Sizin Reklam Burada

Nikol müharibəni uduzub: əgər etiraf etsə... – İsrail eksperti

Nikol müharibəni uduzub: əgər etiraf etsə... – İsrail ekspertiErmənistan rəhbərliyinin dinc vətəndaşları qətlə yetirmək məşğuliyyəti XXI əsrdə terrorizmdir. Onlar hər kəsin bildiyi bütün beynəlxalq konvensiyaları, xüsusən də 1949-cu ilin Haaqa Konvensiyasını pozur.

Avrasiya.net xəbər verir ki, bunu israilli ekspert, beynəlxalq hüquq və siyasət üzrə mütəxəssis Mixail Finkel “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişinin efirində bildirib.

Onun sözlərinə görə, İrəvan vəlvələ içindədir:

“Müharibəni uduzurlar və bu əzabdır! Döyüş əməliyyatları xəritəsi qarşısında əlacsız qaldıqlarını nəzərə alaraq, özlərini müdafiə edə bilməyənləri - qadınları, uşaqları, qocaları, ümumiyyətlə, mülki şəxsləri hədəf alırlar. Və dünya da bunun qarşısında susur. Kimsə bir söz demir, sanki bu baş vermir...”

Ekspert Ermənistan hökumətinin iğtişaş, inqilab və mövcud rejimin devrilməsindən qaçmaq üçün cəbhədəki vəziyyət və Azərbaycan Ordusunun irəliləməsi barədə öz xalqına yalan danışmağa davam etdiyini də qeyd edib:

“Paşinyan hakimiyyətdə qalmaq istəyir və “luzer” (uğursuz, məğlub olan) kimi görünmək istəmir. Rəsmi Bakının Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun uğurları barədə şübhə doğurmayan məlumatlar dərc etdiyi zaman ermənilərin yalanları üzə çıxır.

Ermənistanın Baş naziri Paşinyan Azərbaycanla müharibəni uduzsa da, bunu etiraf etməkdən qorxur. Çünki bu, onun devrilməsinə gətirib çıxaracaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər