Sizin Reklam Burada

PKK terror təşkilatının 2 nömrəli ismi Cəmil Bayık məhv edildi

PKK terror təşkilatının 2 nömrəli ismi Cəmil Bayık məhv edildiPKK terror təşkilatının iki nömrəli ismi olaraq bilinən Cəmil Bayıkın Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatla öldürüldüyü iddia edilib.

Bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə aid bir SİHA (Pilotsuz Döyüş Aparatı) İraqın Hakurk bölgəsində, İran sərhədi yaxınlığında Cəmil Bayıkın içində olduğu avtomobili 29 dəqiqə izlədikdən sonra dəqiq atəşlə vurub. İddiaya görə, Bayık vurulan avtomobildən yaralı vəziyyətdə çıxaraq uzaqlaşmağa çalışarkən SİHA daha bir dəqiq atəşlə terrorçunu məhv edib. Avtomobildə olan digər terrorçular da öldürülüb.

Xəbərlə əlaqədar hələlik rəsmi açıqlama yayılmayıb.

Qeyd edək ki, terrorçubaşı Abdullah Öcalanın həbsindən sonra, PKK-nın bir nömrəli ismi Murad Karayılan hesab olunur. Terror təşkilatının 2 nömrəli ismi isə Cəmil Bayık sayılır. Bayıkın adı Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ən çox axtarılan terrorçular siyahısında qırmızı kateqoriyada yer almaqdadır. Türkiyə onun yerini məlumat verən şəxsə 4 milyon TL mükafat təyin edib. Terrorçu Cəmil Bayık, ötən əsrin 80-ci illərindən Türkiyə ərazisində həyata keçirilən 100-dən çox terror aktının birbaşa təşkilatçısı olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər