Sizin Reklam Burada

Başçı deputatları rayona çağırdı

Başçı deputatları rayona çağırdıMillət vəkili Fazil Mustafanın Göyçay RİH barədə səsləndirdiyi iddiadan sonra icra başçısı Mehdi Səlimzadə Göyçaydan seçilmiş deputatları rayona dəvət edib.

Göyçay Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən əraziyə deputatlarla birgə baxış keçirilən zaman Göyçay çayının mühafizə zolağının həqiqətən də zəbt olunduğu müəyyənləşib:

“Fazil Mustafa tərəfindən məsələ ictimailəşdirildikdən sonra rayon icra başçısı Mehdi Səlimzadə Göyçay rayonundan seçilmiş deputatları – 88 saylı Göyçay seçki dairəsi üzrə Milli Məclisin deputatı Sabir Hacıyev və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevi rayona dəvət edib. Avqustun 10-da Milli Məclisin deputatları rayonda olub və ictimaiyyət nümayəndələri ilə karantin rejiminin qaydalarına əməl etməklə sözügedən əraziyə baxış keçiriblər. Qarşı tərəfin nümayəndələri dəvət olunsa da, əraziyə gəlməyiblər. Rayondan seçilən deputatlar ərazidə olarkən həqiqətən də ərazinin Göyçay çayının mühafizə zolağına düşdüyünə əmin olublar. Zəbt olunan ərazinin boşaldılmasının vacib olduğu bildirilib. Tez və operativ şəkildə şəhərin baş planına uyğun olaraq ekoloji cəhətdən təmiz və gözəl təbiətə malik, sakinlərin istirahətini təmin etmək məqsədi daşıyan şəhər parkının salınması yüksək qiymətləndirilib. Bu məsələ ilə əlaqədar kömək göstərilməsi məqsədilə aidiyyəti orqanlara müraciət ediləcəyi vurğulanıb”.

Həmçinin o da bildirilib ki, haqqında bəhs edilən torpaq sahəsi Məhluqə Xəlilovaya yox, onun yaxın qohumu, Şamaxıdan deputat olmuş Elxan Süleymanova məxsusdur.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa Göyçay icra başçısının rayonda qanunsuz əməllərini davam etdirdiyini və sahibkar Məhluqə Xəlilovaya məxsus torpaq sahəsini ələ keçirmək istədiyini deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər