İki nazir müavini DTX-ya çağırıldı – Sensasion məqamXarici İşlər nazirinin iki müavini bu gün DTX-da istintaqa cəlb ediliblər.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Musavat.com etibarlı mənbələrinə istinadən yayıb. İddia edilib ki, Xarici İşlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb və ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid daha bir neçə vəzifəli şəxslə bağlı ölçü götürüləcəyi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində (XİN) iyulun 3-də əməliyyat keçirmişdi. Aparılan cinayət işi üzrə XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almada ittiham edilirlər.

Həmçinin iyulun 10-da Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və digərləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Sayt bildirib ki, Konsulluq İdarəsi nazir müavini Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyib.

Fərhad Mollazadə və Səlim Əlizadə isə başqa bir nazir müavini - Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idilər.

R.Həsənov 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 2004-2005-ci illərdə isə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Yada salaq ki, Prezident 20 aprel 2018-ci ildə bu komitəni ləğv edib. May ayında R.Həsənov E.Məmmədyarova müavin təyin edilib. R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavinin qaynıdır. Hazırda o, Braziliyada səfirdir.
Elşən Həsənov yenidən ASP sədri seçilibBu gün Azərbaycan Sosialist Partiyasının onlayn formada yenidən təsis qurultayı keçirilib.

1999–cu ildən Yeni Yol Partiyası, 2002–ci ildən isə qurultay vasitəsi ilə adı dəyişdirilərək Azərbaycan Sosialist Partiyası adı altında fəaliyyət göstərən siyasi qurum, hər iki halda qediyyatla bağlı sənədlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edib.

Keçən illər ərzində Azərbaycanın ictimai – siyasi həyatında fəallığı ilə seçilən və öz yeri olan partiya, ölkəmizin siyasi həyatında özünəməxsus fəaliyyəti ilə geniş kütlələrə yaxından tanışdır.

Partiyanın sədri Elşən Həsənov bildirib ki, Azərbaycan Respublikasının siyasi həyatında yeni dönəmin başlaması ilə əlaqədar, partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklər və digər məsələlərlə yanaşı, partiyanın Ali Məclisi, Siyasi Şurasının tərkibinin dəyişilməsi ilə bağlı zərurətlər meydana çıxmışdır.

Beləliklə, Respublikada pandemiya ilə bağlı rejimin qüvvədə olması ilə əlaqədar Azərbaycan Sosialist Partiyasının təşəbbüs qrupunun keçirdiyi onlayn və nümayəndə olaraq ümumilikdə 65 nəfərin qatıldığı onlayn qurultayda cari məsələlərə baxılmış, partiyanın seçkili orqanlarına və müvafiq strukturlarına seçkilər keçirilmişdir.

Qurultay nümayəndələrinin təklifi ilə partiya təsis edildiyi ilk gündən ona rəhbərlik edən Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun namizədliyi yenidən irəli sürülmüş və o, Azərbaycan Sosialist Partiyasının sədri vəzifəsinə seçilmişdir.

Beləliklə qurultay öz işini başa çatdırmış və təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədiyyə Nazirliyinə rəsmi ərizə ilə yenidən müraciət edilməsi qərara alınmışdır.

Müvafiq sənədlər hazırlandıqdan sonra Azərbaycan Sosialist Partiyasının təsis sənədləri instansiya üzrə təqdim ediləcəkdir.
Elşən Həsənov yenidən ASP sədri seçilib
Restoranlar açılır, toylar isə oktyabradək olmayacaqAzərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayının ortasından bəri etibarən toy və nişan mərasimlərinin keçirilməməsi ilə bağlı qərar qəbul edilib.

Pandemiya isə bütün dünyada, o cümlədən Azərbaycanda davam edir.

Pandemiya dövründə toylar keçirilə bilərmi və keçiriləcəyi təqdirdə hansı qaydalar tətbiq olunmalıdır? Yeri gəlmişkən, bir sıra ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada toy mərasimləri keçirilir.

Avrasiya.net xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva Report-a açıqlamasında son günlər ölkədə koronavirusa yoluxanların sayının azaldığını, sağalanların sayının isə artdığını deyib:

“Bu, onun nəticəsidir ki, insanlarımız karantin rejiminin tələblərinə çox məsuliyyətlə yanaşırlar. Ancaq yumşalmadan sonra yoluxmanın sayının az olması insanlarımızı arxayınlaşdırmamalıdır. Çünki dünyada ikinci dalğanın olması gözlənilir”.

Deputatın sözlərinə görə, toy və yas mərasimlərinə çox insan toplaşır:

“Hesab edirəm ki, biz buna getsək ölkəmizdə yoluxmanın sayı arta bilər. Hesab edirəm ki, toy, nişan və yas mərasimlərinin hələ ki, keçirillməməsi ilə bağlı qərar olduqca vacibdir. Fikrimcə, açıq havada, çox az adamın iştirakı ilə toy, nişan mərasimləri keçirilə bilər. Ancaq bu qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilməlidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə bildirib ki, ölkədə koronavirusla bağlı dinamika ümumilikdə ümidvericidir:

“Əgər vətəndaşlarımız pandemiyanın qarşısını ala biləcək ciddi şərtlərə əməl edərlərsə biz bu müharibədən qalib çıxa bilərik. Bundan sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın iri ticarət mərkəzləri və s. obyektlərin açılması ilə bağlı qərar verə bilər”.

Deputat bildirib ki, bir neçə gündən sonra Azərbaycanda Məhərrəm ayı başlayır:

“Həmin ayda ölkəmizdə toy mərasimləri keçirilmir. Ümidvaram ki, Məhərrəm ayı bitdikdən sonra koronavirus üzərində qələbəmizi təmin edə biləcəyik və normal həyat tərzinə qayıdacağıq. Toy mərasimlərinin hansı qaydalara uyğöun təşkil olunması məsələsi ölçülüb-biçilməlidir. Ola bilsin ki, çox məhdud sayda yaxın qohumların toylar keçirilə bilər. Orada da müəyyən məsafələr gözlənilə bilər. Toy mərasimində iştirak edən şəxslərin testdən keçməsi variantı da ola bilər. Virus daşıyıcısı olmayan yaxın şəxslərin iştirakı ilə toy mərasimləri keçirilə bilər. Ümid edirəm ki, biz bu bəlaya yaxın vaxtlarda qalib gələrək toy mərasimlərimizi əvvəlki qaydada keçirə biləcəyik”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov qeyd edib ki, karantin rejiminə əməl olunması öz nəticələrini verməkdədir:

“Artıq sağalma faizi yoluxmanı dəfələrlə üstələyib. Məhz bununla əlaqədar olaraq dövlətimiz müəyyən yumşalma elementlərini işə salıb. Hesab edirəm ki, yumşalma prosesinin əhatə dairəsinə musiqiçiləri də əlavə etmək lazımdır. Toy şənliklərinin keçirilməsi iddası hesab edirəm ki, indiki vaxtda aktualdır. Azərbaycanda 600 nəfərlik şadlıq evlərinin zalları var. Belə olan vəziyyətdə 600 nəfərlik zalda 200 nəfərin iştirakı ilə toy məclisinin keçirilməsi mümkün olan məsələdir. Əsas məsələ odur ki, karantin rejiminin tələblərinə ciddi şəkildə əməl edilsin. Toya gələn insanların tempuratoru ölçülsün, sosial məsafə gözlənilsin, həmin şəxslər özləri ilə dezinfeksiya vasitələri gətirsinlər və bir-biriləri ilə qucaqlaşmağa, öpüşməyə son qoysunlar. Qətiyyən bunlara yol vermək olmaz”.

Onun sözlərinə görə, Azərbaycanda 10 minə qədər musiqiçi var:

“Onların içərisində kirayədə yaşayanlar da var. Belə olan vəziyyətdə onları da düşünmək lazımdır. Hesab edirəm ki, pandemiya dövrü həmin şxəsləri müflis vəziyyətinə salıb. Bu istiqamətdə yumşalmanın vaxtı gəlib çatıb”.

Yeri gəlmişkən, Hicri təqvimi ilə Məhərrəm və Səfər aylarında Azərbaycanda əksər insanlar toy etmir. Məhərrəm ayı gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır ardınca Səfər ayı gəlir və oktyabrın 17-də bitir.

Belə nəticəyə gəlmək olar ki, ölkədə koronavirusa yoluxanların sayının azalması səbəbindən yaxın vaxtlarda kafe və restoranların açılacağı gözlənilir. Lakin Operativ Qərargah hətta toy keçirilməsinə icazə versə belə, böyük əksəriyyət oktyabrın 17-dək toy keçirməyəcək.
QHT "Nərgiztəpə” sənədli filminin çəkilməsi layihəsini yekunlaşdırır Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində qalib olan “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi layihəsinin icrasını yekunlaşdırmaq üzrədir.

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə aid Xocavənd rayonunun Azərbaycanın nəzarətində olan hissəsində yerləşən Nərgiztəpə tarixi-mədəni abidə haqqında ”Nərgiztəpə” adlı sənədli filmin çəkilməsi və bununla bağlı təbliğat işlərinin aparılması” layihəsi çərçivəsində eyniadlı sənədli film və bunula bağlı təbliğat işləri aparılması işlərini başa vurur.

Nərgiztəpə sənədli filmində tanınmış alimlər, ekspertlər və ictimai xadimlər fikirlərini bölüşüblər.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Büllur Məmmədova bildirib ki, hazırda film montaj prossesindədir.
QHT "Nərgiztəpə” sənədli filminin çəkilməsi layihəsini yekunlaşdırır
İlham Əliyev taksi sürdü - VİDEOXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakıya gətirilən TX modelli yeni 100 ədəd “London taksi”si ilə tanış olub. Ölkə başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verilib. Bildirilib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub.

Avrasiya.net-in məlumatına görə, daha sonra dövlət başçısı taksilərdən birinin sükanı arxasında əyləşərək idarə edib.
Kəlbəcərin deputatı 6 yaşlı Cavidi əməliyyatdan sonra ziyarət edib – FOTOKəlbəcər rayonundan məcburi köçkün ailəsinin 6 yaşlı üzvü Cavidin üzərində ağır cərrahiyyə əməlliyyatı həyata keçirilib. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən balaca Cavidin hər iki böyrəyi üzərində cərrahi əməliyyat aparılıb.

Kəlbəcər rayonundan seçilmiş deputat Aqil Məmmədov hazırda xəstəxanada müalicəsi davam etdirilən Cavidi ziyarət edib. Əməliyyat günü də Cavidə baş çəkən millət vəkili hazırda onun səhhətinin yaxşı olduğunu qeyd edib: “İnşallah, Cavid tezliklə tam sağlamlığına qovuşaq. Gələn il Cavid birinci sinifə gedəcək. Biz də həmin vaxt gəlib Cavidi təbrik edəcəyik, onunla məktəbə birlikdə gedəcəyik”.

Valideynləri Cavidə göstərdiyi diqqətə görə millət vəkili A.Məmmədova minnətdarlıqlarını bildiriblər.
"Bizim gücümüz birliyimizə söykənir"Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun xaricə ilk rəsmi səfərinə məhz Türkiyə Respublikasından başlaması tamamilə təbii və gözlənilən idi. Bu iki qardaş ölkə arasında yazılmamış diplomatik-siyasi qaydalardan, normalardan biridir. Türkiyə və Azərbaycan rəhbərlərinin, XİN başçılarının ilk rəsmi səfərlərini bir qayda olaraq Bakı və Ankaradan başlamaları bu iki ölkənin bir-birinə nə dərəcədə yüksək dəyər, öncəlik verməsinin təzahürüdür.

Bildiyimiz kimi XİN rəhbərlərinin bu görüşündə iki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edilib. Azərbaycanla Türkiyə bundan sonra da əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməkdə maraqlıdır. Türkiyənin Azərbaycana həm siyasi, həm də hərbi müstəvidə dəstəyi bundan sonra daha da genişlənəcək. Nazir Ceyhun Bayramovun Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi xüsusi olaraq qeyd etməsi tam yerinə düşdü.

Görüşdən sonra keçirilən mətbuat üçün brifinqdə çıxışı zamanı Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupu həmsədrlərini fəaliyyətsizlikdə tənqid etməsi bu görüşün əsas məqamlarından biri oldu. Nazir bildirdi ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”. Bu haqlı iraddır. Minsk qrupu “status-kvo”nun davam etməsində Ermənistana yardımçı olmaq mövqeyindən əl çəkməlidir.

Əks halda, Azərbaycan həmsədrlik institutunun səmərəsiz xidmətindən, vasitəçiliyindən imtina edə və ya onun tərkibinin yenilənməsi təşəbbüsü ilə çıxış edə bilər. Rəsmi Bakı Türkiyənin də həmsədr olmasında maraqlıdır. Türkiyə həmsədr olarsa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi dərhal “dalan” vəziyyətindən çıxacaq və proseslərin dinamikası artacaq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı formatının dəyişdirilməsi və Türkiyənin dövrəyə daxil olması digər həmsədr ölkələrin də Qarabağ məsələsinə münasibətinin kökündən dəyişməsinə təkan verəcək. Mövlud Çavuşoğlu bu mövqeyi ilə demək istəyirdi ki, Qarabağla bağlı səmərəsiz və nəticəsiz danışıqlar dövrü artıq bitmiş sayılır. Bundan sonra sözdən işə keçmək lazımdır.

Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə görüşdə “bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi isə bu iki ölkənin hər zaman bütün məsələlərdə bir-birinin haqq işini dəstəkləyəcəklərinin təsdiqi və zəmanəti idi. Bizim gücümüz həqiqətən də birliyimizə söykənir.

Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib - FOTOAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov hər iki dövlət qurumunun rəhbərinin iştirakı ilə onlayn görüşün keçirilməsinin QHT-lərin məsuliyyət hissini daha da artıracağını və onları layihələrin effektiv şəkildə icra etməyə stimullaşdıracağını bildirib. İcraçı direktor Şuranın elektron xidmətlərinin cəmləşdiyi SƏLİS-in effektiv elektron idarəetmə və layihələrə çoxtərəfli nəzarət imkanı yaratdığını deyib.

Şura sədri, deputat Azay Quliyev Şuranın 2020-ci il ikinci qrant müsabiqələrinin 4-nü müvafiq sahə üzrə ixtisaslaşmış dövlət qurumu ilə birgə keçirdiyini bildirib. Azay Quliyev ilk dəfə olaraq qrant müsabiqəsinin qalibi olan QHT-lərlə Şuranın tərəfdaş qurumun rəhbərinin iştirakı ilə görüşün keçirilməsinin faydalı ənənə olduğunu deyib. Azay Quliyev Şuranın QHT layihələrinin maliyyələşdirilməsi üçün ayırdığı dövlət vəsaitinin daha şəffaf və səmərəli şəkildə istifadəsi baxımından əlaqəli dövlət və digər qurumlarla əməkdaşlığın mühüm əhəmiyyəti olduğunu vurğulayıb: “İxtisaslaşmış dövlət qurumlarının Şuranın qrant müsabiqələrində tərəfdaş qismində çıxış etməsi QHT-lərlə dövlət orqanları arasında etibarlı əməkdaşlıq imkanı yaradılması, qht-hökumət münasibətlərinin inkişafı, şəffaflığın tamlıqla təmin olunması, həmçinin, QHT-lərə təşkilati-texniki dəstəyin verilməsi baxımından çox faydalıdır. Cəmiyyətin və dövlətin maraqları belə halda daha effektiv şəkildə təmin olunur ki, bu da bizim bilavasitə marağımızdadır. 7 QHT KOBİA ilə birgə keçirdiyimiz qrant müsabiqəsinin qalibidir. Bu görüş həm də bizə QHT-ləri dinləyərək qarşıda dayanan vəzifələri geniş müzakirə etməyimizə imkan verəcək”.

Azay Quliyev Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri Əlaqələndirmə Sisteminin bütün tərəfdaşlarla, o cümlədən də QHT-lər və dövlət qurumları ilə hər hansı canlı təmas olmadan əməkdaşlıq etməyə və layihələrin icrasına effektiv şəkildə nəzarət etməyə imkan verdiyini bildirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət və özəl qurumların fəaliyyətini əlaqələndirdiyini bildirib. Orxan Məmmədov dövlət-biznes münasibətlərinin tənzimlənməsində sahibkarların assosiasiyalarının üzərinə mühüm yük düşdüyünü deyərək özəl sektorun təmsilçilərini bu istiqamətdə təşviq etdiklərini deyib. KOBİA-nın QHT-lərlə əməkdaşlığı daima diqqətdə saxladığını deyən Orxan Məmmədov 2018-ci ildə Agentlik yanında İctimai Şuranın yaradıldığını və İctimai Şurada iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslaşmış 15 QHT-nin təmsil olunduğunu diqqətə çatdırıb. Orxan Məmmədov 2-22 iyun 2020-ci ildə Şura ilə birgə qrant müsabiqəsinin keçirilməsinin və 7 QHT-nin qalib olmasının Agentliyin QHT-lər arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağını bildirib.

Qalib QHT-lərin layihələri əlilliyi olan şəxslərin və digər həssas sosial qrupların davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkar kimi rolunun artırılması və bu sahədə mövcud problemlərin həllinə zəmin yaradılması, sahibkar qadınların məhsullarının internet üzrə satışa çıxışını asanlaşdırmaq üçün kompüter bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi, regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi, “COVID-19” pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün “Biznesin təkmilləşdirilməsi” üzrə təlimlərin, texnologiyada qadın hərəkatı” mövzusunda treninqlərin və “Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu” mövzusunda onlayn seminarların təşkili ilə bağlıdır.

QHT rəhbərləri Mirzə Məhəmməd Vəliyev, Nərgiz Muxtarova, Gülbəniz Qəmbərova, Şamo Salayev, Günel Şahbazlı, Ələsgər Hüseynov çıxış edərək layihələrinin maliyyələşdirildiyi üçün Şuraya və KOBİA-ya təşəkkürlərini bildiriblər. Layihələri haqqında məlumat verən QHT sədrləri onun effektiv şəkildə icrası üçün üzərlərinə düşən işi məsuliyyətlə icra edəcəklərini deyiblər.
Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib - FOTO
Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib - FOTO
Artıq sözdən, işə keçməyin vaxtıdırCeyhun Əliyevin təqdimatında ”Acıq söhbət” verilişi.

PATRIOT TV kanalının efirində “Acıq söhbət” verilişində aparıcı Ceyhun Əliyev, bir çox məqamlara diqqət yetirmişdir.

Belə ki, o Rusiya Azərbaycanlilari Diaspora təşkilatlari konfederasiyasının və Rusiya Azərbaycanlıları regionlararası Assosiyasasının fəaliyyəti haqqında geniş məlumat vermişdir.

Verilişdə, Rusiyada fəaliyyət göstərən Qarabağ qaziləri klubunun və ictimai təşkilatların, birgə hazirladığı layihə haqqında da danışmışdır və artıq sözdən, işə kecməyin vaxtının çatdığını qeyd etmişdir.
Nazir yeni rəis təyin etdiKürdəmir rayon polis şöbəsində kadr dəyişikliyi olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bununla bağlı DİN-də müvafiq əmr imzalanıb.

Əmrə əsasən baş leytenant Zamiq Hökmulla oğlu Ağayev Kürdəmir rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, baş leytenant Zamiq Ağayev bu vəzifədən oncə Kürdəmir RPŞ-nin DYP bölməsinin baş inspektoru vəzifəsində çalışırdı.