirləri görüləcəyini düşündüyündən qabaqdangəlmişlik edərək belə əsassız iddialar səsləndirib.

Nurlan Qəhrəmanlı bu gün Daxili İşlər Nazirliyinə dəvət olunub, müvafiq idarənin əməkdaşı tərəfindən izahatı alınıb və onun dünən polislər tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə iddiaları təsdiqini tapmayıb.

Nəzərinə çatdırılıb ki, vətəndaşların müraciəti əsasında aparılan bu araşdırmaların nəticəsində ona yalnız xəbərdarlıq edilir. Eyni zamanda ona bir daha bildirilib ki, ölkəmizdə söz və mətbuat azadlığı tam təmin edilsə də, bundan sui-istifadə edərək xalqımız üçün çox həssas olan belə bir dönəmdə insanların narahatlığına səbəb olan, vətəndaşlarımızda qıcıq yarada biləcək yazıların yazılması, statusların paylaşılması qətiyyən yolverilməzdir.
İlham Əliyev Ərdoğana zəng etdiOktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib.

Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Düşmənin daha 2 "Smerç"i məhv edildi - VideoBərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik:
Almaniya erməniləri məyus etdiAlmaniyanın Şimali Reyn Vestfaliya əyalətində ermənilərin keçirmək istədikləri yürüş-mitinqinə icazə verilməyib.

Avrasiya.net xəbər verir ki, “Report”un Ahlen və Hamm şəhər Polis Təşkilatlarından əldə etdikləri məlumata görə, sözügedən şəhərlərdə yaşayan ermənilər noyabrın ikisində yürüş-mitinqi keçirmək üçün şəhər rəhbərliyinə müraciət ediblər. Lakin Ahlen və Hamm şəhərlərinin bələdiyyələri ermənilərin yürüş-mitinqinə icazə verməyib.

Əldə etdiyimiz məlumatda deyilir ki, ermənilərin yürüş-mitinqinə icazə verilməməsinin əsas səbəbi onların seçdiyi marşrut olub. Belə ki, onlar şəhər rəhbərliyindən icazə almaq üçün etdikləri müraciətdə qeyd ediblər ki, Ahlen və Hammda toplanış məntəqəsində mitinq keçirdikdən sonra avtomobilləri ilə iki şəhəri birləşdirən yolda avtoyürüş etmək istəyirlər.

Hər iki şəhərin rəhbərliyi ermənilərin Hamburqda avtobanın bağlanması və on minlərlə insanın işinə gecikməsi ilə nəticələnən aksiyanı misal çəkərək oxşar yürüşə şəhərlərində icazə vermədiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Ahlen şəhəri əhalisinin sayına görə, Türkiyə vətəndaşlarının ən çox yaşadığı Almaniya şəhəridir.
 Müsəlmanlar ayağa qalxdı: Makrona etirazCənubi Afrikadakı müsəlmanlar islam əleyhinə bəyanatlara və Fransa Prezidenti Emmanuel Makron başda olmaqla, bəzi rəsmilərin Məhəmməd peyğəmbəri hədəf alan karikaturanı müdafiə etməsinə etiraz ediblər.

Axar.az xəbər verir ki, Müsəlman Məhkəmə Şurasının üzvləri ölkənin Keyptaun şəhərindəki Fransa Konsulluğunun qarşısında keçirilən nümayiş zamanı “Peyğəmbərimə toxunmayın” və “Fransız məhsullarını boykot et” şüarları səsləndiriblər.

Feysbukda canlı yayımlanan etiraz zamanı iştirakçılar fransız səlahiyyətlilərinin üzr istəməli olduqlarını bildiriblər.
Daha 9 kəndimiz işğaldan azad edildi - Prezident yeni tvit YAZDIAzərbaycan Ordusu daha bir neçə kəndi Ermənistanın işğalından azad edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitter-də yazıb:

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı;
Zəngilan rayonunun Aladin, Vecnəli;
Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, son sutkada 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 54 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 460 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 341 min 466 test aparılıb. Bugünkü test sayı isə 10 179-dur.