Donbasda vəziyyət gərginləşdi: 2 ölü, 5 yaralı

Donbasda vəziyyət gərginləşdi: 2 ölü, 5 yaralıUkraynanın Donbas regionunda hərbi gərginlik yaşanıb.

Ukrayna KİV xəbər verir ki, qondarma “Donetsk Xalq Respublikası”nın döyüşçülərinin açdığı atəş nəticəsində 2 ukraynalı hərbçi həlak olub, 5-i isə yaralanıb.

Ukrayna rəhbərliyi insidentə görə, rusyönümlü hərbi birlıəşmələri ittiham edib.

Xatırladaq ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsi bir işğal altındadır.