Sizin Reklam Burada

Gürcüstan erməniləri Qarabağdakı döyüşlərdə iştirak etmək üçün dəstə yaradıblar

Gürcüstan erməniləri Qarabağdakı döyüşlərdə iştirak etmək üçün dəstə yaradıblarGürcüstanda ermənilərin yaşadığı Samtsxe-Cavaxetiya bölgəsinin sakinləri Qarabağdakı döyüşlərdə iştirak etmək üçün könüllülərdən ibarət dəstə yaradıblar.

Publika.az xəbər verir ki, "Zinuj Media"nın verdiyi məlumata görə, dəstənin yaradılmasının təşəbbüskarı Ermənistan parlamentinin deputatı Şirak Torosyandır.

Dəstəyə Cavaxetiyadan olan mühacirlər və Gürcüstanın bu bölgəsində yaşayan Ermənistan vətəndaşları daxildir.

Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinin 310-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, xarici dövlətin və ya xarici təşkilatın hərbi xidmətinə Gürcüstanın xarici təhlükəsizliyinə zərər vurmaqla daxil olmaq, habelə digər şəxsləri belə bir əməli törətməyə razı salmaq beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, Gürcüstan vətəndaşları - etnik ermənilər Qarabağda döyüşə bilməzlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər